İspaniyada turistlər üçün giriş qaydaları yumşaldılıb

İspaniyada turistlər üçün giriş qaydaları yumşaldılıb

İspaniya hökuməti Avropa İttifaqına daxil olmayan ölkələrdən gələnlər üçün krallığa giriş qaydalarını yüngülləşdirib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin rəsmi hökumət qəzetində dərc olunan qərarda deyilir.

Qərara görə, İspaniyaya daxil olmaq üçün koronavirus üçün mənfi test təqdim etmək kifayətdir. Krallığa dəniz və ya hava yolu ilə gələn turistlər üç sənəddən birini daşımalıdırlar: - COVID-19-a qarşı peyvənd sertifikatı, sağalma şəhadətnaməsi və ya göstərilən xəstəliyin mənfi diaqnozu haqqında arayış. 12 yaşına çatmayanlar hər hansı sənədi təqdim etməkdən azaddırlar.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən krallığa 19 milyona yaxın əcnəbi səfər edib ki, bu da bir il əvvəl qeydə alınan rəqəmdən 77,3 % azdır. Ötən il isə bu rəqəm 31 milyonu ötüb.