Monday, 05 İyun 2023 11:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı"nda Fəxri Fərmanla təltif olunub.

YAZTV bildirir ki, bu barədə teatrın feysbuk səhifəsində məlumat verilib. Festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edib, bunlardan biri də Gəncə Dövlət Dram Teatrı olub. Teatr “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə festivala qatılaraq Fəxri Fərmanla mükafatlandırılıb.

Qeyd edək ki, layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilib. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdirilib. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanıb.

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti Ninel Ternovskaya vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə Rusiya Akademik Gənclər Teatrı məlumat yayıb.

94 yaşında dünyasını dəyişən sənətçinin ölüm səbəbi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, N.Ternovskaya "Qar kraliçası", "Qızıl Açar", "Ölü ruhlar", "Rədd edilmişlər", "Davamı olan yuxu", "Ramayana", "Dörd əkiz nağılı" kimi film və tamaşalarda rol alıb. (axşam az)

Xanəndə Sərdar Əvəzoğlu koronavirusdan vəfat etdi

Xanəndə Sərdar Əvəzoğlu koronavirusdan vəfat etdi

Əməkdar mədəniyyət işçisi, xanəndə Sərdar Əvəzoğlu (Bərdəli) dünyasını dəyişib. 62 yaşlı muğam ifaçısının ötən gün “COVID-19”dan dünyasını dəyişməsi barədə məlumatlar yayılıb.

Xalq artisti Mənsum İbrahimov “Qafqazinfo”ya məlumatı təsdiq edib. O, həmkarında bir müddət əvvəl koronavirus aşkarlandığını açıqlayıb.

S. Əvəzoğlu doğulduğu Bərdə rayonunda dəfn edilib. (qafqazinfo az)
Tanınmış gitaraçı koronavirusdan vəfat etdi

Tanınmış gitaraçı koronavirusdan vəfat etdi

1960-80-ci illərdə populyar olan “Qaya” ansamblının gitaraçısı Adil Qədirov dünyasını dəyişib.

YAZTV xəbər verir ki, bu barədə musiqiçinin pedoqoq kimi fəaliyyət göstərdiyi Bakı-Oksford məktəbi məlumat yayıb.

 “Adil Banqladeş” ləqəbi ilə məşhur olan 66 yaşlı musiqiçi koronavirusdan həyatını itirib. (qafqazinfo az)
Putin azərbaycanlı direktoru mükafatlandırıb

Putin azərbaycanlı direktoru mükafatlandırıb

Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.

YAZTV xəbər verir ki, Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidenti Vladimir Putinin Fəxri Fərmanı təqdim edilib.

Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.

Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.(qafqazinfo az)

 

 

Arif Quliyevin ölüm xəbəri yalandır - TƏBİB

Arif Quliyevin ölüm xəbəri yalandır - TƏBİB

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

“Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq A. Quliyevin ailəsinə başsağlığı verib. Lakin o, bir müddət sonra yazdığı statusu silib.

YAZTV məlumatı dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Bildirilib ki, Xalq artistinin dünyasını dəyişdiyi ilə bağlı məlumat əsassızdır. 

Qeyd edək ki, A. Quliyev 6 gün bundan əvvəl xəstəxanaya aparılaraq süni tənəffüs aparatına qoşulub. (qfqazinfo az)

Fikrət Qoca vəfat edib

Fikrət Qoca vəfat edib

Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.

Bu barədə  Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzazadə məlumat verib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

 

Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı

"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı

Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

YAZTV xəbər verir ki, "Bizimləsən" proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

"Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır".

G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən "Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik" sözlərini deyib. (axşam az)

Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərova  bildirib ki, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.

B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!

Oğlu Arif Quliyevin səhhətindən danışdı

Oğlu Arif Quliyevin səhhətindən danışdı

Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Bu haqda  aktyorun oğlu Rövşən Quliyev deyib. O bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır:

 "Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihaza qoşulub. Hələ də ağırdır".

Qeyd edək ki, aktyor koronavirusa yoluxub. Həkimlər onun ağ ciyərinin 99 faizinin zədələndiyini bildirib. (axşam az)

Arif Quliyev ECMO cihazına qoşuldu

Arif Quliyev ECMO cihazına qoşuldu

“Bu gün atamın vəziyyəti daha da ağırlaşdı. Buna görə də onu ECMO cihazına qoşdular”.

Bunu  koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib.

O bildirib ki, həkimlər atasının sağlamlığına qovuşması üçün əllərindən gələni edirlər:

“Həkimlər üç gün içində vəziyyəti ilə bağlı məlumat verəcəklərini deyirlər. Atamın səhhətini diqqət mərkəzində saxladıqları üçün dövlətimizə və xalqımıza ailəmiz adından təşəkkür edirəm”.

Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. (qafqazinfo az)

Baloğlan Əşrəfov vəfat etdi

Baloğlan Əşrəfov vəfat etdi

Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.

O, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!