ABŞ-da əfqan qaçqınlar amerikalı qadın əsgərə hücum edib

ABŞ-da əfqan qaçqınlar amerikalı qadın əsgərə hücum edib

Amerikalı əsgər Nyu Meksikadakı hərbi bazaya Əfqanıstandan gətirilən və orada müvəqqəti saxlanılan qaçqınlar tərəfindən hücuma məruz qalıb.

YAZTV xəbər verir ki, bu barədə hərbi bazanın komandanlığı məlumat verib.

Qeyd olunub ki, ABŞ Əfqanıstanı tərk etdikdən sonra 20 il ərzində Amerika qüvvələri ilə əməkdaşlıq edən və ya digər risk qruplarına aid olan on minlərlə sakini qəbul etməyə razılıq verib:

“19 sentyabrda qadın əsgər Nyu Meksikada yerləşən Donya Ana kompleksindəki əfqanıstanlı kişilər tərəfindən hücuma məruz qaldığını təsdiqləyə bilərik”.

Bildirilib ki, Federal Təhqiqat Bürosu təfərrüatları açıqlanmayan hadisə ilə bağlı araşdırma aparır. Komandanlıq qadın əsgərə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.