İlon Mask dünyanın ilk trilyoneri ola bilər

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

Amerikalı sahibkar, “Tesla” şirkətinin təsisçisi İlon Mask yeni rekorda doğru gedir.

YAZTV xəbər verir ki, İlon Mask dünyanın ilk trilyoneri ola bilər. 

 50 yaşlı Mask planetin ən məşhur sahibkarı hesab olunur. “Bloomberg” agentliyinin məlumatına görə, ekspertlər İlon Maskın sərvətini 242 milyard dollar olaraq qiymətləndirir.

Maliyyə analitikləri ilə söhbət aparan “The Guardian” isə yazır ki, Mask dünyanın ilk trilyoneri olmaq üçün bütün şanslara sahibdir. O, bütün bu şanslara isə “Space X” şirkəti sayəsində malikdir. (qafqazinfo az)