26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi “N” saylı hərbi hissədə konsert təqdim edib
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü münasibətilə, regional idarənin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin “Dəlidağ” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Elçin Kərimov) “N” saylı hərbi hissədə vətənpərvərlik mahnılarından ibarət konsert təqdim edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun, Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevin iştirak etdiyi tədbirin sonunda “N” saylı hərbi hissənin komandiri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyat fəaliyyətində, şəxsi heyətini mənəvi psixoloji vəziyyətinin yüksəldilməsində yaxından iştirak etdiklərinə görə Gəncə Regional Mədəniyyət İdarəsini, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbini, Aşıq Şəmşir adına Mədəniyyət evini, “Dəlidağ” xalq çalğı alətləri ansamblını, “Maral oyunu” folklor kollektivini, “Zurnaçılar” ansamblını fəxri fərmanla təltif etmişdir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov hərbi hissə komandanlığına öz səmimi təşəkkürlərini bildirmişlər və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü münasibətilə, II Qarabağ Vətən müharibəsində qazanılmış tarixi Qələbə günü münasibətilə rəşadətli Ordumuzun əsgər, zabit və komandir heyyətinin təbrik etdilər. Onlar Azərbaycan Respublikasına sülh, əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzuladılar.