Yaponiya Ukraynaya yardım üçün təcili QRANT AYIRDI

Yaponiya Ukraynaya yardım üçün təcili QRANT AYIRDI

Yaponiya Ukraynaya humanitar yardımın çatdırılması üçün 1,7 milyon dollara yaxın təcili qrant elan edib.

YAZTV xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Yaponiya hökuməti bu qərarı Rusiyanın işğalı ilə əlaqədar humanitar yardımın artırılması çağırışları fonunda qəbul edib. Bildirilir ki, Ukraynada dərman ehtiyatları nəqliyyat xərcləri kimi amillərə görə tükənir.

Yaponiya rəsmiləri yardımın Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi vasitəsilə daşınacağını bildiriblər.

Bundan əlavə, xarici işlər naziri Hayaşi Yoşimasa Yaponiyanın Ukrayna xalqını dəstəkləmək üçün dünya ictimaiyyəti ilə işləməyə davam edəcəyini bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 8 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.