81 yaşlı aktrisa həbs edildi

81 yaşlı aktrisa həbs edildi

Aktrisa Nilüfer Aydan həbs edilib.

YAZTV "Anadolu Agentliyi"nə istinadən bildirir ki, o, prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etməkdə ittiham edilib.

Ötən gün keçirilən məhkəmədə ölkə başçısının vəkili Gökhan Arslanoğlu aktrisanın həbsini tələb edib. Məhkəmənin qərarı ilə Nilüfer 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Aydan “Facebook” sosial şəbəkəsindəki hesabından 16 iyul 2016, 4 aprel 2017 və 7 oktyabr 2018 tarixlərində prezidentin şərəf və ləyaqətini alçaldan paylaşımlar edib. (axşam az)