Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb

Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb

Rumıniya prezidenti Klaus Yohannis ölkədə yeni hökumətin formalaşdırılmasını müdafiə naziri Nikolae Çukeyə tapşırıb.

YAZTV-nin məlumatına görə, bu barədə prezident mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 5-də əvvəlki baş nazir Florian Kıtsu Rumıniya parlamentinin etimadsızlıq səsverməsi nəticəsində istefa vermişdi.

Bir müddət əvvəl "Rumıniyanın xilası naminə ittifaq" partiyasının rəhbəri Daçian Çoloş hökuməti formalaşdıra bilməmişdi. (trend az)