Monday, 29 Noyabr 2021 03:08
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Putin məhkumlarla qalmaqaldan sonra Kalaşnikovu istefaya göndərdi

Putin məhkumlarla qalmaqaldan sonra Kalaşnikovu istefaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Kalaşnikovu vəzifəsindən azad edib.

YAZTV  Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın daxili işlər nazirinin müavini Arkadiy Qostev sözügedən qurumun direktoru təyin edilib.

 Kalaşnikovun vəzifəsindən azad edilməsinə səbəb məhkumlara işgəncə verilməsi ilə bağlı qalmaqal olub. 

Belə ki, oktyabr ayında Saratov həbsxanasının xəstəxanasında məhkumlara işgəncə verildiyini əks etdirən video yayılıb. Məsələ ilə bağlı cinayət işi başlanılıb. 400-dən çox məhkum Saratov koloniyasında onlara işgəncə verildiyini bəyan edib.

Rusiyanın xeyrinə casusluq edən Polşa vətəndaşı saxlanıldı

Rusiyanın xeyrinə casusluq edən Polşa vətəndaşı saxlanıldı

Polşada 66 yaşlı ölkə vətəndaşı Rusiya xeyrinə casusluq fəaliyyəti həyata keçirməkdə şübhəli bilinir.

YAZTV “TASS”a istinadən xəbər verir ki, həmin şəxs ölkənin Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb. 

Polşa vətəndaşının ölkənin mənafeyinə xələl gətirəcək fəaliyyətlər həyata keçirdiyi iddia edilir. (qafqazinfo az)

Almaniyada koronavirusdan ölənlərin sayı 100 mini keçib

Almaniyada koronavirusdan ölənlərin sayı 100 mini keçib

Almaniyada pandemiya dövründə koronavirusdan ölənlərin ümumi sayı 100 119 nəfər olub.

YAZTV xəbər verir ki, bu Almaniya Səhiyyə Nazirliyi yanında Robert Kox Virusologiya İnstitutunun cümə axşamı dərc etdiyi məlumatda əksini tapıb.

Son sutka ərzində ölkədə 351 xəstə koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib. Almaniyada son 24 saat ərzində koronavirusa 75 961 nəfər yoluxub, bu da pandemiya dövründə növbəti maksimumdur.

5 Betər

 

Koronavirusun yayılmağa başladığı vaxtdan etibarən Almaniyada bu virus 5 573 756 nəfərdə aşkarlanıb.

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi İnterpolun yeni rəhbəri seçilib

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi İnterpolun yeni rəhbəri seçilib

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin baş müfəttişi Əhməd Nasir Əl-Rəisi Interpolun yeni prezidenti seçilib.

YAZTV Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Interpolun “Twitter” səhifəsində yerləşdirilən məlumata görə, bu postda Cənubi koreyalı dövlət xadimi Kim Çon Yanı əvəz edən Əhməd Nasir Əl-Rəisi növbəti dörd ildə qurumun rəhbəri olacaq. O, buna qədər Interpolun icra komitəsinin üzvü idi. Interpolun sabiq rəhbəri Kim Çon Yan isə 2018-ci ildən təşkilata rəhbərlik edirdi.

Əhməd Nasir Əl-Rəisi Interpolun Baş Assambleyasının noyabrın 23-25-də İstanbulda keçirilən iclasında qurumun yeni rəhbəri seçilib. Hər il toplanan Baş Assambleya təşkilatın ümumi siyasətini, beynəlxalq əməkdaşlıq üçün zəruri resurslarla bağlı əsas qərarları qəbul edir, həmçinin iş üsullarını, maliyyələşməni və fəaliyyət proqramını müəyyənləşdirir.

Polis xidməti silahından açılan atəşlə həlak oldu

Polis xidməti silahından açılan atəşlə həlak oldu

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

 

Hazırda məsələ araşdırılır.

İsveçin ilk qadın baş naziri vəzifəsinin icrasından bir neçə saat sonra istefa verib

İsveçin ilk qadın baş naziri vəzifəsinin icrasından bir neçə saat sonra istefa verib

İsveç parlamentinin yeni Baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlamasından bir neçə saat sonra istefa verib.

YAZTV  bu barədə xarici mətbuata istinadən xəbər verir.

İstefanın səbəbləri hələ açıqlanmır.

Qeyd edək ki, Maqdalena Anderssonun İsveç parlamentinin yeni Baş nazir seçilməsi ölkə tarixində birinci dəfə idi. İlk dəfə idi ki, ölkənin Baş naziri vəzifəsinə xanım seçilirdi.

M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. O, 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.

S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib.

Peyvənd olunmamış əcnəbilərin ABŞ-a girişinə qadağa qoyulacaq

Peyvənd olunmamış əcnəbilərin ABŞ-a girişinə qadağa qoyulacaq

2022-ci il yanvarın 22-dən etibarən ABŞ-a səfər edən bütün şəxslərin COVID-19-a qarşı peyvənd olunması tələb olunacaq.

YAZTV xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Turizm və zəruri hesab olunmayan digər məqsədlər üçün səfər edən əcnəbilər üçün vaksin tələbi noyabrın 8-dən qüvvədədir.

