Sunday, 29 Yanvar 2023 17:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.

Bu barədə YAZTV-ə AzVİF-in mətbuat katibi Pərviz Musayev məlumat verib. O bildirib ki, turnir gələn həftəsonu - iyunun 6-da və ya 7-də olacaq.

Musayev yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayıb: "Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma həftəsonuna yarışın olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik".

Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: "Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq".

Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdırıb: "Mövsümün təqvimi alt-üst olub, yenidən işləməliyik".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. 2020-ci ilin təqviminə əsasən AzVİF-in ilk daxili yarışı 7-8 martda təşkil etməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb. Həftəsonu keçiriləcək turnir federasiyanın mövsümdə ilk daxili tədbiri olacaq.

İdman zalları nə vaxt açılır? - AÇIQLAMA VERİLDİ

İdman zalları nə vaxt açılır? - AÇIQLAMA VERİLDİ

"Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı bu günlərdə tapşırıq verildi".  
 
YAZTV  xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
"Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiqdən sonra sizlərin diqqətinə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir. Buradakı qaydaların necə olacağı metodik tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir. 
Gəncə İdman Klubu Respublika günü münasibətilə xalqımızı təbrik edir

Gəncə İdman Klubu Respublika günü münasibətilə xalqımızı təbrik edir

Hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur. 1918-ci ilin həmin günü Azərbaycanda demokratik respublika - Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.

Gəncə İdman Klubu Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə ürəkdən təbrik edir, milli dövlətçiliyimizə inkişaf və müstəqilliyimizin əbədi olmasını arzu edir.

Olimpiya komplekslərində məşqlərə icazə verildi

Olimpiya komplekslərində məşqlərə icazə verildi

Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman tədbirlərinin keçirilməsinə verdiyi icazə ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın YAZTV-ə verdiyi məlumata görə, açıqlamada bildirilir:

"Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir;

Federasiyaların nazirliyə sifarişləri nəzərə alınaraq, Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyaların nazirliyə gündəlik hesabatlar vermələri şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya komplekslərində məşqlərinə icazə verilir;

İdmançıların regionlardakı Olimpiya komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydaları (ezamiyyə icazəsi) əsasında aparılacaq".

Açıq havada keçirilən idman yarışlarına icazə verildi

Açıq havada keçirilən idman yarışlarına icazə verildi

Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib.

Bu barədə YAZTV-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.

Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər

Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər

Ötən mövsümün sonunda "Qəbələ" futbol klubundan "Neftçi"yə keçən Stiven Jozef-Monroz hazırkı komandasından da ayrıla bilər.

YAZTV xəbər verir ki, fransalı hücumçu maaşının artırılması tələbi ilə çıxış edib. Klubla hələ birillik müqaviləsinin olmasına baxmayaraq, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rusiyadan təkliflər gəlib.

Futbilçu Fransanın "Lans”, "Şatoru”, "Brest”, Belçikanın "Kortreyk” və "Genk” komandalarında çıxış edib. Belçika və Azərbaycan kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.

Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ

Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

YAZTV-nin  milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.

E.Məmmədov iclası açaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2020-ci il iyunun 1-dən Premyer Liqa klublarının məşqlərinin, habelə 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası

2. Premyer Liqa klublarının futbolçu və məşqçi heyətinin həftəlik olaraq COVID-19 testinə cəlb olunması

3. Premyer Liqa və Kubok oyunlarının bərpası ilə bağlı oyun təqviminin müzakirəsi

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, atılacaq növbəti addımlar

5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunmasının müzakirəsi

6. Digər məsələlər

E.Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra R.Musayev fikirlərini bildirib. Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra V.Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb.

Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:

1. 2020-ci il iyunun 1-dən Premyer Liqa klublarının məşqləri, iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə COVID-19 testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.

Qeyd olunanlarla yanaşı, iclasda məşqlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Adil Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif edilib

Adil Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif edilib

Mayın 29-da Azərbaycan Kikboksinq Federasiyasının inzibati binasında təqdimat mərasimi keçirilib.

YAZTV xəbər verir ki, mərasimdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunub.

