Monday, 05 İyun 2023 11:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ramiz Əzizbəyli vəfat etdi

Ramiz Əzizbəyli vəfat etdi

Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

YAZTV bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, koronavirusa yoluxan R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.

Allah rəhmət eləsin!

 

 

"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Hikmət Məmmədov

"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Hikmət Məmmədov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin üçüncü buraxılışını təqdim edir.

44 günlük Vətən müharibəsinə könüllü yollanan Hikmətin iki nisgili vardı - düşmən işğalı altında qalan torpaqlarımız və bir neçə il öncə ağır xəstəlikdən dünyasını dəyişən anası...

Qısa müddətdə çalışdığı kollektivin sevimlisinə çevrilən Hikmət Məmmədovun iş yoldaşları, qəhrəman övladı ilə artıq yuxularında görüşən atası, eləcə də igid qardaşının vəfatından sonra uzun müddət xəstə yatağına düşən Nemət, Şəhidimizlə bağlı ən kövrək xatirələrini bölüşüblər.

YAZTV  videoçarxı təqdim edir:

https://www.youtube.com/watch?v=pcXLdzpPAuk

 

Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli oldu

Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli oldu

Əməkdar artist Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli olub.

Bu haqda məlumat verən aparıcı Hacı Nuran Hüseynov sənətçinin Xırdalanda torpağa tapşırılacağını bildirib: “Hazırda mərhumun cənazəsi öz evindədir. Xırdalan qəbiristanlığında anasının məzarının yanında dəfn olunacaq”.

Qeyd edək ki, Z.Abdullayeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq.

YAZTV xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah yenidən bıçaq altına yatacaq:

 "Mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi. Ötən əməliyyat düz 5 saat çəkmişdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. İnanıram ki, sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq".

Qeyd edək ki, A.Ağayev apreldə Türkiyədə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Mayda ifaçı ikinci dəfə əməliyyat olunub. (axşam az)

Türkiyədə orkestr salonu azərbaycanlı bəstəkarın adını daşıyacaq

Türkiyədə orkestr salonu azərbaycanlı bəstəkarın adını daşıyacaq

Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna azərbaycanlı bəstəkar, skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz – Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova Gülər irəli sürüb.

Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşayan F.Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka alətinin sirlərini öyrədib, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında uğurla çıxış edib. F.Hüseynov təkcə Universitetin deyil, həm də Türkiyə ictimaiyyətinin dərin məhəbbətini qazanıb.

Azərbaycanlı sənətkar 1949-cu ildə anadan olub, 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini, 1982-ci ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olub. "Kiçik şahzadə", "Kodayu", "Zaman üzrə səyahət", "Mərasimlər", "Qoy dünyada sülh olsun!", "Kiçik kantata", "Stabat Mater" və digər əsərlərin müəllifidir. Yaponiya və ABŞ-da keçirilmiş "Böyük İpək Yolu" və "Xose Asunsyon Flores" adına beynəlxalq müsabiqələrin laureatı olub. Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib.

 


Zöhrə Abdullayeva vəfat etdi

Zöhrə Abdullayeva vəfat etdi

Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb.

Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl "Lalə qızlar ansamblı"nın, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.

Z.Abdullayevanın oğlu 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.

Previous Next

Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri tərəfindən ziyarət olunub

5 iyun 2021-ci il tarixində II Qarabağ Vətən müharibəsi şəhidləri; Əli Süleymanovun, Hikmət Səfərovun, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram İmanovların, Əkbər Hüseynovun, İsrail Cəfərzadənin, Səbuhi Əsədovun, Atamalı Musaoğlunun və Hilal İmanzadənin ailə üzvləri Gəncədə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.

Ziyarəti Bakı şəhərindən təşkilatçılar: Respublikanın Əməkdar artisti Nərgiz Əliyeva, Sevda Əliyeva, Gəncə şəhərində isə Taleh Orucov təşkil ediblər.

