Wednesday, 25 May 2022 16:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq

Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq

Avstriyanın paytaxtı Vyanada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq.

"YAZTV" xəbər verir ki, bu barədə Vyana meri Mixael Lüdviq feysbukda bildirib.

Belə ki, iyunun 1-dən koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması tələbinın müddəti uzadılır.

"Pandemiya hələ bitməyib. Vyanada ictimai nəqliyyatda, apteklərdə, həkim məntəqələrində və xəstəxanalarda FFP2 tipli maskanın taxılması məcburi olaraq qalır", - Lüdviq qeyd edib.

Çavuşoğlu Fələstinin lideri ilə GÖRÜŞÜB

Çavuşoğlu Fələstinin lideri ilə GÖRÜŞÜB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

"YAZTV" xəbər verir ki, bu barədə nazir “Twitter“ hesabında məlumat yayıb.Görüş zamanı Çavuşoğlu Türkiyənin qardaş Fələstin xalqına və Fələstinin mübarizəsinə güclü dəstəyinin davam edəcəyini qeyd edib.

İraqda güclü qum FIRTINASI

İraqda güclü qum FIRTINASI

İraqda güclü qum fırtınası baş verib.

YAZTV xəbər verir ki, yerli sakinlər evlərini tərk etməməyə çalışırlar.

Meteroloqlar küləyin sürətinin isə 40-50 km/saata çatacağını və görmə məsafəsinin 100 metrə qədər azalacağını proqnoz edir.

Hazırda beynəlxalq hava limanları, təhsil müəssisələri və dövlət müəssisələri işləmir. 

Qeyd edək ki, İraqda qum fırtınası bir aydan çox dur davam edir. 

Mayın əvvəlində baş verən fırtınadan sonra 5 mindən çox adam boğulma şikayəti ilə həkimlərə müraciət edib, bir nəfər isə ölüb.

Rusiya Qara dəniz üçün ağıllı sistem yaradır

Rusiya Qara dəniz üçün ağıllı sistem yaradır

Uzaqmənzilli Radiorabitə üzrə Elmi-Tədqiqat İnstitutunun (NIIDAR) mütəxəssisləri Qara dənizin yaxın və uzaq dəniz zonasında vəziyyətə nəzarət etmək üçün süni intellekt elementləri olan informasiya sistemi hazırlayır. 

YAZTV xəbər verir ki, bunu TASS-a müsahibəsində Akademik A.L.Mints adına Radiotexnika İnstitutu (RTI) ASC və NPK NIIDAR ASC-nin baş direktoru Yuri Anoşko deyib.

O qeyd edib ki, hazırda Qara dənizdə qeyri-dost gəmiləri və təyyarələri aşkar etmək üçün ilkin radar tapşırıqları ilə yanaşı, bütün Qara dəniz regionunda vəziyyətin qlobal monitorinqinə ehtiyac var.

Yuri Anoşkonun sözlərinə görə, sistem müxtəlif açıq və qapalı mənbələrdən məlumatları qəbul edir, məlumatları avtomatik emal edir və seçilmiş regionda mövcud vəziyyəti formalaşdırır. 

"Daha sonra emal zamanı maşın öyrənmə alqoritmləri və süni intellekt elementlərindən istifadə etməklə sistem normal vəziyyətdən kənarlaşmaları aşkar etməyə, potensial təhlükəli obyektləri aşkar etməyə və onları müşayiət etməyə, avtomatik olaraq hərbi komandanlıq və idarəetmə orqanlarına müvafiq bildirişlər göndərməyə imkan verəcək”, - deyə o bildirib. .

Növbəti 5 ildə də ÜST-ə Qebreyesus rəhbərlik EDƏCƏK

Növbəti 5 ildə də ÜST-ə Qebreyesus rəhbərlik EDƏCƏK

Tedros Adanom Qebreyesus yenidən 5 il müddətinə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru seçilib.

YAZTV xəbər verir ki, Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Tedros Adanom Qebreyesus yenidən ÜST-nin Baş direktoru seçilib.

Son 4 ildə Ermənistanın dövlət borcu və yoxsulluq səviyyəsi daha da artıb

Son 4 ildə Ermənistanın dövlət borcu və yoxsulluq səviyyəsi daha da artıb

Ermənistanın dövlət borcu 4 il ərzində 2,58 milyard ABŞ dolları və ya 37,6 % artıb.

Bu barədə YAZTV Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, ölkə hakimiyyəti antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin cəmi 4 ayında dövlət borcu 222 milyon dollar artıb. Bu pulun əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən məzənnənin sabitləşdirilməsinə sərf edilib.

Adambaşına düşən milli borc təxminən 3 200 dollardır. Eyni zamanda, bu göstəricinin artması ÜDM-in ən azı proporsional artımına töhfə verməyib.

Dörd il ərzində 2,45 milyard dollar borc xərclənib, lakin Ermənistanın nominal ÜDM-i təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi aşağı düşmək əvəzinə 27 %-ə yüksəlib. Borc nəinki ölkənin sosial-iqtisadi problemlərini həll etmir, hətta onları daha da dərinləşdirir.

 Zelenski Moskva ilə danışıqların bərpası üçün şərtlərini açıqladı

Zelenski Moskva ilə danışıqların bərpası üçün şərtlərini açıqladı

"Ukrayna bütün əraziləri azad etdikdən sonra Rusiya ilə danışıqlara qayıdacaq".

YAZTV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya televiziyasına müsahibəsində deyib.

"Dünya əvvəlcə Ukraynanın Rusiya işğalına yalnız üç gün davam gətirə biləcəyini düşünürdü. Ancaq dünyanı təəccübləndirən odur ki, biz üç gün deyil, 30 gün deyil, artıq üç ay döyüşmüşük", - o qeyd edib.

Zelenski bildirib ki, bütün ukraynalılar üçün qələbə Donbas bölgəsi və Krım yarımadası da daxil olmaqla, ərazilərini azad etməkdir:

"Amma ilk növbədə, biz ərazimizi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq üçün mübarizə aparırıq. Sonra bu müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar masasına oturacağıq”.

Zelenski qeyd edib ki, Qara dəniz və Azov dənizi boyunca regionlara nəzarəti bərpa etmək yaxınlaşan qlobal ərzaq böhranının qarşısını almağa kömək edəcək.

Onun sözlərinə görə, Ukrayna qıtlığı azaltmaq üçün buğda və qarğıdalıları Avropa, Asiya və Afrikaya göndərə biləcək.

Ukraynada daha bir Rusiya generalı ÖLDÜRÜLDÜ

Ukraynada daha bir Rusiya generalı ÖLDÜRÜLDÜ

Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.

YAZTVlxəbər verir ki, bu barədə BBC məlumat yayıb. Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.

ÜST meymunçiçəyi virusunun mutasiyası barədə məlumatları cavablandırıb

ÜST meymunçiçəyi virusunun mutasiyası barədə məlumatları cavablandırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübutu yoxdur.

YAZTV “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Bununla yanaşı, təşkilat Avropa və Şimali Amerikada 100-dən çox xəstəliyə yoluxma faktı olduğunu bildirib.

Qeyd edilir ki, Avropa və Şimali Amerikada 100-dən çox təsdiqlənmiş yoluxma ağır olmayıb. ÜST-ün məlumatına görə, yoluxmalar qeyri-tipik xarakter daşıyır və virusun müntəzəm yayılmadığı ölkələrdə baş verir. Alimlər yoluxma hallarının mənşəyini və virusda nəyinsə dəyişib-dəyişmədiyini müəyyənləşdirməyə çalışırlar.

“Moderna” meymunçiçəyinə qarşı peyvənd hazırlığına başladı

“Moderna” meymunçiçəyinə qarşı peyvənd hazırlığına başladı

COVID-19-a qarşı peyvənd istehsalı ilə tanınan “Moderna” meymunçiçəyi xəstəliyinə qarşı peyvəndin hazırlanmasına başladığını elan edib.

YAZTV” xəbər verir ki, bu barədə şirkət öz tviter səhifəsində məlumat yayıb.

“Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə görə və meymunçiçəyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial meymunçiçəyi peyvəndini klinika öncəsi səviyyədə araşdırırıq”, - deyə məlumatda bildirilir. 

Bu dərmanın inkişafının hansı mərhələdə olduğunu şirkət hələlik açıqlamayıb. Lakin bu, ilk hədəflənmiş meymunçiçəyi peyvəndi ola bilər. 

İraqın şimalında Türkiyə ordusunun 3 əsgəri şəhid olub

İraqın şimalında Türkiyə ordusunun 3 əsgəri şəhid olub

İraqın şimalında keçirilən "Pəncə-Kilid" antiterror əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin qeyd olunub ki, 4 əsgər yaralanıb.

Tokioda "Quad" lidelərinin sammiti başalyıb

Tokioda "Quad" lidelərinin sammiti başalyıb

Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) liderlərinin sammiti başlayıb.

YAZTV bu barədə "NHK" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, danışıqların əsas mövzuları regional təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq. Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının aktivləşməsini müzakirə edə bilərlər.

 

 Həmçinin, "Quad" ölkələrinin lideləri COVID-19, iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə toxuna, regionda qeyri-qanuni balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edə, həmçinin kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yarada bilərlər.

Hazırkı görüş "dördlüyün" ikinci əyani sammitidir, birincisi 2021-ci ilin sentyabrında Vaşinqtonda keçirilib.