Mükafatı ictimai xadim Adil Əliyevə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.

Emil Nəsirli vurğulayıb ki, Adil Əliyev tanınmış ictimai-siyasi xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, gənclər və idman sahəsində, respublikamızın beynəlxalq əlaqələrinin inkişafında, eləcə də digər mühüm sferalarda öz fəaliyyəti ilə böyük nüfuz qazanıb.

“Alicənablığı, sadəliyi, əzmkarlığı və xeyriyyəçiliyi ilə seçilən A.Əliyev, həm də beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir”, – deyə qeyd edən Emil Nəsirli bildirib ki, Adil Əliyev ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə çatdırır.

A.Əliyevi Milli Məclisinin sədr müavini təyin olunması münasibətilə bir daha “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından təbrik edən Emil Nəsirli çıxışına onu da əlavə edib ki, ictimai xadim Adil Əliyevin fəaliyyətinin əsas məqsədi Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsidir.

Milli Məclisinin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri A.Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlığını bildirib. Adil Əliyev fəaliyyətində Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial strategiyası, ölkəmizin beynəlxalq məkanda mövqeyi, tarixi, mədəniyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər barəsində beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması sahəsində bundan sonra da mühüm nailiyyətlərə imza atacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə gənclər və idman siyasəti bundan sonra da uğurla həyata keçiriləcək.

“Rəhbərlik etdiyim həm Azərbaycan Kikboksinq Federasiyasının, həm də Milli Məclisin Gənclər və idman komitəsinin qarşısında duran əsas vəzifələrdən biri də gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət növlərinin istiqamətləndirilməsi, Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində milli proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir” – deyə bildirən Adil Əliyev vurğulayıb ki, ötən dövrdə gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Azərbaycan xalqının Ulu Öndərimizin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha onu sübut edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq və ölkənin gələcək inkişafına öz töhfəsini verəcək.

Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib

Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Squawka" versiyasına görə Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi adlandırılıb.

YAZTV xəbər verir ki, buna səbəb onun baş məşqçi kimi uğurlarıdır.

Zidan yeganə məşqçidir ki, çempionatın üç liqasını ardıcıl udmağa müvəffəq olub. Üç qələbə 2016, 2017 və 2018-ci illərdə qazanılıb. Zidan Çempionlar Liqası çərçivəsində ümumilikdə 26 matçı udub.

Siyahıda ikinci yerdə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona”nı Çempionlar Liqasında iki dəfə (2009 və 2011-ci illər) qələbəyə apamağı bacarıb.

Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü “Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti qapayıb. O iki klubla – “Real”la və “Milan”la Çempionlar Liqasını udmağa nail olub. Ançelotti 2003 və 2007-ci illərdə “Milan”ı və 2014-cü ildə isə "Real”ı qələbəyə aparıb.

Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo “Forbes”in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.

YAZTV  xəbər verir ki, portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.

Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi (“Barselona”, 104 milyon) ikinci, Neymar isə (PSJ, 95,5 milyon) üçüncü olub.

"Mançester Yunayted" transferlər üçün kredit götürdü

"Mançester Yunayted" transferlər üçün kredit götürdü

İngiltərənin "Mançester Yunayted" klubu bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb.

YAZTV  xəbər verir ki, "qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək. Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq.

Qeyd edək ki, daha öncə "Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu yazılıb.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.

Gəncə İdman Klubu xalqımızı təbrik edib!

Gəncə İdman Klubu xalqımızı təbrik edib!

Gəncə İdman Klubu Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

YAZTV xəbər verir ki, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Klubun Vitse-prezidenti Elşən Abbasov həmçinin klubun idarə heyəti müqəddəs bayram münasibəti ilə Azərbaycan xalqını o cümlədən bütün müsəlman dünyasını təbrik ediblər.

Təbrikdə deyilir:

“Sizi, Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti, ruzi-bərəkət arzu edirik. Bu ayda edilən bütün duaları, tutulan orucları Allah dərgahında qəbul olunmasını diləyirik. Bayramınız mübarək olsun"