Monday, 29 Noyabr 2021 03:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 201 nəfər ölüb.

YAZTV  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 002 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 341 nəfər isə sağalıb. (unikal org)

Türkiyədə çörəyin qiyməti bahalaşdı

Türkiyədə çörəyin qiyməti bahalaşdı

Türkiyənin paytaxtı Ankarada çörəyin qiyməti qalxıb.

YAZTV xəbər verir ki, paytaxtda 1,75 lirə olan 200 qram çörəyin satış qiyməti 2,25 lirəyə yüksəlib.

Bu gündən etibarən artım həyata keçirilib.

Türkiyədə PKK ilə əlaqəli 17 nəfər saxlanıldı

Türkiyədə PKK ilə əlaqəli 17 nəfər saxlanıldı

Türkiyənin təhlükəsizlik qüvvələri cümə günü Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqəli olmaqda şübhəli bilinən 17 nəfəri saxlayıb.

YAZTV “CNN Türk”ə istinadən xəbər verir ki, həmin şəxslər ölkənin cənubunda Adanada PKK ilə bağlı həyata keçirilən araşdırma zamanı saxlanılıblar. Reydlər Adana prokurorluğu tərəfindən verilən əmrlər əsasında keçirilib. 

Saxlanılan şəxslər yerli polis bölmələrinə aparılıblar. İlkin məlumatlara görə, onlar sosial şəbəkələrdə PKK terror təşkilatının təbliğatını aparıb, təşkilat adından fəaliyyət göstəriblər.

Bu qidalar sizi qripdən qoruyacaq - Siyahı

Bu qidalar sizi qripdən qoruyacaq - Siyahı

Qış aylarında havaların soyuması ilə yanaşı, qapalı məkanlarda daha çox vaxt keçirmək, ictimai nəqliyyat vasitələrindən mütəmadi istifadə etmək, asqıran və öskürən insanlarla eyni ortamda olmaq bakteriya və virusların yayılmasına səbəb olur. Amma artan qrip və soyuqdəymə hallarından qorunmaq, şikayətləri azaltmaq və daha tez sağalmaq mümkündür.

Bəs dərman istifadə etmədən mətbəximizdəki təbii qidalardan antibiotik kimi yararlana bilərikmi?

Təbii ki, bir neçə qida ilə immunitet sistemini gücləndirə, antibiotik dərmanlar yerinə qidaların təbii antibiotik xüsusiyyətlərindən yararlanmaq mümkündür.

YAZTV antibiotik kimi istifadə edə biləcəyiniz qidaları və qrip, soyuqdəymə hallarına qarşı zəncəfilli şorba reseptini təqdim edir:

Bal: Hər səhər bir çay qaşığı bal yemək antibakterial və antivirus xüsusiyyəti ilə immunitetinizi qorumağa yardım edir. Gün ərzində enerjinizi artırır.

Zəncəfil: Zəncəfilin tərkibində yer alan gingerol maddəsi ağrıkəsici, qızdırma aşağı salan və sakitləşdirici effektlidir. İncə-incə doğranmış 1 çimdik zəncəfili limon sıxılmış ilıq suda 20 dəqiqə saxlayıb gündə 2-3 dəfə içdikdə boğaz ağrıları və öskürəyin keçməsinə yardımçı olur.

Soğan və sarımsaq: Haradasa bütün yeməklərə əlavə edilən soğan və sarımsaq qış aylarında süfrənizdən əskik edilməməli olan antibiotik xüsusiyyətli iki qidadır.

Sarıkök: Antibakterial xüsusiyyəti olan sarıkökü 1 stəkan qaynar suda 5 dəqiqə dəmləyərək gündə 2-3 dəfə için.

Adaçayı: Antivirus özəllikli adaçayı ağız və boğaz müalicəsinə faydalıdır. 3-4 qram yarpağı 1 stəkan isti suda 5-10 dəqiqə dəmlədib qarqara edə bilərsiniz.

Çörəkotu: İmmunitet sistemini dəstəkləyən çörəkotunu gündə 1 çay qaşıq olmaqla yaxşı çeynəyərək yeyin.

Zəncəfilli şorba resepti

1 yemək qaşığı kərə yağında 1 soğan və 2 diş sarımsağı qovurun. Üzərinə doğranmış kök və 1 kiçik kərəvəz əlavə edin. 5 stəkan isti su əlavə edib qaynadın. 1 yemək qaşığı rəndələmiş zəncəfil və 1 çay qaşığı sarıkök, duz, istiot əlavə edib bişirin. Blendrdən keçirib kərəvəz yarpaqları ilə bəzəyin. (qafqazinfo az)

İzmir zəlzələsindən zərər çəkənlərə yeni mənzillər verilib

İzmir zəlzələsindən zərər çəkənlərə yeni mənzillər verilib

Bu günə qədər vətəndaşlarımıza nə söz vermişiksə hamısını yerinə yetirmişik. Bu gün təhvil verdiyimiz mənzillər də sözümüzün ağası olduğumuzun son nümunəsidir.

YAZTV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətində keçən il baş verən zəlzələdə evlərini itirən vətəndaşlara yeni mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı bildirib.

İzmirdə ümumilikdə 741 mənzil və iş yerinin təhvil veriləcəyini bildirən Türkiyə Prezidenti deyib: “Biz şəhərlərimizdə bu işləri görərkən və xidmət göstərərkən əsla ayrı-seçkilik etmədik. Yeganə meyarımız ölkəmizin və vətəndaşlarımızın duyduqları ehtiyac olub”.

Ölkəsinin dünyada təbii fəlakətlərə ən sürətli, təsirli və praktiki cavab tədbirləri sisteminə malik olduğunu deyən Türkiyə Prezidenti İzmir, Elazığ, Malatya vilayətlərində olduğu kimi baş vermiş bütün təbii fəlakətlərə qarşı mübarizənin dəqiqələr, saatlar içində başlandığını vurğulayıb.

Qeyd edilib ki, İzmir zəlzələsindən sonra dərhal Bayraklıda 1391 yaşayış evi və 302 mağaza, rezerv ərazidə isə 3649 yaşayış evi və 511 mağaza tikmək üçün dərhal hərəkətə keçilib. İlkin mərhələdə 596 mənzil və 145 mağaza zəlzələdən zərərçəkənlərə təhvil verilir. Tezliklə daha 741 mənzil və mağaza hazır olacaq. Təkcə bu üç sahəyə 750 milyon türk lirəsi investisiya qoyulub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. İzmir vilayətinin Səfərihisar rayonu yeraltı təkanlardan ən çox zərərçəkən bölgə olub. Cəmi 16 saniyə davam edən yeraltı təkan nəticəsində 117 nəfər həlak olub, 1034 nəfər yaralanıb, çox sayda yaşayış binası və iş yeri dağılıb.

Çexiya prezidenti koronavirusa yoluxub

Çexiya prezidenti koronavirusa yoluxub

Çexiya prezidenti Miloş Zeman evə buraxıldıqdan bir neçə saat sonra yenidən xəstəxanaya yerləşdirilib.

YAZTV-nin məlumatına görə, bu barədə ölkə KİV-ləri xəbər yayıb.

Qeyd olunub ki, M.Zemandan koronavirusla bağlı götürülən test pozitiv çıxıb. Eyni zamanda, hələki xəstəliyi simptomsuz keçir.

Bundan əvvəl M.Zeman Mərkəzi Hərbi Hospitaldan evə buraxılıb. Ölkə prezidenti orada başqa müalicə alıb.

ABŞ-da ticarət mərkəzində atışma olub

ABŞ-da ticarət mərkəzində atışma olub

ABŞ-ın Darem şəhərində (Şimali Karolina ştatı) ticarət mərkəzində aışma baş verib.

YAZTV "NBC" telekanalına isitnadən verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər yaralanıb.

Məlumata əsasən, atışma ilə əlaqədar bir nəfər saxlanılıb.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Putin İlham Əliyev və Nikol Paşinyanla danışıqlardan sonra Təhlükəsizlik Şurasını toplayacaq

Putin İlham Əliyev və Nikol Paşinyanla danışıqlardan sonra Təhlükəsizlik Şurasını toplayacaq

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Gecə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə dialoq başa çatdıqdan sonra Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək”, - deyə o qeyd edib.

Türkiyə də Rusiyaya başsağlığı verdi

Türkiyə də Rusiyaya başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya bu ölkənin Kemerovo vilayətində kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verib.

YAZTV xəbər verir ki, Türkiyə XİN-in yaydığı başsağlığı mətnində deyilir:

“Mədəndə baş verən qəza nəticəsndə 52 nəfərin həyatını itirməsini, bir neçə insanın yaralanmasını üzüntü ilə qarşılayırıq. Rusiya xalqının kədərin paylaşır, həyatını itirənlərin ailələrinə, Rusiya hökumətinə başsağlığı verir, yaralılar şəfa diləyirik”.

Ərdoğan Türkmənistana gedəcək

Ərdoğan Türkmənistana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük səfər üçün sabah Türkmənistana gedəcək.

YAZTV TRT-yə istinadən xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak edəcək.

Bundan başqa, səfər zamanı iki ölkə arasındakı münasibətlər bütün aspektlərdə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq.

Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan başqa görüş çərçivəsində digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.

Rusiyadan ailəsinin yanına qayıdan şəxs qəzada öldü

Rusiyadan ailəsinin yanına qayıdan şəxs qəzada öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

YAZTV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nəsimikənd kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abdin oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, mərhum beş ay əvvəl Rusiya Federasiyasına işləməyə gedib və ötən gün ailəsinin yanına qayıdan zaman bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

İranda ötən sutka beş minə yaxın şəxs koronavirusa yoluxub

İranda ötən sutka beş minə yaxın şəxs koronavirusa yoluxub

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 850 nəfər yoluxub, 96 nəfər ölüb.

YAZTV-nin məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 097 672 nəfərə, ölənlərin sayı isə 129 376 nəfərə çatıb. Virus daşıyıcılarından 3 368 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

İranda indiyədək 5 830 653 nəfər koronavirusdan sağalıb, 38,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 104 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 902 min təşkil edir.