Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı"nda Fəxri Fərmanla təltif olunub.
YAZTV bildirir ki, bu barədə teatrın feysbuk səhifəsində məlumat verilib. Festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edib, bunlardan biri də Gəncə Dövlət Dram Teatrı olub. Teatr “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə festivala qatılaraq Fəxri Fərmanla mükafatlandırılıb.
Qeyd edək ki, layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.
Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilib. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdirilib. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanıb.