Wednesday, 19 Yanvar 2022 21:00
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır. 

Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.

Qazaxıstanda aksiyalarda iştirak edən əcnəbilər saxlanılıb

Qazaxıstanda aksiyalarda iştirak edən əcnəbilər saxlanılıb

Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, indiyədək etirazlarda saxlanılanların sayı 4 266 nəfər təşkil edir.

"Saxlanılanlar arasında əcnəbi vətəndaşlar da var. Almatı vilayətinin kəndlərindən birində 100-dən çox adam saxlanılıb. İlkin məlumatlara görə, onlar qonşu dövlətin vətəndaşları saxlanılıb”, - deyə məlumatda bildirilib.

Qazaxıstanda iğtişaşların vurduğu ziyan açıqlanıb

Qazaxıstanda iğtişaşların vurduğu ziyan açıqlanıb

Qazaxıstanda baş verən iğtişaşların vurduğu iqtisadi ziyanın məbləği 200 milyon dollara yaxındır.

YAZTV “İnformburo.kz”a istinadən xəbər verir ki, bu barədə Ataməkən Milli İş Adamları Palatası məlumat yayıb.

Qurumun açıqlamasına görə, ötən müddət ərzində Qazaxıstanın 10 regionunda 848 sahibkarlıq subyektinə və 1 021 obyektə, o cümlədən Almatı şəhərində 789 subyektə və 950 obyektə ziyan vurulub.

Vurulan ziyanın məbləği 87,2 milyard tenge (200 milyon ABŞ dollarına yaxın), Almatı üzrə isə 85,8 milyard tengedir.

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 303 854 494 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 5 497 406 xəstə ölüb, 258 291 815 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (60 464 426 nəfər), Hindistan (35 368 372 nəfər), Braziliya (22 450 222 nəfər), Böyük Britaniya (14 193 228 nəfər) və Fransadır (11 511 452 nəfər).

Türkiyədə 9 850 488, İranda 6 204 224, Gürcüstanda 953 410, Ermənistanda isə 345 518 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (314 604 nəfər), İran (131 821 nəfər) və Türkiyədə (83 388 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 620 049 nəfərin 8 431-si ölüb, 604 537 xəstə sağalıb.

Tokayev yanvarın 11-də yeni baş nazirin namizədliyini təqdim edəcək

Tokayev yanvarın 11-də yeni baş nazirin namizədliyini təqdim edəcək

Qazaxıstan Prezidenti Tokayev yanvarın 11-də ölkənin yeni baş nazirinin namizədliyini təqdim edəcək.

YAZTV bu barədə "Sputnik Qazaxıstan"a istinadən xəbər verir.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Peruda 5 baldan yuxarı zəlzələ olub

Peruda 5 baldan yuxarı zəlzələ olub

Perunun qərbindəki Çosika şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

YAZTV-nin məlumatına görə, zəlzələnin episentri 90 minə yaxın insanın yaşadığı şəhərdən 10 kilometr şimal-şərqdə qeydə alınıb.

 Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olmadığı deyilir.

Yeraltı təkanlar yerin 80 kilometr dərinliyində baş verib.

İnsan beynini oxuyan robot yaradıldı

İnsan beynini oxuyan robot yaradıldı

Çinli alimlər beyin dalğaları və əzələ aktivliyini izləyərək, insan beynini oxuya bilən geyinilən robot istehsal ediblər.

YAZTV  xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər robotun 96 faiz insan zehnini oxuya bildiyini irəli sürüblər.

 Robotun işləməsi üçün hər hansı əmr verməyə ehtiyac yoxdur, sadəcə düşünməklə robot işə düşür.

Robot Çində bir fabrikdə işləyənlər üzərində sınaqdan keçirilib və düşüncəyə anında reaksiya verdiyi müəyyənləşdirilib.

Ancaq robotun dəqiq nəticə verməsi üçün insanların bir şey haqqında düşünməlidirlər, dağınıq düşüncələr robotun fəaliyyətini məhdudlaşdırır. (qafqazinfo az)

Kansler koronavirusa yoluxdu

Kansler koronavirusa yoluxdu

Avstriya kansleri Karl Nehammer yeni növ koronavirusa yoluxub.

YAZTV  TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Federal Kanslerinin departamenti məlumat yayıb.

Nehammerin tətildən qayıtdıqdan sonra verdiyi testin cavabı müsbət çıxıb.

Hazırda o, ev şəraitində müalicə alır.

Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib

Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.

YAZTV” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib.

O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb.

Qazaxıstanda iğtişaşçıların biznesə vurduğu ziyan hesablanıb

Qazaxıstanda iğtişaşçıların biznesə vurduğu ziyan hesablanıb

Qazaxıstanın Milli Sahibkarlar Palatası iğtişaşçıların biznesə vurduğu ziyanı hesablayıb.

YAZTV-nin "Kazinform"a istinadən verdiyi məlumata görə, ümumi məbləğ təxminən 88,1 milyard tengeni keçib (yalnız Almatıda - 86,8 milyard tenge).

Məlumata əsasən, bu rəqəmlər yanvarın 8-i saat 09:00 üçün aktualdır.

Bildirilir ki, çağrı mərkəzinə 1622 müraciət daxil olub ki, onlardan 937-si talama, 23-ü fors-major, 2-si nəzarət-buraxılış məntəqəsi, 650-si isə fiziki şəxslərin müraciətləri ilə bağlıdır.

Ölkənin 10 regionunda 1091 obyektdə yerləşən 920-yə yaxın, o cümlədən Almatı üzrə 1027 obyektdə yerləşən 856 zərər dəymiş sahibkarlıq subyekti müəyyən edilib.

Qazaxıstanda FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb

Qazaxıstanda FHN-in 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb

Qazaxıstanda Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.

YAZTV xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.

Qazaxıstan FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə bildirib ki, son günlər ərzində üsyançılar yanğınsöndürən maşınlara 33 dəfə hücum ediblər. Nəticədə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası sıradan çıxıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri 75 yanğını söndürüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib.

Ötən il dünyada 55 jurnalist öldürülüb

Ötən il dünyada 55 jurnalist öldürülüb

“Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”.

YAZTV” xəbər verir ki, bunu UNESKO-nun baş direktoru Odre Azule deyib.

O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: “İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də jurnalistlər etiraz aksiyalarından reportajlar hazırlayarkən fiziki təzyiqlərə, həbslərə və hədə-qorxulara məruz qalıblar”.

Baş direktor diqqətə çatdırıb ki, UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.

O.Azulenin sözlərinə görə, ötən il jurnalist qətli ən çox Asiya-Sakit okean regionunda (23) və Latın Amerikası, Karib hövzəsində(14) baş verib.

“BMT-nin məlumatına görə 2006-cı ildən bəri dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb”, - baş direktor vurğulayıb.

Qeyd edək ki, UNESKO-nun bütün dünyada jurnalistlərin ifadə azadlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mandatı var.

Hər dəfə hansısa jurnalist və ya media mütəxəssisi öldürüləndə agentlik hakimiyyəti sistemli şəkildə araşdırma aparmağa çağırır.

UNESKO, həmçinin jurnalistlər və məhkəmə orqanları üçün treninqlər keçirir. Eyni zamanda, qurum hər il 3 May- Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı tədbirlər təşkil edir.

Xatırladaq ki, ötən il dünyada qətlə yetirilən media nümayəndələrindən ikisi azərbaycanlı jurnalistlərdir. Onlar erməni terrorunun qurbanı olublar. Belə ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.