Kreml Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliklə bağlı təklifinə münasibət bildirib

Kreml Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliklə bağlı təklifinə münasibət bildirib

“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”.

YAZTV TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Türkiyədə keçirilməsini təklif etmişdi. Türkiyə lideri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib.