Monday, 29 Noyabr 2021 04:33
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"İdman mediasındakı təşkilatlanma işində ilk addımları ata bildik”

"İdman mediasındakı təşkilatlanma işində ilk addımları ata bildik”

Medianın İnkişafı Agentliyinin layihəsi


Bugünkü həmsöhbətimiz Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevdir.  Q.Mehdiyevə idman mediasının hazırkı durumu, görülən işlər və problemlər barədə suallar ünvanladıq. 

 

-    Hazırda Azərbaycanda idman jurnalistikasının durumunu (həm peşəkarlıq, həm də iqtisadi olaraq) necə dəyərləndirirsiniz?

-    Bu gün ölkədə ən böyük sahə mediasını təmsil edən idman jurnalistikamız yetərincə inkişaf etsə də, problemləri də az deyil. İdmana maraq artdıqca idman mediasına axın da artır. Lakin təəssüf ki, savadlı, bu sahəni bilən jurnalistlərlə yanaşı, qeyri-peşəkarlar da var. Amma idman mediasının inkişafına mane olan amillərdən biri də iqtisadi asılılıq, maddi çətinlikdir.Çox az sayda media vasitəsi iqtisadi cəhətdən stabiliyini qoruya bilir. Bu da son nəticədə bu sahədə kadr problemi yaradır.

-    Sizin Medianın İnkişafı Agentliyinə təkliflərinizdən sonra dövlət tərəfindən ilk dəfə olaraq bir neçə idman saytına da maliyyə yardımı ayrıldı. Həm bununla bağlı, həm də Media Agentliyi ilə əməkdaşlığınızın durumu ilə əlaqədar fikirlərinizi bilmək istərdik.

-    KİVDF vaxtında idman mediası diqqətdən kənarda qalmışdı. Bu məsələ digər idman jurnalistləri kimi AİJF İdarə Heyətini də narahat edirdi. Medianın İnkişafı Agentliyi yaradılanda düşündük ki, idman mediası dövlətin qayğısından bəhrələnməsi üçün MEDİA ilə əlaqə saxlayaq və bu sahənin problemlərini yeni yaradılan qurumun diqqətinə çatdıraq. Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla iki dəfə görüşümüz oldu və təqdir edilməli haldır ki, ilk görüşdə səsləndiridiyimiz təkliflərə və sonradan təqdim etdiyimiz 10 bəndlik təklifər paketinə biganə qalmadılar. Sevindirici haldır ki, İdman Jurnalistləri Federasiyasının təkliflərinə müsbət yanaşdılar və ilk dəfə dövlət dəstəyi alan 39 saytdan 7-si idman yönümlü oldu. Ümid edir və inanırıq ki, növbəti mərhələlərdə dövlət dəstəyi alan idman mediasının çəkisi bir az da artacaq. Bu gün də MEDİA ilə əməkdaşlığımız davam edir və gələcəkdə qurumla yalnız medianın maliyyələşməsi deyil, eyni zamanda idman jurnalistikasının inkişafına təkan verə biləcək başqa birgə layihələr də reallaşdıra biləcəyik.

-    İlk dəfə olaraq AİJF-nin təşəbbüsü ilə idman jurnalistləri 2 il əvvəl, pandemiya yayılmazdan öncə bir araya gəlmiş, tədbirdə idman mediasının problemləri ilə bağlı təkliflər irəli sürülmüşdü. Bu il ərzində yenidən idman jurnalistlərini ya canlı, ya da onlayn formada bir araya gətirməyi düşünürsünüzmü?

-    İlk dəfə biz 2020-ci ilin 20 fevralında idman jurnalistlərinin respublika toplantısını təşkil etdik. Maraqlı fikirlər, eləcə də idman mediasını narahat edən problemlər səsləndirildi. Təəssüf ki, sonrakı müddətdə, bizdən asılı olmayan səbəblərdən, qarşımıza qoyduğumuz məqsədlərin bir çoxuna nail ola bilmədik. Bu il fevralın 20-də, pandemiya səbəbindən 2-ci respublika toplantısını zoom vasitəsilə, videokonfrans formatında etdik. Əsas məsələ fəaliyyətimizin səmərəli olmasıdır. Məqsədimiz odur ki, gördüyümüz işin nəticəsi idman mediası üçün faydalı olsun.

