Monday, 29 Noyabr 2021 04:43
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Paşinyanın partiyası iki icmada qalib gəldi

Paşinyanın partiyası iki icmada qalib gəldi

Noyabrın 14-ü Ermənistanda 5 icmada (İcevan, Stepanavan, Lermontov, Qapan və Arzni) yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

YAZTV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” İcevan və Stepanavan icmalarında səsvermənin nəticələrini açıqlayıb.

 

Beləliklə, sözügedən partiya İcevanda səslərin 80,78%-ni, Stepanavanda isə 78,4%-ni toplayıb.

Alimlərdən pandemiyanın sonu ilə bağlı proqnoz

Alimlərdən pandemiyanın sonu ilə bağlı proqnoz

Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.

YAZTV xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq.

Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümi epidemiyalar”la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik yaxın 2-3 il ərzində peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır. (report az)

“Rusiya ilə müharibəyə hazır olmalıyıq” - Karter

“Rusiya ilə müharibəyə hazır olmalıyıq” - Karter

“Şərqi Avropadakı son gərginliklərdən sonra İngiltərə ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır”.

YAZTV xəbər verir ki, bunu BBC-yə açıqlamasında İngiltərə Baş Qərargah rəisi Ser Nik Karter deyib. 

O bildirib ki, sərhəddə baş verənlər Rusiyanın sabitliyin pozulması oyunlarından biridir:

“Belarus və Ukrayna sərhədlərində yaşananlar Rusiya hökuməti tərəfindən illərlə davam edən çeşiddə klassik diqqət dağıdan hərəkətlərdir. Bu gərginliklərin müharibəyə çevrilib-çevrilməyəcəyini bilmirəm. Məncə, hazır olmalıyıq”. 

Rusiya Türkiyə qırıcısının hazırlanmasında iştirak edə bilər

Rusiya Türkiyə qırıcısının hazırlanmasında iştirak edə bilər

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin hazırlanması üzrə Moskva və Ankara arasında danışıqlar aparılır.

Bu barədə Rusiyanın Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev məlumat verib.

 

“Rusiya dəfələrlə bu məsələdə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda biz bu layihə üzrə danışıqlar mərhələsindəyik”, -deyə o, bildirib.

Qeyd edək ki, Türkiyə məhz Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən beşinci nəsil F-35 qırıcıları proqramından kənarlaşdırılıb.

Dünya çempionatının final turnirində iştirak edəcək 9 komanda müəyyənləşib

Dünya çempionatının final turnirində iştirak edəcək 9 komanda müəyyənləşib

Noyabrın 14-də keçirilən 2022-ci il futbol üzrə dünya çempionatının seçmə oyunlarının nəticələrinə əsasən, Qətərdə keçirilən dünya çempionatına birbaşa vəsiqə qazanan 9 komanda müəyyənləşib.

YAZTV-nin məlumatına görə, qruplarda birinci yerləri Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, Serbiya, İspaniya və Braziliya yığmaları tutub. Turnirin təşkilatçısı Qətər dünya çempionatında seçmə mərhələsiz oynayacaq.

 

Qeyd edək ki, ötən gün keçirilən oyunların nəticələrinə əsasən 2022-ci il dünya çempionatı üçün seçim qruplarında ikinci yerləri tutan yeddi komanda müəyyənləşib.

Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında “cinayət” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə saxlanılma qərarı çıxarmışdı.

Kraliça II Elizabet Birinci Dünya Müharibəsində həlak olanların anım mərasimində iştirak edə bilməyib

Kraliça II Elizabet Birinci Dünya Müharibəsində həlak olanların anım mərasimində iştirak edə bilməyib

Kraliça II Elizabet Birinci Dünya Müharibəsində həlak olanların anım mərasimində iştirak edə bilməyib.

YAZTV xəbər verir ki, 95 yaşlı Kraliça belindən zədə aldığı üçün anım mərasiminə qatılmayıb.

Bukinqem sarayından edilən açıqlamada bildirilib ki, Kraliça belindən zədə alıb və böyük kədər hissi ilə Senetafdakı Memorialda iştirak edə bilməyəcəyinə qərar verib.

Kraliça taxtda olduğu illərdə cəmi 6 dəfə mərasimə qatıla bilməyib.

Qeyd edək ki, hər ilin noyabrında Britaniyada Birinci Dünya Müharibəsi qurbanlarının xatirəsi anılır.

Fransanın Türkiyəyə qarı qurduğu oyun üzə çıxdı

Fransanın Türkiyəyə qarı qurduğu oyun üzə çıxdı

Türkiyənin TRT telekanalının Fransa kəşfiyyatı və bu ölkənin “Lafarj” şirkəti ilə PKK və İŞİD terror təşkilatları arasındakı əlaqələrdən bəhs edən sənədli filmində diqqətçəkən detallar yer alıb.
 
YAZTV 
xəbər verir ki, sənədli filmdə “Lafarj”ın Fransanın casus təşkilatları üçün vasitəçi rolunu oynadığı, İŞİD-in şirkətdən gəlir mənbəyi və hərbi planları üçün istifadə etdiyi üzə çıxıb.
 
İŞİD və PKK-nın 2014-cü ilin avqustunda razılaşma əldə etdiyi və bununla hər iki terror təşkilatının fransız şirkətindən iri həcmdə pul aldığı bildirilib.
 
Razılaşmaya əsasən, “Lafarj”ın PKK və İŞİD-i maliyyələşdirəcəyi və beləliklə də şirkətin Suriyadakı fabrikinin açıq qalacağı müəyyən edilib. Həmin vaxt Fransanın maliyyə naziri olan Mişel Sapinin bu razılaşmadan xəbərdar olduğu da diqqətə çatdırılıb. Sapi üçün Maliyyə Nazirliyinin poçtuna şirkətin İŞİD və PKK ilə əməkdaşlığını əks etdirən sənədin göndərildiyi də deyilib.
 
Avropa Birliyi (AB) və Fransa hökuməti bundan xəbərdar olsa da, bu barədə “Lafarj”a heç bir xəbərdarlıq edilməyib və bu yöndə tədbir görülməyib.
 
“Lafarj”ın İŞİD-in əsas gəlir mənbəyi olması ilə yanaşı, təşkilatın hərbi planlarının icrasında mühüm rol oynayan və sementlə tunellər inşa edən baza olduğu da faktlarla sənədləşdirilib.
 
Digər tərəfdən, sızdırılmış yüzlərlə e-poçt, hesabat və diplomatik sənədlərlə “Lafarj”ın Suriyadakı sement fabrikinin Fransanın casus təşkilatları və xüsusi xidmət orqanları üçün cəbhə rolunu oynadığı da ifşa edilib. (unikal org)

Sabahdan bu ölkədə vaksin vurdurmayanlar küçəyə çıxa bilməyəcək

Sabahdan bu ölkədə vaksin vurdurmayanlar küçəyə çıxa bilməyəcək

Avstriyada koronavirus vaksini vurdurmayanlar üçün küçəyə çıxma məhdudiyyəti tətbiq ediləcək.

YAZTV  xəbər verir ki, bunu ölkənin Baş naziri Aleksandr Çallenberq keçirdiyi brifinqdə açıqlayıb.

Qeyd olunub ki, məhdudiyyət sabahdan qüvvəyə minəcək.

“Sabahdan etibarən 12 yaşdan yuxarı və vaksin vurdurmamış şəxslərin küçəyə çıxmasına məhdudiyyət qoyulacaq”.

Baş nazir vətəndaşları peyvənd olunmağa çağırıb:

"Vaksinli şəxslərlə vaksin vurdurmayanlar eyni kateqoriyada dəyərləndirilməyəcək. Görülən tədbirlər vaksinasiyanın təşviq edilməsini hədəfləyir.

Qaydalara riayət olunub-olunmamasına güc strukturları nəzarət edəcək. Tədbirlərə riayət etməyənlərə cəza tətbiq olunacaq".

Brifinqdə qeyd edilib ki, koronavirusun dördüncü dalğası ölkəni təsiri altına alıb.

İranda zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatdı

İranda zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatdı

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

YAZTV “Jamaran” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.  

“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, - o deyib.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.  (unikal org)

Serbiyada miqrantlarla dolu avtobus aşıb, ölən və yaralananlar var

Serbiyada miqrantlarla dolu avtobus aşıb, ölən və yaralananlar var

Serbiyanın şərqindəki Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

YAZTV xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, daha 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, xəsarət alanların əksəriyyəti azyaşlılardır. Qəza faktı ilə bağlı cinayət işi başlanıb. Pirot polisi avtobus sürücüsünü həbs edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, miqrantları daşıyan avtobusun sürücüsü sürət həddini pozaraq, işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində avtomobil aşıb. (trend az)

Xorvatiya – Rusiya matçından əvvəl insident

Xorvatiya – Rusiya matçından əvvəl insident

DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Xorvatiya - Rusiya oyundan əvvəl insident baş verib.

YAZTV “Sport-express” nəşrinə istinadən xəbər verir ki, Xorvatiya polisi Splitdə qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir. 

Bu addımın hansı səbəbdən atıldığı hələ ki, məlum deyil.

Qeyd edək ki, Xorvatiya – Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. (qol az)