"Pençe-Kaplan" əməliyyatı çərçivəsində PKK terrorçuları zərərsizləşdirilib
Sənübər Qocayeva

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kaplan" əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.
YAZTV-nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı qətiyyətli mübarizəni davam etdirir.