Monday, 29 May 2023 07:25
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Fəxrəddin Manafovun səhhəti qəfil PİSLƏŞDİ

Fəxrəddin Manafovun səhhəti qəfil PİSLƏŞDİ

Xalq artisti Fəxrəddin Manafovun qəfildən səhhəti pisləşib.

YAZTV xəbər verir ki, bu barədə “MTV Azərbaycan” kanalında məlumat verilib.

Bildirilib ki, onun bədənində ağır allergik səpkilər meydana gəlib. Bundan sonra Xalq artisti xəstəxanaya müraciət edib.

Hazırda klinikalardan birində onun müalicəsi davam etdirilir.(publika az)

Previous Next

Gəncədə "Dumanlar başımda dastana döndü" adlı sərginin açılışı olub

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Dumanlar başımda dastana döndü” adlı sərginin açılışı oldu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində Yarat Müasir İncəsənət Məkanının yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisinin açılışı oldu.

Tədbiri İctimai Əlaqələr Departamentinin rəhbəri Hökümə Kərimova açaraq iştirakçıları salamladı və sərginin nümayişindən əsas məqsədi diqqətə çatdırdı.

Yarat Müasir İncəsənət Məkanının kuratoru Zəhra Məmmədova sərgi barədə ətraflı məlumat verdi.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov öz növbəsində bütün iştirakçıları salamlayaraq qeyd etdi ki, belə tədbirlərin keçirilməsi günümüzün tələbidir. Çünki, Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmuşdur.

Bu müharibədə qədim Gəncə də bir çox çətinliklərlə üzləşmişdir. Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində işğal altında olan ata-baba yurdlarımızı xilas etdi.

Açılış mərasimində, Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, Gənclər İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, gənc alim Elnur Həsənov və şəhər “Gənclər Evinin” direktoru Amil Qurbanov çıxış etdilər.

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olmuşdur.

Dağlıq Qarabağ münaqişəsinə və Zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.

“Dumanlar başımda dastana döndü” adlı sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayış olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Sərgiyə Yarat Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Sərgi iyul ayının 8-dən sentyabr ayının 25-dək davam edəcək.

 

Rejissor Vladimir Menşov vəfat edib

Rejissor Vladimir Menşov vəfat edib

Rejissor Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.

YAZTV xəbər verir ki, Vladimir Valentinoviç Menşov 1939-cu il sentyabrın 17-də Bakı şəhərində anadan olub.

İnstituta qəbul olmazdan əvvəl V.Menşov müxtəlif sahələrdə, o cümlədən Bakıda dalğıc gəmisində dənizçi kimi çalışıb.

O, 1965-ci ildə M.Qorki adına Moskva Akademik Bədaye Teatrı yanında V.İ.Nemiroviç-Dançenko adına məktəb-studiyanın aktyorluq fakültəsini, 1970-ci ildə isə S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində rejissorluq üzrə aspiranturanı bitirib. 1970-76-cı illərdə "Mosfilm", "Lenfilm" kinostudiyalarında və Odessa kinostudiyasında müqavilə üzrə işləyib.

V.Menşov böyük filmdə aktyor olaraq 1972-ci ildə Aleksey Saxarovun "Öz yerində olan adam" dramında baş rolu ifa edərək debüt edib. Ümumilikdə o, kino və telefilmlərdə təxminən 120 rol ifa edib.

V.Menşovun rejissoru olduğu "Moskva göz yaşlarına inanmır" filmi bir çox beynəlxalq film festivallarında mükafatlar qazanıb, onun yaradıcıları SSRİ Dövlət Mükafatını alıb. 1981-ci ildə isə film ABŞ Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Oskar" mükafatına layiq görülüb.

Previous Next

Şəhid mədəniyyət işçisi Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub

Şəhid mədəniyyət işçisi Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulmuşdur

 

15 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü və təşkilatçılığı ilə II Qarabağ Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçisi Nizami Gəncəvi Məqbərəsinin sabiq əməkdaşı Məmmədov Hikmət Lətif oğlunun əziz xatirəsinə ehtiram əlaməti olaraq onun vaxtilə yaşadığı evin divarına vurulmuş baralyefi onündə mərasim keçirilmişdir. 

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, məsləhətçilər, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov, Gəncə Dövlət Filarmoniyasının direktor vəzifəsini müvəqqəti icra edən Elçin Elçiyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Ramail Atayev və Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov və şəhidin iş yoldaşları iştirak edirdilər.

Mərasimi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov açaraq bütün iştirakçıları salamladı. 

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Regional idarənin rəisi Vasif Cənnətov şəhid Hikmət Məmmədovun Vətən müharibəsinə könüllü olaraq getməsindən, göstərdiyi şücaətdən, şəhidlərimizə göstərilən dövlət qayğısından danışdı.

Şəhid atası Lətif Məmmədov baralyefin üzərində örtüyü götürdü. Baralyefin önünə təzə-tər qərənfillər düzüldü. O, baralyefin hazırlanmasına görə Regional idarənin rəisi Vasif Cənnətova, baralyefin müəllifi, heykəltəraş Qasım Qasımova və bütün iştirakçılara ailə üzvləri adından minnətdarlığını bildirdi.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, şəhid iş yoldaşı, Nizami Gəncəvi Məqbərəsinin bələdçisi Hava Hüseynova və baralyefin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi, heykəltəraş Qasım Qasımov çıxış etdilər.

Heykəltəraş Qasım Qasımov indiyədək təmannasız olaraq I və II Qarabağ müharibələrində 60 nəfərdən çox şəhidin büstünü və baralyefini hazırlamışdır.

Mərasim nümayiş üçün yerli və respublika TV vasitələri tərəfindən lentə alındı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“Fəryad 2” filmi çəkilir

“Fəryad 2” filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan “Fəryad 2” filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

YAZTV Kulis.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib.

O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları hazırlanan filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq.

Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir. (axşam az)

Alim Qasımov Moskvada Azərbaycan muğamını səsləndirəcək

Alim Qasımov Moskvada Azərbaycan muğamını səsləndirəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib.

 Bu barədə TASS xəbər yayıb.

“Sevgi üzərində qurulan dünya” musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evinin səhnəsində canladırılacaq.

Milli Kino Mükafatının qalibi məlum olub

Milli Kino Mükafatının qalibi məlum olub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev  bildirib ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatları Larueatı, Prezident təqaüdçüsü Rafael Əli oğlu Qənbərov Milli Kino Mükafatına (Mükafatı-2000 manat) layiq görülüb.

Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır. (report az)

Firuzə İbadovanın qardaşı oğlu müharibədə itkin düşüb

Firuzə İbadovanın qardaşı oğlu müharibədə itkin düşüb

Əməkdar artist Firuzə İbadovanın qardaşı oğlu İkinci Vətən müharibəsində itkin düşüb.

YAZTV xəbər verir ki, müğənni bu haqda "Söhbət var" verilişində deyib.

 "Anam müharibə ərəfəsində çox üzüldü. Əmim nəvəsi Rauf şəhid oldu. Qardaşım oğlu itkin düşüb. Hələ də səs-soraq yoxdur" deyə, F.İbadova söyləyib.

Qeyd edək ki, F.İbadovanın anası Hökümə xanım martda vəfat edib.  (axşam az)

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürübMusa Yaqub

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Bunu YAZTV-yə açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib:

“Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb(report az)

Flora Kərimovadan müğənnilərə: "Utanmırsınız?"

Flora Kərimovadan müğənnilərə: "Utanmırsınız?"

Xalq artisti Flora Kərimova müğənniləri tənqid edib.

YAZTV xəbər verir ki, ifaçı bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, sənət adamları qazi, şəhid ailələrinin xoş gününə pulsuz gedib, sonra onu reklam edirlər:

 "İnstaqramda oxudum ki, müğənnilər gedirlər qazi, şəhid ailələrinin xoş gününə. Deyirlər pulsuz getdim. Utanmırsız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz. Bəs, onların ailəsi? Qazini ailə başçısı görür, əlsiz, ayaqsız. Kiməsə minnət qoyursuz. Yaxşılıq itirirlər. Allahdandır insansevərlik, düşüncə. Allah ya verir, ya vermir. Qurbanolduğum yaratdığını sevirsə, ona mükəmməllik, düşüncə verir. Birini gözdən salmaq istəyirsə, ağlını, düşüncəsini əlindən alacaq". (axşam az)
Məşhur arxeoloq Rauf Munçayev vəfat edib

Məşhur arxeoloq Rauf Munçayev vəfat edib

Moskvada yaşayan həmvətənimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev iyulun 4-də 93 yaşında vəfat edib.

Bu barədə YAZTV-yə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Qeyd edək ki, Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub.

 Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub.

R.Munçayev son illər 5 dəfə (2011, 2012, 2013-cü illərdə və 2016-cı ildə iki dəfə) Azərbaycana gəlib, burada keçirilən beynəlxalq konfranslarda və digər elmi tədbirlərdə iştirak edib, arxeoloji abidələrdə aparılan qazıntılarla yaxından tanış olub.

O, elmi fəaliyyətinə görə Rusiyanın bir sıra mükafatlarına layiq görülüb. (qafqazinfo az)

Nizami Gəncəvinin poeziya işığında

Nizami Gəncəvinin poeziya işığında

Gəncə şəhər Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Dram Teatrı Nizami ili çərçivəsində daha bir layihəyə imza atıb. Dahi  Azərbaycan şairi və  böyük mütəfəkkir Nizami Gəncəvinin qəzəlləri əsasında hazırlanan “Nizami Gəncəvinin poeziya işığında” kompozisiyasında şairin qəzəlləri səsləndirilmiş, ölməz eşq dastanlarına nəzər yetirilmişdir. Nizaminin bütün qəzəlləri başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur.  Şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşanılmış hiss və duyğuların ifadəsidir. Bu ifadələri isə teatrın kolletivi peşəkarlıqla tamaşaçılara çatdıra bilib.  Elman Mirzəyevin rəhbərliyi ilə Gəncə Humanitar Kollecin “Qədim Musiqi Alətləri” ansamblının ifası  kompozisiyaya daha da rəng qatıb. Tamaşa Gəncə Dövlət Dram Teatrının açıq səma altında olan ikinci səhnəsində (keçmiş Gəncə Dövlət Niami Poeziya Teatrı) gerçəkləşib.

Qeyd edək ki, layihə Gəncə Dövlət Dram Tetarı tərəfindən “Nizami Ili” çərçivəsində hazırlanan sayca ikincidir. Kompozisiyanın bədii rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, reissorlar Elşad Əhmədov və Yusif Cəfərovdur. Əsas rollarda Respublikanın Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Sevda Orucova, Novruz Cəfərov, Rahilə Məmədova, Zəminə Cəfərova və digərləri iştirak edib. Nizami Gəncəvi obrazını isə Əməkdar artist Elxan Yunis canlandırıb.