İsveç və Finlandiyanın NATO-ya qoşulması protokolu iyulun 5-də imzalanacaq

İsveç və Finlandiyanın NATO-ya qoşulması protokolu iyulun 5-də imzalanacaq

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya qoşulması haqqında protokol imzalanacaq.

YAZTV xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

Sənədi NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri imzalayacaq.

Xatırladaq ki, ötən gün NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.