Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli oldu
2021-05-28 18:30:46

Əməkdar artist Zöhrə Abdullayevanın dəfn olunacağı yer bəlli olub.
Bu haqda məlumat verən aparıcı Hacı Nuran Hüseynov sənətçinin Xırdalanda torpağa tapşırılacağını bildirib: “Hazırda mərhumun cənazəsi öz evindədir. Xırdalan qəbiristanlığında anasının məzarının yanında dəfn olunacaq”.
Qeyd edək ki, Z.Abdullayeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.