Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, respublikanın Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Yunisoğlu (Muradov) “Sağ ol Baş Komandanım, var ol Milli ordumuz adlı şeiri ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusunu təbrik edir, xalqımıza əbədi sülh, əmin-amanlıq, müstəqil respublikamıza davamlı inkişaf və tərəqqi arzu edir.
Sağ ol, Baş Komandanım, var ol, Milli Ordumuz!
Qarabağ bizim idi, bizim də olmalıydı,
Burda xain düşmənin beli qırılmalıydı,
Bizim türk əslimizi dünya tanımalıydı.
İşğaldan azad oldu “cənnətməkan” yurdumuz,
Sağ ol, Baş Komandanım, var ol, Milli Ordumuz!
Ana Vətənimizi qoruyan ər igidlər,
Müstəqil ölkəmizə hər an sipər igidlər,
Şəhidlik zirvəsinə ucalan nər igidlər.
Səcdəgahdır, əzizdir o müqəddəs ruhunuz,
İşğaldan azad oldu “cənnətməkan” yurdumuz!
Gücümüz, qüdrətimiz yer üzünə səs saldı,
Üçrəngli bayrağımız Qarabağda ucaldı,
“Qarabağ Azərbaycandır!”-bu söz əbədi qaldı
İşğaldan azad oldu “cənnətməkan” yurdumuz,
Sağ ol, Baş Komandanım, var ol, Milli Ordumuz!
“Bir millət, iki dövlət”- Türkiyə, Azərbaycan,
Sarsılmaz birliyimiz, olub dillərdə dastan
Tarixi Qələbəmiz söylənəcək, hər zaman.
Azad oldu Qarabağ-“cənnətməkan” yurdumuz!
Sağ ol, Baş Komandanım, var ol, Milli Ordumuz!
Bəxtiyar Yunisoğlu (Muradov)