Monday, 29 Noyabr 2021 03:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilib

Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilib

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr edilən “ZƏFƏR” adlı fləşmob keçirilib. Fləşmob Gəncənin Heydər Əliyev adına meydanda təşkil olunub.

Fləşmobda M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb liseyin , 17 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və “ZƏFƏR” sözünün əksini canlandırıblar.  

Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.

Canəli Əkbərov vəfat etdi

Canəli Əkbərov vəfat etdi

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Bu barədə YAZTV-yə onun yaxınları məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Prezident onlara fəxri adlar verdi - Siyahı

Prezident onlara fəxri adlar verdi - Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq rəssamı”

 

Alimirzəyev Əlyar Alimirzə oğlu

Haqverdiyev Hüseyn Həsən oğlu

Rəcəbov Aydın Məmmədağa oğlu

“Əməkdar artist”

Abasquliyev Rza Həsənağa oğlu

Axundov Mahir Mikayıl oğlu

Barateliya Naala Raulyevna

Cəlilov Xəqani Nadir oğlu

Əliyev Fərid Aydın oğlu

Hacıyev Fuad Əhəd oğlu

Hüseynəliyev Elton Əşrəf oğlu

Hüseynova İlahə Həsən qızı

Xəlilova Səadət Namizəd qızı

Məmmədov Xəyyam Əhrar oğlu

Mikayılov Anar Şamil oğlu

Mirzə Kazım Həsən oğlu

Mirzəyeva Vəfa Rafiq qızı

Motorina Yuliya Alekseyevna

Mürsəlov Neymət Məzahir oğlu

Nisanov Xəyyam Aleksandroviç

Osmanov Elizbar Əbülfəz oğlu

Rza-Zadə Azər Zaur oğlu

Salmanov Nicat Fərhad oğlu

Seyidova Ceyla Uran qızı

Səfərəliyeva Məlahət Nəcəf qızı

“Əməkdar rəssam”

Babayev Fikrət Həsən oğlu

Cabarov Rəşad Emin oğlu

Əhməd Faiq Nazim oğlu

Ələkbərov Rəşad Böyükağa oğlu

Əliyev Vüqar Əli oğlu

Hacızadə Rövşən Kamal oğlu

Həsənov Şamil Məmməd oğlu

Hüseynov Pərviz İldrım oğlu

Mehtiyev Zakir Tahir oğlu

Məmmədov İsa Məmməd oğlu

Rüstəmov Aslan Mahmud oğlu

Şixəliyev Adil Həmdulla oğlu

“Əməkdar mədəniyyət işçisi”

Allahverdiyev İbad Məhəmməd oğlu

Eldarova Lalə Ömərovna

Əhmədzadə Natiq Nazim oğlu

Hacı-Mustafazadə Hüseyn Tofiq oğlu

Kazımov Bəhmən İsa oğlu

Qardaşbəyova Nazilə Adəm qızı

Paşayev İlqar Əli Abas oğlu.

Gəncədə ilk dəfə olaraq Muğam müsabiqəsi keçiriləcək

Gəncədə ilk dəfə olaraq Muğam müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasnın Mədəniyyət Nazirliyinin dəstəyi və Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncədə ilk dəfə “Nizami ili” çərçivəsində Muğam Müsabiqəsi  keçiriləcəkdir.  

Müsabiqənin əsas tələbləri  muğamları, ritmik muğamları, xalq və bəstəkar mahnılarını, təsnifləri, habelə Nizami Gəncəvinin qəzəllərini peşəkar səviyyədə ifa etməkdir.  İki turdan ibarət olan müsabiqənin münsiflər heyəti Azərbaycan Respublikasının görkəmli sənətkarları,  Xalq artistləri Şahnaz Haşımova, Fikrət Verdiyev, Adil Bayramov, Əməkdar artist Mahir Məmmədov, ustadlar Təvəkkül Hüseynov, Şahin Mirzəyev və Vaqif Mirzəyev olacaq.

 Muğam Müsabiqəsində iştirak etmək istəyən istedadlı şəxslər 1-10 noyabr 2021-ci il tarixlərindən etibarən F. Əmirov adına Gəncə Fövlət Filarmoniyasına sənədlərini (şəxsiyyət vəsiqəsi, 3x4 şəkil və tərcümeyi-hal)  təqdim edə və (055) 889-68-28 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, sonda qaliblər diplom və serifikatlarla təltif olunacaqlar.

Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub, vəziyyəti ağırdır - Foto

Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub, vəziyyəti ağırdır - Foto

Xalq artisti Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub.

YAZTV” oxu.az-a istinadən xəbər verir ki, 81 yaşlı xanəndə ev şəraitində müalicə asla da, vəziyyəti ağırdır. 

Qeyd edək ki, Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş muğam ustası bundan əlavə, “Əmək”, “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib. 

 
Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefinin açılışı olub

Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefinin açılışı olub

Gəncədə böyük istiqlal şairi, tərcüməçi, professor Əhməd Cavadın yaşadığı evin üzərindəki barelyefin açılış mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Tədbir, sözləri dahi şair Əhməd Cavada aid olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 Daha sonra şairin nəticəsi və şəhər rəhbəri tərəfindən barelyefin üzərindəki ağ örpək götürülüb, önünə tər güllər düzülüb.

Mərasimdə çıxış edənlər şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən, o cümlədən şairin Gəncəyə olan bağlılığında söz açıblar. Bildirilib ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub.  Repressiya qurbanı olan Əhməd Cavad1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.

Çıxışlardan sonra Əhməd Cavadın nəticəsi Cavad Axundzadə və şairin kötücəsi Nərgiz Əhmədqızı barelyefin təşkilində əməyi olan hər kəsə öz dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə  şairin müəllifi olduğu “Gəncəm, Hey!..” şeiri  və ona  bəstələnən mahnı səsləndirilib.

Qeyd edək ki, barelyef Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanıb.

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrında uzun müddət davam edən fasilədən sonra  mövsüm açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Gəncə şəhər Təşkilatının sədri Sahib İbrahimli və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın yeni mövsümə başlaması ilə bağlı çıxış edən şəhər rəsmiləri, ictimaiyyət və mədəniyyət nümayəndələri Gəncə teatrının Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışlardan sonra bir qrup mədəniyyət xadimləri Gəncənin mədəni həyatında fəal iştirakına və teatr sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə Gəncə Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi tərəfindən  Fəxri Fərmanla təltif ediliblər.  

Daha sonra teatrsevərlərə  M. F Axundovun "Hekayəti Müsyö Jordan  və Dərviş Məstəli Şah" bir pərdəli komediyası təqdim olunub. Tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Rəhilə Məmmədova, İlham Hüseynov, Elxan Abbasov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.

 

 

 

Ülviyyə Könül bu kanala direktor təyin olundu

Ülviyyə Könül bu kanala direktor təyin olundu

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bununla bağlı sədr Rövşən Məmmədov əmr imzalayıb.  

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. R. Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ü. Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Ermənilər Qarabağda tarixi və mədəni abidələrin 95 faizini məhv edib - Anar Kərimov

Ermənilər Qarabağda tarixi və mədəni abidələrin 95 faizini məhv edib - Anar Kərimov

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib.

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanlarını saxlayıblar. İşğalı nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır”,- deyə nazir vurğulayıb.

 

İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasının həm də mədəni irsimizin bərpası prosesindən keçdiyini söyləyən A.Kərimov aparılan monitorinqlərin abidələrin hərtərəfli öyrənilməsi, həyata keçiriləcək infrastruktur layihələrinin icrası və kommunikasiyaların qurulması zamanı tarixi abidələrin bərpasının uyğun formada təmin edilməsinə yardımçı olacağını bildirib.

Nazirlik Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yayıb.

 

“Qafqazinfo” xəbər verir ki, nekroloqda deyilir:

 

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Bu gün Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb.

Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərib. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirib.

Canəli Əkbərovun dəfn yeri açıqlandı

Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış Canəli Əkbərovun muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.

1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaradıb.

Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışıb. Bir çox gənc ifaçılar məhz sənətkarın köməyi ilə ilk yaradıcılıq addımlarını atıb, teatr və konsert səhnələrində öz istedadlarını nümayiş etdiriblər.

Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Görkəmli sənətkar, muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Allah rəhmət eləsin!”

 

 

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilib

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilib

Oktyabrın 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə II Beynəlxalq Vokalçılar Festivalı keçirilib. Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, və şəhər ictimaiyyəti iştrirak ediblər.


Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Konserti giriş sözü ilə açan Vasif Cənnətov tədbir iştriakçılarını 18 oktyabr-Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O qeyd edib ki, II Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarında olan 22 vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romansları da təqdim ediləcəyini vurğulayıb. O, eyni zamanda bildirib ki, bu festivala 2021-ci ildən Beynəlxalq statusu verilib və bu da Azərbaycanın vokal musiqisinə verilən ən böyük töhfədir.


Konsertdə Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib. Proqramda dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F. Əmirov, Niyazi, M. Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqalarının əsərləri səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov və digər peşəkar səhnə ustalarının ifası tədbir iştirakçılarına xoş ovqat bəxş edib.


Festivalda Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Fuad Muradov, Nəzrin Zeynalova, Altun Süleymanov, Bayram Həsənov, İslam Əlizadə, eləcə də digər solistlər Cəlal İsayev, Rəhman Quliyev, Sevda Qafarova , Qaya Nəsibzadə, Cavidan İsayev, Günel Hacıyeva, Zeynəb Abdullayeva, Elmir Pişnamazzadə, Rövşən Quliyev, Vasif Bayramov, Rüstəm Cəfərov çıxış ediblər.

Festival solistlər Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

 

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob Gəncə şəhərindən start götürüb.

Fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Pariyasının Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə reallaşıb.

Heydər Əliyev meydanında baş tutan fləşmobda əsasən qazilər və şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin tələbə gənclər təşkilatlarının fəal üzvləri yaxından iştirak ediblər. İki minə yaxın gənc  Azərbaycan Repsublikasının xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıblar.