Monday, 29 May 2023 05:26
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gəncədə Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub

Gəncədə Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər. Onlar dünya şöhrətli bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər düzüblər.

YAZTV bildirir ki, bəstəkarın ailə üzvləri çıxış edərək, Qəmbər Hüseynlinin yaradıcılığına göstəridikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra onlar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqnda xatirələrini bölüşüblər. Onun həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

Qeyd edək ki, Qəmbər Hüseynlinin 105 illiyi ilə əlaqədar olaraq doğulub böyüdüyü evin fasadındakı barelyef dəyişdirilərək, yenisi ilə əvəz olunub.

Stalik Xankişiyev Azərbaycan dolmasının hazırlanması sirrini açıb

Stalik Xankişiyev Azərbaycan dolmasının hazırlanması sirrini açıb

Məşhur Rusiya kulinarı, teleaparıcı, bloger və mətbəx haqqında kitabların müəllifi Stalik Xankişiyev REN TV-də "Dadlı və sağlam qida haqqında" telealmanaxında Azərbaycan dolmasının hazırlanma sirlərini bölüşür.

YAZTV xəbər verir ki, kulinariya ustası dolmanın necə hazırlanacağı barədə danışır. Həm də eyni zamanda iki növ barədə! Azərbaycan dolması: üzüm yarpaqlarında və tərəvəzli. Əlbəttə ki, aşpazın öz sirləri də mövcuddur!

Xatırladaq ki, Stalik Xankişiyevlə "Dadlı və sağlam qida haqqında" telealmanax REN TV-də şənbə günləri saat 8:30-da efirə çıxır. (AZƏRTAC)

Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri, bəstəkar İlham Abdullayev vəfat edib.

Bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat yayıb.

“Bir ay əvvəl zəng edib, ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını məndən istədi. Dedi ki, hələ gec deyil, yolla onları mənə. Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona. “Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın “remake”ləri çıxacaq, sevindirəcəyəm sizi” dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin”, - deyə Xalq artisti əlavə edib.

SON DƏQİQƏ: Tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat etdi

SON DƏQİQƏ: Tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat etdi

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Allah rəhmət eləsin! 

Siyavuş Kərimi koronavirusa yoluxdu

Siyavuş Kərimi koronavirusa yoluxdu

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Konservatoriyanın mətbuat xidmətindən YAZTV-yə verilən məlumata görə, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxıb və ev şəraitində müalicə alır. 

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasında müəllim və tələbələr arasında koronavirusa yoluxma qeydə alındığı üçün əyani dərslər dayandırılıb. (unikal org)

 

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Türkiyəli aktyor Muharrem Erdemir vəfat edib.

YAZTV xəbər verir ki, koronavirusa yoluxan sənətçi uzun müddətdir xəstəxanada müalicə alırdı. Bir neçə gün əvvəl isə o, oksigen aparatına bağlanmışdı.

Onun ölüm xəbərini qızı Eda Erdemir yayıb. "Atamı gecə itirdik. Müdaxilələrə baxmayaraq, onu xilas edə bilmədilər. Sivasda dəfn olunacaq" deyə, o, söyləyib.

Qeyd edək ki, mərhum tamaşaçılara "Arka sokaklar", "Kertenkele", "Akasya durağı" və "Ihlamurlar altında" kimi ekran işlərindən tanışdır.(unikal org)

Aşıq Əli mədəniyyət evinə rəhbər təyin olunub

Aşıq Əli mədəniyyət evinə rəhbər təyin olunub

Aşıq Əli Tapdıqoğlu Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinə rəhbər təyin olunub.

YAZTV xəbər verir ki, bu haqda onun həmkarı Samirə Əliyeva məlumat yayıb.

"Sənin adına çox sevindim. İnanıram ki, sənə göstərilən bu etimadı doğruldaraq kollektivinlə bərabər böyük uğurlara imza atacaqsan. Sən zirvələrə yaraşırsan" deyə, o, paylaşımında yazıb. (axşam az)
Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

YAZTV-nin əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib. (axşam az)

Xalq artistindən ÜZÜCÜ XƏBƏR

Xalq artistindən ÜZÜCÜ XƏBƏR

Martın 10-da infarkt oldu, dərhal xəstəxanaya apardıq. “Baku Medical Plaza”da həyatını xilas etmək üçün ürək damarına stend qoyuldu. Qan göstəricilərinin əməliyyata uyğun olması üçün 3 həftə gözləməli olduğumuzu bildirdilər. Aprel ayının 2-də Respublika Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı keçirildi və ürəyinin 4 damarı dəyişildi.

YAZTV xəbər verir ki, bu barədə Xalq artisti Azər Zeynalovun həyat yoldaşı musiqiçinin səhhəti haqqında danışarkən deyib. O bildirib ki, sənətçi artıq palataya yerləşdirilib:

“Şükür ki, özünü yaxşı hiss edir. Evə nə vaxt buraxılacağı bilinmir. Bəzi saytlar danışa bilmədiyini yazıblar, doğru deyil. Sadəcə telefonlarına mən cavab verirəm, həkim ona telefonla danışmağa icazə vermir, həyəcan və stressdən uzaq qalmağı tapşırıb”. (publika az)

"Oskar 2021"in aparıcıları onlardır - Fotolar

"Oskar 2021"in aparıcıları onlardır - Fotolar

Bu il keçiriləcək 93-cü "Oskar" film mükafatlarının təqdimetmə mərasiminin aparıcıları bəlli olub.

YAZTV Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları İnstaqramda məlumat yayıblar.

Aprelin 26-da keçirilməsi planlaşdırılan mərasimin aparıcıları Hollivud ulduzu Bred Pitt və aktrisa Zendaya olacaq.

Gecədə qızıl heykəlcikləri isə Rene Zellveger, Riz Uizerspun, Holli Berri, Xoakin Feniks, Lora Dern, Harrison Ford kimi məşhurlar təqdim edəcəklər.

Qeyd edək ki, mükafatlandırma mərasimi "ABC" kanalında canlı yayımlanacaq.

Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək

Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək

"Qarabağ münaqişəsi Azərbaycan xalqının torpaqlarına böyük bəlalar və dağıntılar gətirib, indi isə Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir".

YAZTV xəbər verir ki, bu sözləri Trend-ə Özbəkistan Prezident Administrasiyası nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjon Xocayev deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə infrastruktur tikintisi və bərpası iə bağlı çox iş görmək lazımdır:

"Burada məscid istisna olmaqla demək olar ki, hər şey dağıdılıb və dünya ictimaiyyəti buna diqqət yetirməlidir".

O əlavə edib ki, bura qayıdan sakinlərin üzlərinə xoşbəxtlik görünür.

Agentlik rəhbəri bildirib ki, Türk Şurası ölkələri azad edilmiş ərazilərdə bərpa işlərində fəal iştirak edəcək və bundan əlavə, Özbəkistan bu ərazilərin infrastrukturunun inkişafında öz köməyini təklif edib:

"Hazırda biz mütəxəssislərlə birgə iştirak edəcəyimiz obyektlərin siyahısını müəyyənləşdiririk. Mənə məlum olduğu qədər, bir məktəbin tikintisi ilə bağlı razılaşma var. Bu, Özbəkistandan Azərbaycan xalqına hədiyyə olacaq".

A.Xocayev əlavə edib ki, tezliklə bu əməkdaşlığın nəticələri görünəcək və ən əsası isə odur ki, Qarabağ torpaqlarında sülh bərqərar olub.

"Oxumaq üçün anamın qarşısında diz çökdüm" - Həmidə Ömərova

"Oxumaq üçün anamın qarşısında diz çökdüm" - Həmidə Ömərova

"Valideynlərim rəsmi ayrılanda 15 yaşım var idi. Atamın ikinci ailəsi oldu. Çox yaxşı ögey bacı və qardaşlarım var. Onlara ögey demirəm, çox yaxşıdırlar. Biz doğmayıq. Ögey anam çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Anam sağ olanda qoymurdu onlarla görüşüm".

YAZTV xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Aktrisa sualları cavablandıraraq, ailəsindən danışıb. H.Ömərova bildirib ki, çox sərt xasiyyətli anası olub:

"17 yaşıma qədər atam mənə məktublar yazırdı, amma anama görə onları görmürdüm. Onun başqa həyatı var idi. Günlərlə mübahisəmiz olurdu, Moskvaya oxumağa getdim. İcazə almaq üçün anamın qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti sərtdir, aktrisalıq addımı atdım. Deyirdi, bizim nəsildə aktrisa yoxdur, olmaz. Həkim, müəllimə ol. Dedim, mənim üçün maraqlı deyil.

Anam ömrünün son günlərində amneziya olmuşdu. Məni anası kimi görürdü. Bütün yaddaşı itmişdi, bircə "Qara gilə" mahnısını oxuyurdu".

Aktrisa oğlu Rəhimi evləndirmək istədiyini söyləyib:

"Bütün analar istəyir ki, oğlu tez evlənsin. Sürətpərəstəm, istəyərdim, gəlinim bir az qayınanasına oxşasın. Əsas oğlumu sevsin. Mümükün deyil, ana kimi sevsin. Ana hər zaman narahat qalır ki, oğluma yaxşı baxmadı, köynəyini mənim kimi ütüləmədi. Hərdən evdə zarafatla deyirəm ki, qız azərbaycanlı olsun. Amma gəlib desə ki, qız əcnəbidi, onu sevirəm, razılaşacam. Onun arzusu odursa, heç nə deyə bilməyəcəm. Təbii ki, istəmərəm, amma övladım fakt qarşısında qoysa, heç nə demərəm".

Həyat yoldaşından söz açan H.Ömərova "İllər keçdikcə yoldaşım məni oğlumdan çox anlayır, qədrimi daha çox bilir. Oğlum gəncdir. Telefonla danışanda belə gedib otaqda qapını bağlayır. Yaxşı ki, bir-iki dostunu tanıyıram, gec gələndə zəng edirəm. Oğluma vaxtında çox zaman ayırmışam, amma təbiətin qanunudur" deyə, əlavə edib. (axşam az)