Saturday, 10 İyun 2023 20:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
SON DƏQİQƏ: Arif Quliyevin vəziyyəti ağırlaşdı, süni nəfəs aparatına qoşuldu

SON DƏQİQƏ: Arif Quliyevin vəziyyəti ağırlaşdı, süni nəfəs aparatına qoşuldu

"Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq vəziyyətində ağırlaşmalar olduğu üçün bu gün reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib".

Bunu Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatı dəstəyindədir:

"Lazım olunan bütün müayinə və müalicələr aparılır. Amma vəziyyəti olduqca ağırdır". (report)

xxx

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub, vəziyyəti ağırdır.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Xalq artisti bir neçə gün əvvəl “Yeni klinika”ya yerləşdirilib: “Səkkiz gündür ki, virusa youxub. Bu gün vəziyyəti çox pis olduğuna görə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti olduqca kritikdir. Həkimlər əllərindən gələni edirlər”.

“Yeni klinika”dan bildirilib ki, A.Quliyev hazırda reanimasiya şöbəsindədir. (report)

Epizodik rolların baş qəhrəmanı

Epizodik rolların baş qəhrəmanı

Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 127 il ötür

Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəstxətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalar, sevilərdi.

YAZTV xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 127 il ötür.

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.

Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rolları ilə tanınmağa başlayıb.

Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün “hadisəsi” kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

Aktyor sənətdə olması ilə bağlı demişdi: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.

1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılmışdı. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış etdi. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi.

Böyük Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa edib.

A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdır.

Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində də görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti də epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var. Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. “Görüş” kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.

Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkmişdir. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehirli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, biri isə – “İstintaq davam edir” müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində demişdi: “Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. Əgər fikir vermisinizsə, “Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Bu komik aktyorun qarşısında məhz tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində isə biz onu həm komik, həm də ciddi rollarda görürük. Onun yaratdıqlarının səmimiliyinə inanırıq”.

A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. “Qızmar günəş altında”kı anbardar Pirioğlu da, “Əhməd haradadır?” filmindəki usta Əhməd də, “O olmasın, bu olsun”dakı masabəyi də, “Şərikli çörək”dəki İsmayıl baba da, “Qərib cinlər diyarında”kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.

“Qərib cinlər diyarında” film-nağılı, adından da göründüyü kimi, cinlər aləmindən, Qərib adlı gəncin diyarda başına gələn macəralardan söhbət açsa da, əslində, burada müəlliflər Vətən məhəbbətini ön plana çəkmiş, əməyin, zəhmətin asan yolla əldə edilən var-dövlətdən qat-qat üstün olduğunu göstərə bilmişlər.

Amma A.Cavadovun 1957-ci ildə çəkildiyi “Qizmar günəş altında” filmindəki anbardar Pirioğlu rolu öz xarakterinə görə “Görüş”dəki Əbülfəzdən bir qədər fərqlənir. Çünki anbardar Pirioğluda yeniliklərə, insanlara qarşı bir inamsızlıq var. Bunlardan da ən qorxulusu onun kolxoz sədrindən asılı olduğu üçün yaltağa çevrilməsidir.

Tale A.Cavadovu görkəmli rejissor Adil İsgəndərovla uzun illər səhnədə olduğu kimi, bir dəfə də kinoda görüşdürmüşdür. Böyük rejissor onu “Əhməd haradadır?” kinokomediyasında Usta Əhməd roluna çəkmişdir. Bu obraz tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Usta Əhməd aktyorun ifasında çox təbii, səmimi alınmışdır.

Ağahüseyn Cavadovun yumoru ürəyəyatandır. O, olduqca realist aktyor idi. Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.

Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq. (AZƏRTAC)

"Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz"

"Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz"

"Kütlə", o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kompaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qidləsini tanımayan məni 80 yaşımda "Allahsızlıqda" günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda...) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır".

YAZTV xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Müğənni haqqında yazılan "Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur" yazısına və ünvanına deyilən tənqidlərə münasibət bildirib:

"Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmişiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatmadı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsız şərhlərə... Artıq o həddə çatmışınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!
Ömrümü mən boşuna yaşamadım. Bu Ramazan ayında bağımda "it ovçularından" gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! "Sən"lərin duaları olmasa da olar". (axşam az)

"Oskar-2021" mükafatlarının laureatları açıqlanıb

"Oskar-2021" mükafatlarının laureatları açıqlanıb

"Oskar - 2021" kinopremiyasının təqdimatı seremoniyası pandemiya ilə əlaqədar fərqli formatda keçirilib.

YAZTV-nin məlumatına görə, kinopremiyanın 93 təqdimat mərasimi Los-Anjelesdəki "Dolby" teatrında baş tutub.

"Ən yaxşı film" nominasiyasında rejissoru Xloe Çjao olan "Köçərlər diyarı",

"Ən yaxşı orijinal ssenari" nominasinda rejissor Emirald Fenelin "Ümid verən qız",

Ən yaxşı operator və quruluşçu-rəssam işinə görə Devid Finçerin "Mank",

"Ən yaxşı xarici film" nominasiyasında danimarkalı Tomas Vintenberqin "Daha birini",

İkinci dərəcəli aktyor kimi "İuda və qara messiya" filmində çəkilən Daniel Kaluya,

İkinci dərəcəli aktrisa kimi "Minari" filmində çəkilən Yun Yo Con,

Ən yaxşı qrim, saç düzümü və geyimlərə görə "Ma Reyni: blyuz dəryası",

"Ən yaxşı animasiya filmi" nominasiyasında Piter Dokter və Kemp Pauersin "Ruh" animasiya,

Ən yaxşı aktyor kimi rejissor Florian Zellerin "Ata" filmində çəkilən Entoni Hopkins və ən yaxşı aktrisa olaraq "Köçərilər diyarı" filmində çəkilən Frensis MakDormand,

Ən yaxşı qısametrajlı oyun filmi olaraq "İki uzaq qərib" və tam formatlı sənədli film olaraq "Mənim müəllimim - Səkkizayaq" filmləri, aktyor və aktrisaları Oskar mükafatlarını qazanıblar. (trend az)

Ağadadaş Ağayev bu gün əməliyyat olunub

Ağadadaş Ağayev bu gün əməliyyat olunub

Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.

YAZTV xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır.

"Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib" deyə, Hacı Nuran paylaşımında yazıb.(axşam az)

Gəncədə Beynəlxalq Abidələr və Tarixi Yerlər günü qeyd olunub

Gəncədə Beynəlxalq Abidələr və Tarixi Yerlər günü qeyd olunub

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Məqbərəsi ərazisində, Nizami Gəncəvi muzeyinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibəti ilə mövcud karantin rejimi qaydalarına uyğun olaraq tədbir keçirilib.

YAZTV  bildirir ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov və digər mədəniyyət işçiləri əvvəlcə dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, şairin məzarı üzərinə tər qərənfillər düzüblər. 

Sonra tədbir iştirakçıları Nizami Gəncəvi Muzeyinin qarşısına gələrək burada təşkil olunmuş sərgi ilə tanış olublar. 
 
Sərgidə Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin tarixi abidələri əks etdirən rəsm əsərləri, eləcə də Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, dekorativ tətbiqi sənət ustası Məhbubə Həsənovanın, gəncəli səbət toxuma ustası Vilayət Qurbanov müxtəlif ölçüdə toxuduğu səbət nümunələri, gənc həvəskar rəssam Salman Uğurluyevin rəsm əsərləri sərgilənib.
 
Sərgidə gəncəli Elcan Yolçuoğlunun dünyanın bir çox ölkələrinin nadir, antik nümuzmatika və boniistika (pul vahidləri) nümayiş etdirilib.
 
Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “GöyGöl” Dövlət Mahnı və Rəqs ansamblının muğam üçlüyü çıxıı hər kəsin zövqünə oxşayıb. “Göygöl” ansamblının bədii rəhbəri Sahil Quliyevin (tar), kamançaçı Ayaxan Məmişovun müşayəti ilə solist Xəyal Əliyev Nizami Gəncəvinin qəzəlini ifa edib. 
 
Qeyd edək ki, 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş tədbir yerli və respublika TV-ləri tərəfindən nümayiş üçün lentə alınıb.
 
 
 
Bu gün Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovun ad günüdür

Bu gün Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovun ad günüdür

Bu gün Gəncə Dövlət Dram teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovun doğum gündür. O, 26 aprel 1956-cı ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoruluğu” fakültəsini bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır.

Professional səhnədə ilk debyutunu S.Vurğunun “ Vaqif ” əsərində Vəzir obrazı ilə başlayıb. “ Odu atma Prometey! ”də (M. Kərim) Birinci allah, “ Yad qızı ”ında (O. Kamal) qarson Rza, “ Gəl qohum olaq ”da (İ.Məlikzadə) Camal, “ Doğmalar ” (R. Əlizadə) Atabala kimi obrazları ifa etmişdir. Onun yaradıcılığında ən maraqlı obrazlardan biri böyük şair M. Ə. Sabirin həyatına həsr edilmiş Sabir obrazı olmuşdur. Bir müddət sonra aktyorluqdan ayrılıb inzibati işə keçən Əli Qasımov Gəncə Dövlət Dram Teatrında 1994 – 1999-cu illərdə baş inzibatçı, 1999 – 2001-ci illərdə direktor müavini, 2001-ci ildə Gəncə Dövlət Nizami Poeziya teatrı bağlanmaq təhlükəsi qarşısında qalarkən, Gəncə şəhər Mədəniyyət idarəsinin təklifi və şəhər İcra Hakimiyyətinin təqdimatı ilə Mədəniyyət nazirliyi onu Gəncə Dövlət Nizami Poeziya teatrına direktor vəzifəsinə təyin etmişdir. 2008-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram Teatrının direktorudur. İşlədiyi müddətdə teatrın bir çox uğurlarına imza atmışdır. Belə ki, 2009-cu ildə respublikamızda ilk dəfə keçirilən "Yeni teatr" festivalına ev sahibliyi etmiş və teatrın uğurlu çıxışını təmin etmişdir. 2010 - cu ildə Bakıda keçirilən "Respublika Teatr festivalı"nda kollektivin iştirakını təmin etmişdir.

