Monday, 29 Noyabr 2021 03:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gəncə Dövlət Filarmoniyasında  Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı keçilirib

Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı keçilirib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı təqdim edib.

Gəncə Dölət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Respublikanın Əməkdar artisti, dirijor Elçin Elçiyevin bədii rəhbərliyi ilə Xalq Çalğı Alətləri orkestri maraqlı konsert proqramın təqdim edib.

Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operettasından bir parça, Xalq artisti Sevinc İbrahimovanın ifasında “Gülüm”, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında “Sevgili canan”, “Gəncəm”, Əməkdar artist Kəmalə Tağızadənin ifasında “Anam Azərbaycan”, Filarmoniyanın solisti Günel Hacıyevanın ifasında “Arşın mal alan” operettasından Gülcöhrənin ariyası, “Ölkəm” , solist Rüstəm Cəfərovun ifasında “Vətən nəğməsi”, solist Xəyal Əliyevin ifasında “Xudayar təsnifi” təqdim edilib. Konsertdə o cümlədən, “Gəncəm” triosunun təqdimatında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnısı səsləndirilib.

Konsert Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblının “İgidlər” və “Naz eləmə” rəqsləri ilə davam edib.

Qeyd edək ki, “Nizami ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edəcəkdir.

Əməkdar rəssam COVID-19-dan vəfat etdi

Əməkdar rəssam COVID-19-dan vəfat etdi

Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında dünyasını dəyişib.

Bu barədə YAZTV-yə onun dostu Sabir Zülfüqarov məlumat verib.

Onun sözlərinə görə, Z. Kantemirov bu gün Bakıda Zığda yerləşən modul tipli xəstəxanada koronavirusdan vəfat edib. 

S. Zülfüqarov qeyd edib ki, mərhumun koronavirusa yoluxmuş həyat yoldaşının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Z. Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb. (qafqazinfo az)

Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin edilib

Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin edilib

Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.

YAZTV xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə telejurnalist Fəxrəddin Hacıbəyli gətirilib.

Qeyd edək ki, işğal dövründə erməni vandalizminə məruz qalan ev muzeyinin bu ilin avqustun 29-da bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Səyyad Əlizadə vəfat edib

Səyyad Əlizadə vəfat edib

Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

Bu barədə  onun qohumu Razim Qarayev məlumat verib.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.

Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb.1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.

Əfsanəvi “Qaya”nın yaradıcısı vəfat etdi

Əfsanəvi “Qaya”nın yaradıcısı vəfat etdi

Əfsanəvi “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında dünyasını dəyişib.

YAZTV xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev feysbukda məlumat verib.

Onun sözlərinə görə, T. Mirzəyev ömrünün son illərini yaşadığı İsraildə vəfat edib.

 

Qeyd edək ki, T. Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" estrada-simfonik orkestrini yaradıb, onun bədii rəhbəri və solisti olub. Ansambl SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. 

Allah rəhmət eləsin!

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırki türbənin inşasında ən qiymətli tikinti materiallarından olan qırmızı qranitdən istifadə olunub.

Daha sonra ansamblının solistləri Taleh Yahyayev, Rəvanə Əmiraslanova və Kazım Nicat Fəxri dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvi sözlərinə yazdığı "Sənsiz" və "Sevgili canan" romanslarını Nizami Gəncəvinin ruhuna hörmət əlaməti olaraq şairin məqbərəsi önündə ifa ediblər.

Qeyd edək ki,cari ilin sentyabr ayının 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının növbəti tədbiri Gəncə şəhərində baş tutub.

“Millətəm” pyesinin müəllifi, qazi Həsən Cəfərov: “Mən hər cümləmdə ölüb dirildim”

“Millətəm” pyesinin müəllifi, qazi Həsən Cəfərov: “Mən hər cümləmdə ölüb dirildim”

Gəncə Dövlət Dram Teatrının kollektivi tərəfindən “ŞUŞA, SƏN AZADSAN!” adlı əbədi-bədii kompozisiya hazırlanıb. Həsən Cəfərovun “Millətəm”  pyesi əsasında hazırlanan kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru isə Elşad Əhmədovdur. 

Əli Qasımov: “Əli Qasımov: “Bildiyiniz kimi, 27 Sentyabr-Anım Günündə hazırladığımız “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya çox böyük rezonans doğurdu. "Millətəm" pyesinin müəllifi Həsən Cəfərov Gəncə Dövlət Dram Teatrının aktyoru olmaqla yanaşı, Vətən müharibəsi iştirakçısıdır. Qazi Həsən Cəfərov qələmə aldığı bu pyesdə müharibə zamanı döyüş yoldaşlarının hünərini, şəhid qardaşlarının şücayətini əks etdirib. Hazırda, pyesin əsasında tamaşa da hazırlanır. Səhnə əsəri 8 Noyabr-Zəfər Günü ərəfəsində teatrsevərlərin ixtiyarına veriləcəkdir. Məlumat üçün bildirim ki, bu qazi Həsən Cəfərovun səhnələşdirilən ilk əsəri deyil. Bundan əvvəl onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dirçəliş” pyesi də tamaşaya qoyulub”.

Qazi Həsən Cəfərov: “Mən bu pyesi yazmağı müharibə zamanı çox düşünürdüm. Dəfələrlə özümə deyirdim ki, əgər bu cəng meydanından salamat qurtulsam mütləq pyesi qələmə alacam. Burada yaşadıqlarımı və gördüklərimi mütləq kağız üzərində cilvələndirəcəm. Müharibədə yaralandıqdan sonra mənəvi və fiziki tərəfdən çox əziyyət çəkdirdim. Özümdə “Millətəm” pyesini yazmağa cürət toplaya bilmirdim. Bir neçə ay əlimə qələm alıb cəhd etmək istəsəm belə, alınmırdı. Avqustun əvvəllərində teatrın rəhbəri, çox hörmətli Əli Qasımov, atam, Gəncə Dövlət Dram teatrının aktyoru Yusif Cəfərov və teatrın rejissoru Elşad Əhmədov mənimlə söhbət apararaq silahı qələmlə əvəzləməyimi xahiş etdilər. Onların mənəvi dəstəyi nəticəsində qərara gəldim ki, artıq zaman yetişib. Deyim ki, asan oldu? Xeyir... Məmməd Arazın bir deyimi var,“Ölə-ölə yazmıram, yaza-yaza ölürəm”. Həqiqətən də, mən hər cümləmdə ölüb dirildim.


Personajların demək olar ki, hamısı müharibədə iştirak edən şəhid və qazi olan hərbçilərimizdir. Bir neçə obraz var ki, onlar hazırda xidmətlərini davam etdirirlər və çox şükürlər olsun ki, sağ- salamatdılar.


Pyesin ərsəyə gəlməsində xalqımızın 44 gündə göstərdiyi birliyin də təsiri oldu. Mənim zənnimcə bütün Azərbaycan xalqı Vətən müharibəsi iştirakçısıdır və hamısı da qəhrəmandır.Çünki bu müharibədə hər kəs, Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək düşmənə meydan oxudu. Hamı əlindən gələni etdi. Bu Qələbə asan əldə olunmadı. Şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın həmrəyliyi və Ali Baş Komandanımızın qətiyyəti ilə biz Zəfər çaldıq. Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayıram”.

Xatırladaq ki, “Millətəm” adlı tamaşada əsas rollar Əməkdar artist Elxan Yunisə,  aktyorlar Emil Salmanova, Ruslan Hüseynova, Vasif İsmayılova, Həsən Cəfərova, Hüseyn Cəfərova, Şahmar Məmmədova və Elmir Məmmədova məxsusdur.

 

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

"Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açılacaq".

YAZTV xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi məsələyə ciddi nəzarət edəcək ki, bu qaydalara əməl olunsun. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", - nazir bildirib.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı keçirilir. Hər il ənənəvi olaraq 18-24 sentyabr tarixləri arasında keçirilən festival çərçivəsində növbəti tədbir Gəncə şəhərində baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, ziyalılar, musiqisevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycanda professional musiqi sənətinin banisi hesab edilir. Musiqişünas-alim, şərqdə ilk operanın müəllifi kimi tanınan Üzeyir Hacıbəylinin göstərdiyi xidmətlər Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli yerə malikdir. Gəncədə təşkil olunan bu konsert proqramının “Nizami Gəncəvi İli”nə təsadüf etməsi isə musiqisevərlərdə ikiqat bayram ovqatı yaradıb.

Tədbirdə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bildirib ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu çərçivədə Gəncə şəhərində də silsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirib ki, Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının ilk konsert proqramı azad Şuşada, dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı doğma şəhərdə təşkil olunub. Gəncədən sonra növbəti təbir isə Ağdamda baş tutacaq.

Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, musiqişünas Xatirə Həsənzadə Üzeyir Hacıbəyli yaradıcılığına nəzər salaraq, bəstəkarın Azərbaycan musiqisinin inkişafına verdiyi töhvələrdən danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq.

Rəsmi hissədən sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansablı (bədii rəhbər və dirijor Xalq artisti Ağaverdi Paşayev) konsert proqramı ilə çıxış edib. Konsertdə Əməkdar artist İlkin Əhmədov və Rəvanə Əmiraslanovanın ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya, xanəndə Kazım Nicat Fəxrinin ifasında dahi bəstəkarın Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansı, Nərgiz Kərimovanın ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyası və digər əsərlər musiqisevərlərə təqdim olunub.

Rasim Balayev Cıdır düzündə torpağı qucaqladı - VİDEO

Rasim Balayev Cıdır düzündə torpağı qucaqladı - VİDEO

İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb.

Həmin anları Xəzər TV-də yayımlanan “Birinci Studiya” proqramı lentə alıb.

 Verilişin aparıcısı Lalə Azərtaş qeyd edib ki, sənətkar sağlamlığında problemlərin olmasına baxmayaraq, Şuşaya gedib.

“Mən arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, - sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R.Balayev deyib.

Xatırladaq ki, daha əvvəl R.Balayev və ailə üzvlərinin 35 il sonra İsa bulağında çəkdirdiyi foto sosial şəbəkələrdə böyük marağa səbəb olub.

http://baku.tv/embed/44345 <iframe src='https://player.baku.tv/embed/44345' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>

 

İctimai yerlərdə abidələrin ucaldılması və demontajı ekspert Komissiyasının rəyinə uyğun olaraq aparılmalıdır - Nazirlik

İctimai yerlərdə abidələrin ucaldılması və demontajı ekspert Komissiyasının rəyinə uyğun olaraq aparılmalıdır - Nazirlik

İctimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir

YAZTV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı yaydığı məlumatda əks olunub.

Məlumatda bildirilib ki, heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.

Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.

Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.

Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.

Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor təyin olunub

Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor təyin olunub

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktor Hüseynova Svetlana Zelmixan qızı təyin olunub.

Hüseynova Svetlana Zelmixan qızı 17 iyul 1965-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuş, 1980-ci ildə Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını konsert ifaçılığı, konsertmeyster, müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1989-2021-ci illərdə Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunda müəllim, 2001-2010-cu illərdə uşaq musiqi məktəblərində əvəzçi müəllim işləmişdir. Musiqi Texnikumunda işlədiyi müddətdə fortepiano şöbəsinin, konsertmeyster ifaçılığı şöbələrinin Fənn Birləşməsi Komitəsinin sədri vəzifəsində işləmişdir. Müəllimliklə bərabər həvəskar bəstəkar kimi də fəaliyyət göstərir.