Monday, 17 Yanvar 2022 06:04
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Almatıda etirazçılar prezident iqamətgahını yandırıblar

Almatıda etirazçılar prezident iqamətgahını yandırıblar

Qazaxıstanın Almatı şəhərində etirazçılar dövlət başçısının köhnə iqamətgahına daxil olaraq onu yandırıblar.

YAZTV xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Daha əvvəl şəhə İcra Hakimiyyətinin, prokurorluğun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

YAZTV-nin məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.

İsraildə hərbi helikopter qəzaya uğrayıb: Ölən və yaralananlar var

İsraildə hərbi helikopter qəzaya uğrayıb: Ölən və yaralananlar var

Aralıq dənizinin, Hayfa sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində İsrail ordusunun iki zabiti həlak olub.

Bu barədə İsrail Müdafiə Qüvvələri öz “Twitter” hesabında məlumat yayıb.

 

Verilən açıqlamaya görə, təlim uçuşu zamanı helikopterin düşməsi nəticəsində iki pilot ölüb, göyərtədə olan daha bir nəfər isə orta dərəcədə yaralanıb.

Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verilib

Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verilib

Qazaxıstan 180 gün müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinə dövlət tənzimlənməsi tətbiq ediləcək.

YAZTV-nin məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə göstəriş verib.

Daha sonra Baş nazirin səlahiyyətlərini icra edən Əlixan Smailov dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirib.

Müşavirədə aidiyyəti dövlət qurumlarına maye qazın satışında qiymət sövdələşməsi və digər rəqabətə zidd hərəkətlərə görə araşdırma aparmaq, qərb regionlarının - Mangistau, Atırau, Aktobe və Qərbi Qazaxıstan vilayətlərinin inkişafı üzrə kompleks planları aktuallaşdırmaq tapşırılıb.

 

Ə.Smailov maye qazın, benzinin və dizel yanacağının qiymətlərində 180 gün müddətində dövlət tənzimlənməsinin tətbiqi ilə bağlı müvafiq normativ aktın qəbul edilməsini də tapşırıb.

Qeyd edək ki, Qazaxıstanda maye qaz qiymətlərinin bahalaşması ilə bağlı aksiya keçirilib. Aksiyalar zamanı 100-ə yaxın polis əməkdaşı xəsarət alıb, 200-dən çox insan saxlanılıb. Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

NATO-Rusiya Şurasının iclasının vaxtı açıqlandı

NATO-Rusiya Şurasının iclasının vaxtı açıqlandı

NATO-Rusiya Şurasının iclası yanvarın 12-də keçiriləcək.

YAZTV-nin məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində NATO-Rusiya Şurasının iclasını çağırıb. Hələlik iclasın gündəliyi açıqlanmayıb.

Bundan başqa, yanvarın 12-13-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

Rusiyada neft emalı zavodunda YANĞIN

Rusiyada neft emalı zavodunda YANĞIN

Rusiyanın Tümen vilayətində Antipinsk neft emalı zavodunda yanğın baş verib.

YAZTV xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, yanğın mazut emalı qurğusunda başlayıb və 100 kvadrat metr ərazini əhatə edib.

Bir müddət sonra yanğının qarşısı alıb. Rusiyanın Tümen vilayətində Antipinsk neft emalı zavodunda yanğın baş verib. (unikal org)

Almatıda fövqəladə vəziyyət elan edildi

Almatıda fövqəladə vəziyyət elan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

YAZTV” “Unian” agentliyinə istinadən xəbər verir ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək. 

Almatı şəhərində fövqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saatı da tətbiq olunacaq. 

Məlumata görə, sözügedən qərar ölkədə bir neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının bərpa olunması məqsədilə verilib. 

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib. 

Türkiyənin ötən il məhv etdiyi terrorçuların sayı açıqlandı

Türkiyənin ötən il məhv etdiyi terrorçuların sayı açıqlandı

Ötən il Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.

YAZTV xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə bütün terror təşkilatlarından olan 1140 terrorçu zərərsizləşdirilib. İ.Çataklı qeyd edib ki, keçən il 183 terror aktının qarşısı alınıb.

Estoniyada COVID-19 səbəbindən 70-dən çox uşaq xəstəxanalara yerləşdirilib

Estoniyada COVID-19 səbəbindən 70-dən çox uşaq xəstəxanalara yerləşdirilib

Estoniyada 5-11 yaş arası 72 uşaq COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilib, bir uşaq isə koronavirusdan ölüb.

YAZTV xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, pandemiya başlayandan bəri 5-11 yaş arası 19 minə yaxın uşaq koronavirusa yoluxub. Koronavirusdan əziyyət çəkən uşaqlarda multisistem iltihabi sindromunun inkişaf riski olduğu üçün xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, hazırda Estoniyada ən çox rast gəlinən infeksiyalar peyvənd olunmamış 12-15 yaşlı uşaqlarda, ikinci yerdə isə 7-11 yaş qrupundadır. (AZƏRTAC)

Baydenin reytinqi rekord səviyyədə aşağı düşüb

Baydenin reytinqi rekord səviyyədə aşağı düşüb

CNBC-nin apardığı araşdırmaya görə, ABŞ prezidenti Co Baydenin reytinqi dekabrda yenidən rekord həddə aşağı düşüb və 44% təşkil edib.

"YAZTV" xəbər verir ki, dekabrın 17-20-də 1895 respondentin (qeydiyyatda olan 18 yaşdan yuxarı seçicilərin) iştirakı ilə telefonla keçirilən sorğunun nəticələrinə görə, rəyi soruşulanların 56%-i ABŞ prezidentinin fəaliyyətini bəyənmir

Tədqiqatda demokratlar və respublikaçıların demək olar ki, bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.

Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınmışdi. O zaman sorğuda iştirak edənlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirmiş, 46%-i isə onu dəstəkləmişdi.

Dünya bazarlarında qızılın qiyməti sabitləşib

Dünya bazarlarında qızılın qiyməti sabitləşib

2022-ci ilin birinci sessiyasının nəticələrinə əsasən əhəmiyyətli enişdən sonra qızılın qiyməti sabitləşib. Enişə səbəb səhm bazarlarındakı və “US Treasuries”in gəlirlərindəki yüksəliş səbəb olub.

YAZTV “İnterfaks”a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,2 % bahalaşıb. Ötən gün isə qiymətli metalın dəyəri 1,6 % və ya 28,5 ABŞ dolları düşərək, 1 unsiyası 1  min 800,1 ABŞ dollarına satılıb. (report az)

ABŞ-da bir gündə bir milyondan çox yoluxma qeydə alınıb

ABŞ-da bir gündə bir milyondan çox yoluxma qeydə alınıb

ABŞ-da son sutka ərzində koronavirusa bir milyondan çox yeni yoluxma qeydə alınıb.

YAZTV-nin məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bundan əvvəlki rekord dekabrın 31-də qeydə alınmış, 590 min nəfər koronavirusa yoluxmuşdu.

ABŞ-da bnugünədək 56 milyondan çox yoluxma, 820 mindən çox ölüm qeydə alınıb. Bu göstəricilərə görə ABŞ dünya ölkələri arasında birinci yerdə qərarlaşıb.