Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub

Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub

Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.

YAZTV APA-ya istinadən bildirir ki, bu barədə qızı Fidan Cəfərova məlumat verib.

O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib:

"Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər". (APA)