-    Ümumiyyətlə, AİJF-nin idman mediası ilə bağlı yaxın gələcək üçün planları nədən ibarətdir?

-    AİJF-nin yaradılması pandemiyanın yayılması ilə eyni dövrə təsadüf etdiyi üçün bir çox planlarımızı həyata keçirə bilmədik. Düşünürəm ki, AİJF olaraq, son illərdə ölkə idman mediasında təşkilatlanma istiqamətində ilkin addımları ata bildik. İlin sonunda AİJF İdarə Heyətinin iclasında builki fəaliyyətimizi nəzərdən keçirib qarşıdakı planlarımızı təsdiqləyəcəyik. Çalışacağıq ki, idman mediasını narahat edən əsas məsələlərin həlli gələn il prioritet hədəflərimiz olsun.

-    Sirr deyil ki, idman mediasının böyük bir qismi daha çox futbol sahəsinə maraq göstərir, digər idman yarışları üzrə daxili çempionatlarda isə  jurnalistləri az halda görür, ya da heç görmürük. Bu məsələni aradan qaldırmaq üçün hər hansı bir fikirləriniz varmı?

-    İdman mediasının çox böyük hissəsini futbol jurnalistləri təşkil edirlər. Bu də aydın məsələdir. Futbol ən baxımlı, maraqlı və oxunan mövzudur. Digər tərəfdən hazırkı iqtisadi vəziyyətdə, idman mediasının maliyyələşməsində futbol klublarının çox böyük rolu var. Digər idman növlərində əvvəllər yetərincə təcrübəli jurnalistlərimiz olub. Lakin təəssüf ki, hazırda digər idman növlərindən yazan, ən əsası həmin növlərin qaydalarını bilən idman jurnalistlərimiz azdır. Bildiyiniz kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası magistr proqramı var. Akademiyanın bu sahədə potensialı var və eyni zamanda bu ali təhsil ocağı xarici mütəxəssislərlə də əməkdaşlıq edir. Düşünürük ki, gələn ildən orada idman jurnalistləri üçün treninqlər təşkil etməklə, problemin həlli yolunda ilk addımı ataq.

-    İdman federasiyalarının da media ilə əlaqələrini uğurlu saymaq olmaz. Bununla əlaqədar təklifləriniz nədir?

-    Hər bir idman federasiyasında mətbuat katibi vəzifəsi var və həmin mətbuat katiblərinin bir çoxu da bizim idman jurnalisti olan həmkarlarımızıdır. Onlardan bəziləri media ilə normal işləyə bilirlər. Düzdür, qənaətbəxş olmayan mətbuat xidmətləri də var. Lakin, etiraf edək ki, bəzən bu məsələlər federasiyalardakı həmkararımzdan asılı olmayan səbəblərdən irəli gəlir. Bu baxımdan, federasiya mətbuat xidmətləri rəhbərləri birgə müzakirələr faydalı ola bilər.

-    Bu gün idman mediasında saytlar çoxluq təşkil edir. Bir neçə saytı çıxmaqla onları “bir nəfərlik” saytlar da adlandırırlar. Həmin saytlar da çox vaxt maliyyə problemi ilə üzləşir, digər tərəfdən xaotik bir durum da yaranır. AİJF bu problemdən çıxış yolunu nədə görür?

-    AİJF-nin ilk dəfə ötən il təşkil etdiyi respublika toplantısında səsləndirilən təklifərdən biri də "bir nəfərlik” saytların birləşməsi ideyası idi. Bununla bağlı bir neçə təcrübəli həmkarımızla fikir mübadiləsi aparıb təkliflərini dinlədik. İstədik ki, birləşməklə güclənəcək saytlar meydana çıxsın. Lakin təəssüf ki, bu, özünü doğrultmadı. Heç kim, “təsisçisi və baş redaktoru” olduğu saytı özünə rəqib gördüyü həmkarı ilə birləşdirməyi məqbul hesab etmədi. Kimisə buna məcbur etmək də, olmaz. 

Nur ZEYNALOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ronaldo baş məşqçi ilə mübahisə etdi - Video

Ronaldo baş məşqçi ilə mübahisə etdi - Video

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo DÇ-nin seçmə mərhələsində Serbiyaya 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Fernenado Santuşla mübahisə edib. 