2011 ci ildə Gəncə teatrı ilk dəfə Onun Teatra rəhbərliyi dövründə xarici ökədə - Türkiyənin Giresun şəhərində, 34-cü uluslararası "AK SU" teatr festivalında iştirak etmişdir. 2012 ci ilin may ayında kollektiv yenidən Türkiyəyə sentyabr ayında isə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə teatr festivalında iştirak etmişdir. Elə həmin ilin 31 may-1iyun tarixlərində 30 illik fasilədən sonra Teatr iki tamaşa Qoqolun "Evlənmə" və M.F.Axundzadənin "Musyo Jordan və dərviş Məstəli şah" tamaşaları ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir. 2013-cü il də Teatrın, Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına,elə həmin ildə Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən "Klassiklər bu gün" adlı festivallarda iştirakının təmin etmişdir. 2014-cü ildə BMT-nin xətti ilə teatr ABŞ-ın Nyu-York şəhərinə qastrol səfərinə dəvət almışdır. 2015-ci ildə yenidən Giresunda (Türkiyədə) keçirilən " 21.Fevzi Bayazitoğlu" Teatr günlərində, və Bulancak şəhərindəki Teatr festivalında Gəncə teatrının iştirakının təmin etmişdir. 2016 -cı ilin aprel ayında T. C - nin Konya şəhərində keçirilən " 9 BİN NEFES BİR SES ", 2017- ci ildə Türkiyənin Merzifon şəhərində keçirilən beynəlxalq teatr festivallarında, 2018- ci ildə Giresunda keçirilən Beynəlxalq Teatr festivalının, elə həmin ildə Gürcüstanın Özürgeti şəhərində keçirilən Nodar Dumbadze beynəlxalq teatr festivalında Gəncə Dövlət Dram teatrının iştirakıni təmin etmişdir. 2018 ci ilin sentyabr ayında İstanbul Maltepe bələdiyyəsinin keçirdiyi "Sahna hayatdır" adlı festivalda teatrın "Matruşka" tamaşası ilə iştirakını, 2019 cu ilin aprel ayında Türkiyənin Adana və Konya şəhərlərində keçirilən Devlet tiyatroları festivallarında, may ayında isə Ukraynanın Kamenskoe və Xerson şəhərlərində keçirilən festivallarda Gəncə teatrının "Hellados" tamaşası ilə iştirak etməsini təmin etmişdir. Ümumiyyətlə Əli Qasımovun teatra rəhbərliyi dövründə Gəncədə keçirilən tədbirlərin hər birinə rəhbərlik etmişdir. Onlardan ənənəvi olaraq hər il keçirilən Nizami Gəncəvi, Şəhər günləri, Poeziya günləri, Cavad xanın anım günləri, "Gəncə Darvazaları"nın açılışı və s. qeyd etmək olar. Ümumşəhər tədbirlərində çıxış etmək üçün, N. Gəncəvinin qəzəlləri əsasında " N. Gəncəvi-860", B.Vahabzadənin "Şəhidlər", A. Qurbanovun " Əbədi məşəl", Ş. Salehin " Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmışdır. Bütün bu xidmətləri Respublika rəhbərliyi tərəfindən qiymətləndirilərək Əli Qasımov 8 may 2012 ci il tarixində Respublika Prezidenti Möhtərəm Cənab İlham Əliyevin sərəncamı ilə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

YAZTV kollektivi adından Əli Qasımovu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Mədəniyyət naziri koronavirusa yoluxub

Mədəniyyət naziri koronavirusa yoluxub

zərbaycanın Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Mədəniyyət Nazirliyindən YAZTV-yə bildirilib ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Eldar Quliyev dəfn edildi

Eldar Quliyev dəfn edildi

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

YAZTV xəbər verir ki, o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub. (axşam az)

"Şaban"ın xatirəsinə muzey açılacaq

"Şaban"ın xatirəsinə muzey açılacaq

21 il öncə təyyarədə infarkt keçirərək dünyasını dəyişən məşhur aktyor Kamal Sunalın xatirəsinə muzey açılacaq.

YAZTV  xəbər verir ki, muzey aktyorun doğulduğu Malatya şəhərinin Gökçə məhəlləsində yaradılacaq.

Qeyd edək ki, Kamal Sunal filmlərdə yaratdığı "Şaban" obrazı ilə sevilib. (unikal org)

Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür

Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür

Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

YAZTV xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Rauf İsmayılov vəfat etdi

Rauf İsmayılov vəfat etdi

Tanınmış keçəçi-rəssam Rauf İsmayılov vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Sənətkarın aprelin 14-də vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

“Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” kimi əsərlərin müəllifi R.İsmayılov 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb.

Rəssamın “Həyatın bir anı” (Bakı, 2006), “Ulu sənət” (2009), “Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunub.

Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam idi. (axşam az)