Azər Abdulla koronavirusdan vəfat etdi
2021-03-21 20:30:00

Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.
YAZTV xəbər verir ki, bu barədə APA-ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.
Qeyd edək ki, A. Abdulla bir müddət əvvəl koronavirusa (COVİD-19) yoluxmuşdu. (APA)