YAZTV xəbər verir ki, meydançada baş verən bu hadisə kameralara tuş gəlib.

https://www.youtube.com/watch?v=ycffCbcVtkQ

"Zirə"nin futbolçusu milliyə çağırıldı

"Zirə"nin futbolçusu milliyə çağırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində  Norveçlə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət edilib. 

YAZTV AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə”nin üzvü Cəlal Hüseynov hazırlıq prosesinə qoşulub. 

Qeyd edək ki, noyabrın 16-da, Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. (qol az)

Argentina millisi DÇ-2022-nin finalında

Argentina millisi DÇ-2022-nin finalında

DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində 14-cü tura ykun vurulub.

YAZTV xəbər verir ki, görüşlərin nəticəsində Argentina millisi turnirin finalında iştirakını təmin edib.

Argentinalılar Braziliya yığması ilə heç-heçə (0:0) ediblər, Boliviya yığması Uruqvay seçməsini (3:0), Peru millisi Venesuelanı (2:1), Ekvador Çilini (2:0) məğlub edib. Kolumbiyalılarla paraqvaylılar arasında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.

Qaydalara əsasən, ən yaxşı 4 komanda dünya çempionatının final mərhələsinə yüksələcək, beşinci yeri tutan komanda digər konfederasiyaların nümayəndələri ilə pley-offda iştirak edəcək. Argentina yığması qrupda 13 oyunda 29 xalla qrupda ikinci, Ekvador (23 xal) üçüncüdür. Dördüncü və beşinci yerləri tutan kolumbiyalılar və perulular (hər iki yığma 17 xal toplayıb) hərəyə 14 görüş keçiriblər və növbəti mərhələdə bir-biri ilə qarşılaşacaqlar. Beləliklə Argentina millisi qrupda dördüncü pilləyə enməyəcək.

Qeyd edək ki, daha əvvəlBelçika, Braziliya, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə, Niderland komandaları da turnirin final hissəsinə vəsiqə qazanıblar. Qətər millisi dünya çempionatında turnirin ev sahibi kimi iştirak edəcək. (qol az)

“Ukrayna millisi həyatımın komandasıdır” - Şevçenko

“Ukrayna millisi həyatımın komandasıdır” - Şevçenko

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko yığmanın hazırkı durumu barədə danışıb. 

YAZTV xəbər verir ki, hazırda “Cenoa”nı çalışdıran 45 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Ukrayna millisində işləməyin onun karyerasında xüsusi olduğunu bildirib və komandaya gələcək matçlarında uğurlar arzulayıb:  

“Ukrayna millisi mənim həyatımın komandasıdır. Komanda hazırdır. Bolqarıstanla oyuna baxmamışam, amma bütün rəyləri görmüşəm. Futbolçular həm psixoloji, həm də fiziki cəhətdən mübarizəyə hazırdır. Baş məşqçiyə və bütün heyətə uğurlar arzulayıram. Onlara hər zaman dəstəkləyəcəyəm və həmişə yanlarında olacağam”. 

Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə yığmaya baş məşqçilik edib. (qol az)

Azərbaycan - Qətər: Heyətlər açıqlandı

Azərbaycan - Qətər: Heyətlər açıqlandı

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Qətər matçı üçün heyətlər açıqlanıb.

YAZTV xəbər verir ki, komandalar saat 21:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 17. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə

Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 4. Məhəmməd əl-Bayyati, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 7. Ahmed Alaeldin, 12. Karim Budiaf, 13. Xidir, 16. Bualem Xuxi, 19. Almoez Əli, 23. Assim Madibo

Ehtiyat oyunçular: 1. Saad əl-Şib, 21. Hassan, 2. Xalid Munir, 9. Məhəmməd Muntari, 11. Əkrəm Afif, 8. Asadalla, 10. Abdurisag, 14. Elamin, 15. Abdulsallam, 17. İsmayıl Məhəmməd, 18. Al-Barik, 20. Al Hadram (qol az)

Ronaldonun sevgilisi Messinin paylaşımına şərh yazdı, gündəm oldu - Foto

Ronaldonun sevgilisi Messinin paylaşımına şərh yazdı, gündəm oldu - Foto

Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes maraqlı addımı ilə diqqət çəkib.

YAZTV xəbər verir ki, o, Lionel Messinin paylaşımına şərh yazmaqla sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Corcina argentinalı ulduz futbolçusunun fotosunun şərh bölümünə ürək və alov emojilərini qeyd edib.

O, bundan sonra daha bir şərh yazaraq, “Ronaldoya söyləməyin” deyib.

Ronaldonun sevgilisinin bu şərhindən sonra Messinin həyat yoldaşı Antonelanın qısa videosunu paylaşması diqqətdən qaçmayıb.

 

 

Dünya çempionatının 9 iştirakçısı bəllidir

Dünya çempionatının 9 iştirakçısı bəllidir

Qətərdə keçiriləcək DÇ-2020-nin final mərhələsində iştirak edəcək 9 komanda artıq bəllidir.

YAZTV həmin komandaları təqdim edir:

DÇ-2022-yə vəsiqəni təmin etmiş komandalar:
 
Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya.
 
DÇ-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:
 
Avstriya, Çexiya, Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, Uels

"Bu mərhələdə ən önəmlisi nəticədir" - Murad Musayev

"Bu mərhələdə ən önəmlisi nəticədir" - Murad Musayev

"Milli komandanın baş məşqçisi futbolçuların fiziki vəziyyətinə təsir edə bilməz. Çünki onun köklü dəyişikliklər etmək üçün vaxtı çox azdır. Məşqçilər heyəti oyunlarda daha çox pressinq və standart vəziyyətlər görmək istəyir. Amma indi komandanı formalaşdırmaq daha vacib idi. Bu mərhələdə ən önəmlisi nəticədir". 

YAZTV xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışı barədə Rusiya mətbuatına açıqlamasında deyib.

 

O, yığmanın Xorvatiya ilə oyunu öncəsi bildirib: "Milli üzvlərinin vacib məqamlarda kifayət qədər sakit oynadıqlarını gördük. Həm müdafiədə, həm də hücumda daha çox şey alındı. Aleksey Mirançukla Fyodor Smolovun meydanda bir-birini yaxşı başa düşməsində razı qalındı. Onların oyunu gözəl, eyni zamanda təsirlidir. Bu, həm də onu göstərir ki, irəlidə pressinq etsəniz, 70-80 metr geriyə qaçmağa ehtiyac olmaz. Yəni, qısa məsafədə hərəkətlərlə rəqibi bağlasanız, daha az qaçarsınız".

Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya - Rusiya görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. (qol az)

Gəncədə basketbol idman növü üzrə Yeniyetmələr arasında şəhər açıq birinciliyi keçirilmişdir

Gəncədə basketbol idman növü üzrə Yeniyetmələr arasında şəhər açıq birinciliyi keçirilmişdir

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, İdman kompleksinin və Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyi iştirak etmişdir. Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək ölkəmizdə Bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan danışmış, basketbol idman növünə marağın daha da artırılması üçün belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs etmiş və yarışda iştirak edən yeniyetmə idmançılara uğurlar arzulamışdır.
Yekunda qalib gəlmiş komandalar diplom, medal və kubokla mükafatlandırılmışlar.
 
Xanım idmançımız ermənini 10 saniyəyə nokauta saldı - Video

Xanım idmançımız ermənini 10 saniyəyə nokauta saldı - Video

Azərbaycanlı xanım idmançı Gözəl Zutova Yusif Fight Championship (YFC) turnirində ermənistan təmsilçisi Nara Marqarosyanla qarşılaşıb.

YAZTV xəbər verir ki, təmsilçimiz bu görüşdə 10 saniyəyə rəqibini nokaut edib. 

Həmin döyüşün videosunu təqdim edirik:

https://www.youtube.com/watch?v=vupvOAuw80Y

Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri açıqlanıb

Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri açıqlanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

YAZTV-nin məlumatına görə, kişilərdən ibarət komanda Almaniya yığması ilə, qadınlar isə Gürcüstanla üz-üzə gələcək.

Avropa çempionatı, III tur

Kişilər

Azərbaycan - Almaniya

Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu

Teymur Rəcəbov - Aleksandr Donçenko

Rauf Məmmədov - Vinsent Keymer

Nicat Abbasov - Mattias Blübaum

Qadınlar

Azərbaycan - Gürcüstan

Günay Məmmədzadə - Nana Caqnidze

Gülnar Məmmədova - Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva - Meri Arabidze

Xanım Balacayeva - Salome Melia

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. İlk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib. Hazırda Azərbaycanın kişilərdən ibarət komandası 1-ci, qadın millisi isə 2-ci yerdə gedir.