Monday, 29 Noyabr 2021 03:57
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yaqub Zurufçunun vəziyyəti pisləşib, kəskin böyrək çatışmazlığı yaranıb

Yaqub Zurufçunun vəziyyəti pisləşib, kəskin böyrək çatışmazlığı yaranıb

"Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur".

YAZTV xəbər verir ki, bu barədə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Mədəniyyət nazirinə birinci müavini təyin olunub

Mədəniyyət nazirinə birinci müavini təyin olunub

Azərbaycanın mədəniyyət nazirinə birinci müavin təyin olunub.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da zəngindir.

YAZTV xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtında bir araya gələn xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları olub, muğam ifaları səslənib, xalq və əməkdar artistlər “Nizamidən Vaqifə” adlı poetik kompozisiyanı təqdim ediblər.

XVI Beynəlxalq Bakı Caz Festivalı başlayır

XVI Beynəlxalq Bakı Caz Festivalı başlayır

2021-ci ilin 10-18 sentyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVI Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.

YAZTV-yə verilən məlumata görə, ikiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.

Bu il Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.

 

Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova koronavirusdan dünyasını dəyişib.

Bu barədə YAZTV-yə onun yaxınları bildirib. 

Məlumata görə, N. Sadıxova 57 yaşında vəfat edib.

 Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, direktor müavini vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.

Əməkdar artist koronavirusdan vəfat etdi

Əməkdar artist koronavirusdan vəfat etdi

Dağıstanın Ləzginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.

YAZTV” xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib. 

“Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu”,- deyə nazir bildirib. 

Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr  olunub.

YAZTV” xəbər verir ki, kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib.

 

Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri  Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.

 

 

Şuşa Azərbaycanın mədəniyyətinin beşiyidir

Şuşa Azərbaycanın mədəniyyətinin beşiyidir

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
 
2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır.
 
2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin həyatında əlamətdar hadisə kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açlış mərasimindəkı çıxışında bir çox mühüm hadisələrdən bəhs etmişdir.
 
Qeyd olunmuşdur ki, 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsi açılmışdı. Erməni vadalizminin nəticəsində dağıdılmış məqbərə Heydər Əliyev Fondu tərəfindən qısa müddət ərzində bərpa olunmuşdur. Vaqif Poeziya Günləri də , "Xarıbülbül" festivalı da bərpa edildi.
 
Şuşanın bərpası bu il yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görülmüşdür.Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
 
Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.
 
Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib.
 
Sənan Səmədov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Təşkilat sektorunun baş məsləhətçisi

Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.

YAZTV” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu haqda  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında yeni qərar alınıb. Qərara əsasən 2020–2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserləri tərəfindən adıçəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunmalıdır.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır. Fimlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

Tamilla Ağamirova vəfat etdi

Tamilla Ağamirova vəfat etdi

Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova dünyasını dəyişib.

YAZTV” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilir ki, o, 93 yaşında vəfat edib.

Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. Bunun ardından isə 1952-ci ildə “Romen” teatrına gələrək baş rollar ifa etməyə başlayıb. T. Ağamirova “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Mateo Falkone” və s. filmlərdə canlandırdığı obrazlar və “Romen” teatrında oynadığı onlarla roluna görə tamaşaçıların sevgisini qazanıb. (qafqazinfo az)
Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq

Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

YAZTV” xəbər verir ki, dövlət başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verilib.