Sunday, 29 Yanvar 2023 17:22
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
A seriyasında tibbi protokol dəyişdirilib

A seriyasında tibbi protokol dəyişdirilib

İtaliya Futbol Federasiyası (FİGC) koronavirus pandemiyası üzündən dayandırılan çempionatın bərpasından sonra tətbiq olunacaq tibbi protokolun yeni variantını təqdim edib.

YAZTV-nin  məlumatına görə, bu variantda A seriyası klublarının qeydləri nəzərə alınıb.

Ən çox mübahisə doğuran karantinlə bağlı bənddə düzəliş də edilib. Təsdiqlənmiş varianta əsasən, futbolçulardan hər hansı birində koronavirus aşkarlanarsa, 14 günlük karantinə öncədən nəzərdə tutulduğu kimi bütün komanda deyil, təkcə həmin oyunçu yollanacaq.

Tibbi protokolla bağlı razılıq əldə olunmadığı üçün qrup halında məşqlərin mayın 18-nə planlaşdırılan startı təxirə salınıb. Mayın 4-dən bütün ölkədə açıq havada qaçışa icazə verilib.

İdman naziri Vinçenso Spadafora aprelin sonunda xəbərdarlıq edib ki, imzalanmış təhlükəsizlik protokolu olmadan A seriyası başa çatmış elan olunacaq. Martda dayandırılan A seriyasının bərpası iyunun 13 və ya 20-nə təsadüf edəcəyi gözlənilir. “Udineze” rəsmiləri 13-ü ilə bağlı variantı ağılsızlıq adlandırıb.

Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki: Mənə görə, Messi ən yaxşı futbolçudur

Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki: Mənə görə, Messi ən yaxşı futbolçudur

Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki Lionel Messini futbol tarixində ən yaxşı oyunçu adlandırıb.

YAZTV xəbər verir ki, "Mundo Deportivo" nəşri onun bu sözlərini sitat gətirib: "Mənə görə, Messi ən yaxşı futbolçudur. Bunca ildir "Barselona" klubunun nəticələrini o müəyyən edir. O, mümkün olan bütün mükafatları qazanıb, o qədər sayda qol vurub, o qədər ötürmə edib. Hələ necə fitbol oynadığını demirəm.

Bəziləri Maradonanın və ya Ronaldonun adlarını çəkəcəklər, lakin mənim üçün Leo indiyədək olanlar və indi olanlar arasında ən yaxşı oyunçudur. Çoxları Kriştianu Ronaldunu, yaxud braziliyalı Ronaldonu, - onlar da az qala bütün mükafatları qazanıblar, - xatırlayacaqlar. Lakin hər hansı birini seçmək lazım gəlsə, o, Messidir".

Prosineçki 2019-cu ildən Türkiyənin "Kayzerispor" klubuna başçılıq edir.

Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqaviləsini yeniləyib

Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqaviləsini yeniləyib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova karyerasını yenidən Türkiyədə davam etdirəcək.

YAZTV xəbər verir ki, 22 yaşlı hücumçu “Sarıyer Bələdiyəspor” komandası ilə müqaviləsini yeniləyib. Voleybolçumuz daha bir il “Sarıyer Bələdiyəspor”un şərəfini qoruyacaq.

Yığmamızın üzvü 1 il “Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür “Sarıyer Bələdiyəspor”da çıxış edir. 

Operativ Qərargah: Açıq havada idman yarışları keçirilə bilər

Operativ Qərargah: Açıq havada idman yarışları keçirilə bilər

"Açıq havada idman yarışlarının keçirilməsi məsələsi müzakirə olunur".

"YAZTV” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, növbəti mərhələdə bu məsələyə baxılması mümkündür.

Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

"Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb".

Bunu "YAZTV"ə açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: "Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub".

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib.

Qeyd edək ki, hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov "YAZTV"ə müsahibəsində koronavirusa yoluxduğunu açıqlayıb.

 

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

Amerikalı boksçu Evander Holifild həmyerlisi Mayk Taysonla ağır çəkidə üçüncü döyüşü keçirmək niyyətindədir.

YAZTV xəbər verir ki, E.Holifild bu barədə "The 3 Point Conversion" “YouTube” kanalına verdiyi müsahibəsində bildirib. Əlli yeddi yaşlı boks ustası qeyd edib ki, onun nümayəndələri bu barədə danışıq aparırlar. Razılıq isə hələ əldə olunmayıb.

Qeyd edək ki, bundan əvvəl hər iki boksçu xeyriyyə məqsədi üçün rinqə qayıdacağını bildirmişdilər.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya olunub.

E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. “Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

AFFA aşağı liqalarla bağlı qərar verdi

AFFA aşağı liqalarla bağlı qərar verdi

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.

YAZTV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.

Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:

1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.

2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.

Azərbaycanda futbol məşqləri bərpa edilir?

Azərbaycanda futbol məşqləri bərpa edilir?

Nazirlər Kabineti yanında operativ qərargah kiçik qruplar şəkilində futbol məşqlərinin aparılmasına münasibət bildirib.

YAZTV-nin məlumatına görə, qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə elan edilən xüsusi karantin rejiminin yumşaldılma mərhələsində bu barədə qərar yoxdur:

“Bu məsələ aktiv şəkildə müzakirədədir. Vəziyyətdən asılı olaraq növbəti mərhələlərdə bu məsələyə qayıda bilərik”.

"İdmanla bağlı məsələ müzakirə olunur"

"İdmanla bağlı məsələ müzakirə olunur"

"İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur".

YAZTV xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, ola bilsin, növbəti mərhələlərdə bu aspektlər də aktuallaşsın.

"Real Madrid" Fondu futbol məktəbinin üzvlərinə ərzaq yardımı edib

"Real Madrid" Fondu futbol məktəbinin üzvlərinə ərzaq yardımı edib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 19-da “Evda qalın, saglam olun” və “Biz birlikdə güclüyük” devizi altında növbəti yardım kampaniyası keçirilib.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın YAZTV-ə verdiyi məlumata görə, 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayənələrindən olan uşaqların cəlb olunduğu "Real Madrid" Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib.

Məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.

Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü ildə imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilə qədər uzadılıb. Bu müddət ərzində yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.

Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.

İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA

İdman zalları nə vaxt açılacaq? - AÇIQLAMA

Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir.

Bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hələlik stadionlar da daxil olmaqla, idman qurğularına dair heç bir qəti qərar yoxdur.

Nazirlik rəsmisi Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarından sonra fikir bildirəcəklərini söyləyib: "Qərar yoxdursa, hələ ki, bu barədə danışa bilməyəcəyik. Operativ Qərargahın qərarından sonra bu mövzuda fikir söyləmək olar".

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb. (Report)

AFFA-dan koronavirus testi üçün klublara MALİYYƏ YARDIMI

AFFA-dan koronavirus testi üçün klublara MALİYYƏ YARDIMI

Azərbaycan Premyer Liqa klublarında koronavirus testindən keçirilməsi prosesinə start verilib.

YAZTV-nin məlumatına görə, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi iclasında bu məsələyə toxunulub.

Premyer Liqa təmsilçilərinin məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bu prosesin davam etdiyini bildiriblər.

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir kluba qurum tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.