Yanvar ayından etibarən isə bu qayda ölkə sərhədlərini keçən bütün əcnəbilərə şamil ediləcək.

ABŞ vətəndaşları və bu ölkədə yaşamaq icazəsi olan şəxslər peyvəndləmə səviyyəsindən asılı olmayaraq ölkə ərazisinə daxil ola biləcəklər.

Qeyd edək ki, hazırda ABŞ-da 47 milyon peyvənd olunmamış yaşlı şəxs yaşayır.

Co Bayden əməliyyat olundu

Co Bayden əməliyyat olundu

ABŞ Prezidenti Co Bayden əməliyyat olunub.

YAZTV xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Ağ Evin həkimi Kevin Okonnor açıqlayıb.

Əməliyyat zamanı Baydenin bağırsağından 3 millimetrlik xoşxassəli törəmə çıxarılıb.

Bildirilir ki, ümumilikdə Baydenin vəziyyəti təhlükəli olmayıb. 

Prosedur zamanı Bayden narkoz qəbul edib və əməliyyat zamanı o, səlahiyyətlərini vitse-prezident Kamala Harrisə verib.

Almaniyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Almaniyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Almaniyada koronavirusa son sutkada maksimum - 66 884 yoluxma qeydə alınıb.

Bu barədə Robert Kox İnstitutunun məlumatlarında qeyd edilir. 

Almaniyada koronavirusun yeddi günlük yayılma göstəricisi (həftə ərzində hər 100 min nəfərə düşən yoluxma sayı) da rekord həddə - 404,5-ə çatıb. Bir gün əvvəl bu göstərici 399,8 olub.

Gün ərzində 335 nəfər koronavirusdan həyatını itirib. Almaniyada pandemiya dövründə ölənlərin ümumi sayı 99 768-ə çatıb.

"WhatsApp"da yeni funksiya

"WhatsApp"da yeni funksiya

"WhatsApp" sosial şəbəkəsində yeni funksiya işə salınıb.

YAZTV xarici KİV-lərə istinadla xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq. Bu funksiya istifadəçiyə mövcud olan şəkillərdən stikerlər yaratmaq imkanı verir.

Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə "Android" əməliyyat sisteminin istifadəçiləri, daha sonra isə "iPhone" sahibləri üçün əlçatan olacağı gözlənilir. 

Qeyd edək ki, bu funksiya teleqram messencerində artıq mövcuddur. Teleqramdan fərqli olaraq, vatsapda şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.

Cənubi Koreyada yük avtomobili sürücüləri tətilə başlayıb

Cənubi Koreyada yük avtomobili sürücüləri tətilə başlayıb

Cənubi Koreyada yük avtomobili sürücüləri nəqliyyat xərclərinin çoxalmasına etiraz əlaməti olaraq üçgünlük tətilə başlayıblar.

YAZTV Yonhap agentliyinə istinadla xəbər verir ki, “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatının elan etdiyi tətil bütün ölkəni əhatə edir. Sürücülər sifarişçi şirkətlərdən daşımalara görə onlara ödənilən məbləğin, habelə bədbəxt hadisələrə görə sığorta ödənişlərinin çoxaldılmasını da tələb edir.

“Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatı 2016-cı ildən sonra keçirilən ilk tətil çərçivəsində noyabrın 27-də paytaxt Seulda kütləvi yürüşün təşkil olunacağını açıqlayıb. Təşkilatın rəsmisi bildirib ki, yanacağın qiymətinin bahalanması və digər xərclərin çoxalması səbəbindən yüklərin daha tez çatdırılması tələb olunur. Nəticədə sürücülər avtomobilləri daha sürətlə idarə etməli olurlar ki, bu da təhlükəlidir. Bundan başqa, sürücülər iş saatlarından əlavə çalışmağa məcbur qalırlar.

Mütəxəssislər bu tətilin logistik böhran yarada biləcəyini düşünür. Çünki ölkədə təxminən 10 min yük avtomobili sürücüsünün əksəriyyəti “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatına üzvdür.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məsələnin həlli üçün danışıqları davam etdirdiyini açıqlayıb.

BƏƏ Türkiyəyə 10 milyard dollarlıq yatırım edəcək

BƏƏ Türkiyəyə 10 milyard dollarlıq yatırım edəcək

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed Əl Nəhyan prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Ərdoğan Əbu-Dabinin vəliəhdini Ankarada, Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

Səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumu ilə yanaşı, Türkiyəyə birbaşa investisiyaları əhatə edən sazişlər də imzalanıb.

 

Rəsmi sənədərin imzalanması mərasimindən sonra təşkil edilmiş mətbuat konfransında Əbu-Dabi dövlət investisiya fondunun rəhbəri Məhəmməd Həsən əs-Süveydi əldə edilən razılıaşmalara əsasən Türkiyə iqtisadiyyatına qoyulacaq sərmayənin məbləğini açıqlayıb.

Onun sözlərinə görə, ərəb fondu qardaş ölkəyə 10 milyard dollar məbləğində investisiya yatıracaq.