Gəncə Dövlət Dram Teatrı 'Qayıdış' adlı qısametrajlı film hazırlayıb

Gəncə Dövlət Dram Teatrı 'Qayıdış' adlı qısametrajlı film hazırlayıb

Gəncə Dövlət Dram teatrının təqdimatında Xocalı soyqırımının 29 cü ildönümünə ithaf olunmuş "QAYIDIŞ" qısametrajlı filmi hazırlanıb.

Bu barədə YAZTV-yə teatrdan məlumat verilib.

Layihənin bədii rəhbəri Əməkdar mədəniyyət işçisi, Gəncə teatrının direktoru Əli Qasımov, rejissorlar Elşad Əhmədov və Yusif Cəfərovdur. Quruluşçu operator Sübhan İbrahimlidir.

Rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Elxan Yunis, Sevda Orucova, Kəmalə Məmmədova, Novruz Cəfəov, Salam İsmayıl, Ramiz Vəliyev, aktrisa Zəminə Cəfərova və başqaları iştirak ediblər.

Film tezliklə tamaşaıçların ixtiyarına buraxılacaq.