İllərdir küsülü olduğu qohumu Flora Kərimova ilə barışmaq istədi

İllərdir küsülü olduğu qohumu Flora Kərimova ilə barışmaq istədi

Əməkdar artist Cavanşir Məmmədov küsülü olduğu Xalq artisti Flora Kərimovaya barışıq addımı atıb.

YAZTV-e xəbər verir ki, müğənni bibisi qızı olan Kərimovanı yeni avtomobili ilə Şuşaya aparacağını deyib:

"Arzum var ki, bibim qızı Flora Kərimovayla ikimiz babamın yurduna gedək. Flora xanımın anası, mənim atam şuşalıdır. Babamın Şuşa həbsxanasının yanında mülkü var. 50 il əvvəl orada olmuşam. Bir də babamın Şuşa bazarında qəssab mağazası olub. Gedib oraları ziyarət edəcəyik".

Qeyd edək ki, F.Kərimova "ATV maqazin onlarla" proqramında dayısı oğlu haqda "O, mənim ailə üzvümdür. Küsülülüyün səbəbini açmaq istəmirəm. Anamın onun üstündə zəhməti olub. Onun haqda danışa bilmərəm, anamın ruhu məni bağışlamaz. Ona pis bibiqızı olmamışam, onu odlardan çıxartmışam. Barışmağa da can atmaram. Amma başına bir iş gəlsə, özümü oda ataram. Onu çox istəyirdim. Ürəyim ürəyinə, canım canına bağlıdır. Amma yaxın olmağa qismət olmadı". 

YAZTV (axşam az)