Səudiyyədə qadın pilotlar ilk uçuş həyata keçirdi

Səudiyyədə qadın pilotlar ilk uçuş həyata keçirdi

Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkəti ölkə tarixində ilk dəfə qadınlardan ibarət heyətlə uçuş həyata keçirib.

YAZTV Axar.az-a istinadla xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

 

“Əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşı olan qadınlardan ibarət heyətlə ilk uçuş həyata keçirildi. Bu, Səudiyyə Ərəbistanı tarixində bir ilkdir”, - məlumatda qeyd olunub.

Şirkət qadınlardan ibarət heyətin fotosunu Tvitter səhifəsində yayımlayıb.