Sunday, 29 Yanvar 2023 17:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi adından

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi adından

Biz, gənclər olaraq hər zaman möhtərəm cənab Prezidentin siyasətinin ətrafında birləşmişik və inanırıq ki, tarix boyu başı bəlalar görmüş ölkəmiz bu çətin günlərdən də keçəcək. Çünki qarşıda ölkəmizi daha gözəl günlər gözləyir!

Bildiyimiz kimi, dünyanı öz cənginə almış və böyük problemə çevrilmiş koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Virusun daha da təhlükəli hala çevrilməməsi üçün ölkə başçısı tərəfindən bir sıra sərəncamlar imzalandı.

Pandemiyanın törədə biləyəci fəsadların qarşısının tez bir zamanda alınması, müəyyən profilaktik, təxirəsalınmaz tədbirlərin görülməsi və ölkə üçün vacib olan qərarların qəbul edilməsi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabinəti Yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargahın vaxtında elan etdiyi karantin rejimi nəticəsində pandemiyanın daha da çox yayılmasının qarşısını almaq mümkün oldu. Ölkəyə giriş-çıxış qadağası qoyuldu, daxili və xarici yükdaşımaları dayandırıldı. Karantin rejimi müddətində yoluxma və ölüm sayı digər ölkələrlə müqayisədə yetəri qədər aşağı idi.

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq modul tipli xəstəxanaların tikintisinə başlanıldə. Yoluxanların qısa müddət ərzində sağaldılması üçün bütün həkimlər gücləndirilmiş iş rejiminə cəlb olundu.

Prezident İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında iştirak edərkən qeyd etdi ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq: “Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır. Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq”.

Koronavirus pandemiyası ilə əlaqədar tibbi, xüsusilə də qoruyucu ləvazimatlara tələbatın kəskin artması səbəbindən bir sıra ölkələrdə bu sarıdan qıtlıq yaşanır. İstehsalçı ölkələr tibbi maska ilə yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. İlk başlarda Azərbaycanda da bu sahədə müəyyən problemlər meydana çıxsa da qısa vaxt ərzində öz həllini tapdı.

Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular.

Prezident İlham Əliyev: “Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.

Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Əgər hər bir kəs öz məsuliyyətini dərk edərsə və qaydalara ciddi əməl edərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq.

Prezident İlham Əliyevin ölkə daxilində pandemiyanın yayılmasının qarşısını almaq məqsədiylə apardığı qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılmasına görə atılan addımlar və yuxarıda sadalananlar alqışalayiqdir. Biz, gənclər olaraq hər zaman möhtərəm cənab Prezidentin siyasətinin ətrafında birləşmişik və inanırıq ki, tarix boyu başı bəlalar görmüş ölkəmiz bu çətin günlərdən də keçəcək. Çünki qarşıda ölkəmizi daha gözəl günlər gözləyir!

"Liverpul" Britaniyanın ən məşhur klubu elan edilib

"Liverpul" Britaniyanın ən məşhur klubu elan edilib

Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpul"dur.

YAZTV xəbər verir ki, bu barədə “YouGov-FootballIndex” bildirib.

Futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.

Təxminən 3,1% azarkeş London "Çelsi"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.

Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenhem Hotspur", "Vulverhempton Uonderers", "Nyukasl Yunayted", Liverpul "Everton"u və Birminhem "Aston Villa"sı yer alıblar.

UEFA-dan avrokuboklarla bağlı açıqlama

UEFA-dan avrokuboklarla bağlı açıqlama

"Avrokuboklarla bağlı qərar hələ qəbul olunmayıb. Müxtəlif variantlar nəzərdən keçirilir".

"YAZTV"nin məlumatına görə, bununla bağlı UEFA-dan Rusiyanın "Sport-Ekspress" nəşrinin sorğusuna cavab olaraq bildirilib.

Açıqlamada koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqası barədə yeniliyin olmadığı qeyd olunub: "Cari mövsümü başa çatdırmağa imkan verən təqvim qərarlarını və format seçimlərini öyrənmək üçün liqaların və klubların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb. İndiki məqamda müxtəlif variantlar üzərində iş gedir".

Qeyd edək ki, avrokuboklarla bağlı yekun qərarın iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacağı gözlənilir.

Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olundu

Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olundu

Azərbaycan Premyer Liqasının oyunlarında bəzi qadağalar tətbiq olunacaq.

YAZTV-nin məlumatına görə, bu barədə PFL-in çempionat və kubok oyunları ilə bağlı təlimatında bildirilib.

Belə ki, oyunun startından əvvəl salamlaşmaq, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunub.

Həmçinin texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunlarında penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilməyəcək.

Bundan başqa, fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunub (ciddi zərurət olmadığı təqdirdə). Komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Oyunçulara qol sevincini fərdi qeyd etmək tövsiyə olunub. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Matçdan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunub.

Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib

Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib

İyunun 13-14-də keçiriləcək virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib.

YAZTV xarici KİV-lərə istinadla xəbər verir ki, onların arasında Formula 1-in hazırkı pilotlarından bir neçəsi də yer alıb. Onlar Maks Ferstappen, Lando Norris, Pyer Qasli, Çarls Lekler və Antonio Giovinazzidir.

Qeyd edək ki, marafon Sarte trasında sentyabrın 19-20-də keçiriləcək.

Previous Next

Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

Təhsil Nazirliyindən YAZTV-ə verilən məlumata görə, 16-31 may 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib.

40 ölkədən 21 qrossmeyster, 48 beynəlxalq usta, 85 FİDE ustası olmaqla ümumilikdə 277 şahmatçının iştirak etdiyi çempionatın D qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında mübarizə aparan Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, beynəlxalq usta Murad İbrahimli 8 oyundan 7,5 xal toplayaraq Avropa çempionu elan edilib. “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli isə 2-ci yerə layiq görülüb.

53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda reytinqi 1400-ə qədər olan şahmatçılar arasında çıxış edən digər şahmatçımız, Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl 8 oyundan 6,5 xal toplayaraq qadınlar arasında 2-ci yeri tutub.

Turnirin linki:

https://chess-results.com/tnr527492.aspx?lan=34&art=1&turdet=YES&flag=30

Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu

Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların məşqlər zamanı riayət etməli olduqları ümumi müddəalar açıqlanıb. 

YAZTV-nin məlumatına görə, klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. 

Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.

Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır. Futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.

Qapalı zalların istifadəsinə icazə verilmir. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası hə

MOK yazı müsabiqəsi elan etdi

MOK yazı müsabiqəsi elan etdi

Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edib.

MOK-un mətbuat xidmətindən YAZTV-ə verilən məlumata görə, müsabiqəyə olimpiadaya qatılan idmançıların həyat yolundan, uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır.

Qaydalara əsasən, hər jurnalist bir yazı təqdim etmək hüququna malikdir. Yazı MOK-un elan etdiyi istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

Yazılar iyulun 10-dək qəbul ediləcək. Qaliblərə müvafiq olaraq 500 manat, 300 manat və 200 manat mükafat veriləcək.

“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

YAZTV klubun saytına istinadla xəbər verir ki, qapıçı Kamran İbrahimovun daha iki il paytaxt təmsilçisinin heyətində qalmasına dair müqavilə imzalanıb. İyirmi yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Flaqman daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov ilə də yeni müqavilələr imzalayıb.

Velosiped üzrə dünya çempionatı gələn il Aşqabadda keçiriləcək

Velosiped üzrə dünya çempionatı gələn il Aşqabadda keçiriləcək

Aşqabadda Ümumdünya Velosiped Gününə həsr olunmuş kütləvi tədbirlər keçirilir. İyunun 3-də Türkmənistan Prezidentı Qurbanqulu Berdiməhəmmədov “Velosiped” adlı monumentinin açılışını edib.

YAZTV xəbər verir ki, paytaxtın cənub hissəsində ucaldılan abidə 2018-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə Türkmənistanın təklifini dəstəklədiyini və Ümumdünya Velosiped Gününün təsis edildiyini əbədiləşdirib.

Abidənin açılış mərasimində çıxış edən ölkə başçısı bədən tərbiyəsi və idmanın cəmiyyətin həyatındakı xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, ölkə başçısı 2021-ci ildə Aşqabadın Olimpiya şəhərciyində velosiped üzrə dünya çempionatının keçiriləcəyini açıqlayib.

Virtual Azərbaycan Qran-prisini 22 milyondan çox insan izləyəcək

Virtual Azərbaycan Qran-prisini 22 milyondan çox insan izləyəcək

"Formula 1" üzrə virtual dünya çempionatında Azərbaycan Qran-prisi iyunun 7-də start götürəcək.

"YAZTV"nin məlumatına görə, yarışda ümumilikdə 16 kiberidmançı iştirak edəcək.

Köhnə pilotların sırasına Serxio Peres, Pyer Qasli, Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris də qoşulub. İlk iki kiberidmançının virtual dünya çempionatında debütü məhz Bakıdakı yarışa təsadüf edəcək.

Qran-pridə İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Aymerik Laporte, İtaliya "Milan"ının qapıçısı Canluici Donnarumma, Belçika millisi və İspaniya "Real Madrid"inin qolkiperi Tibo Kurtua kimi futbol ulduzları da qüvvələrini sınayacaq.

Bakı vaxtı ilə saat 17:00-da start götürəcək virtual yarış "YouTube", "Twitch", "Facebook", həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq. Azərbaycan Qran-prisini ümumilikdə 22 milyondan çox "Formula 1" azarkeşi canlı izləyəcək. Əsas Qran-pridən 2 saat əvvəl isə "Formula 2" və "Formula 3" yarışları keçiriləcək.

BOS futbol meydanlarının fəaliyyətini bərpa edir

BOS futbol meydanlarının fəaliyyətini bərpa edir

İyunun 1-dən Bakı Olimpiya Stadionundakı (BOS) açıq futbol-məşq meydanları fəaliyyətini davam etdirəcək.

YAZTV-nin məlumatına görə, bu barədə BOS-un rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.