Şəhidlərin ailə üzvləri Gəncə şəhərində olduqlarından razı qalmışlar. Onlar şəhid və qazi ailələrinə dövlət qayğısından danışaraq ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov şəhidlərinin ailə üzvlərinə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etdikləri üçün öz minnətdarlığını bildirmiş, bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləmişdir.

Mədəniyyət Nazirliyi Baloğlan Əşrəfovun oğluna cavab verdi

Mədəniyyət Nazirliyi Baloğlan Əşrəfovun oğluna cavab verdi

Aprel ayında koronavirusdan dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov Mədəniyyət Nazirliyini saymamazlıqda ittiham edib.

YAZTV xəbər verir ki, P. Əşrəfov sosial şəbəkədə status yazaraq nazirliyin atasının vəfatına görə başsağlığı vermədiyini bildirib.

“Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı ki, Baloğlan Əşrəfov rəhmətə getdiyinə görə adi başsağlığı versin. 1971-ci ildən bu yana xalqın sevgisini qazanan, o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, bircə nazirlikdən başqa...

Düz 50 il peşəkar sənətdə oldu. Ən azından Əməkdar artist fəxri adını alıb. Halbuki, başqa Əməkdar artist adı alanlara rəsmi qaydada başsağlığı verildi. Bəs niyə Baloğlan Əşrəfova yox? 

Baloğlan Əşrəfovun qiymətini zamanında maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. O, dünən sənətə gəlməyib, 50 il bundan öncə senzuralar keçə-keçə gəlib. Mədəniyyət Nazirliyi bu qədərmi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir?!”

“Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirliyin Mətbuat xidməti Peyman Əşrəfovun ittihamlarının əsassız olduğunu bildirib:

“Məlum olduğu kimi, tanınmış müğənni, Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib.

Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dəfn edilib.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən Əməkdar artistin vəfat etməsi böyük kədər hissi ilə qarşılanıb, nekroloq verilib, ictimaiyyətə bu barədə məlumat nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə təqdim edilib”.

 

 



Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

 YAZTV xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”. (report az)

Prezident Xuraman Qasımovanı təltif etdi

Prezident Xuraman Qasımovanı təltif etdi

Prezident İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda qeyd olunub ki, Xuraman Əkrəm qızı Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 Qeyd edək ki, Xuraman Qasımovanın sabah 70 yaşı tamam olacaq. 
Previous Next

Gəncədə " Cümhuriyyətim bu gün" adlı tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunan "Cümhuriyyətim bu gün" adlı ədəbi-bədii, musiqili tədbir keçirilib.h

Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov və şəhər ziyalıları iştirak ediblər. Tədbir mövcud karantin şərtlərinə uyğun olaraq gerçəkləşib.

Vasif Cənnətov çıxışında Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə qonaqları təbrik edib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli mərhələsi məhz Gəncədən başlaması bir daha bu şəhərin əzmində xəbər verir. Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadusələrlə zəngin olub. İlk müstəqil dövlət 3 ay ərzində burada xalqın taleyi ilə bağlı yüzə yaxın qanun və qərar qəbul edib. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan olunub. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız ucaldılıb.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tariximizin ən şanlı səhifələrindən biridir. Cəmi 23 ay yaşamasına baxmayaraq qısa müddət ərzində çoxlu sayda qərarlar qəbul edildiyini söyləyən teatr rəhbəri, tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib.

 

Daha sonra Gəncə Dövlət Dram Teatrının aktyorları, Xalq artisti Pərvanə Qurbanova,Əməkdar artistlər Elxan Yunis, Kəmalə Məmmədova və Ramiz Vəyevin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Təranə Muradovanın həyat yoldaşı vəfat etdi

Təranə Muradovanın həyat yoldaşı vəfat etdi

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovaya ağır itki üz verib.

 YAZTV-nin məlumatına görə, Xalq artistinin həyat yoldaşı Ramiz Cəlilov bu gün səhər saatlarında 82 yaşında vəfat edib.

 Allah rəhmət eləsin!