Sunday, 29 Yanvar 2023 15:30
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Çelsi" 6 futbolçusunu satır

"Çelsi" 6 futbolçusunu satır

Mövsümün sonunda heyətində köklü dəyişikliklər edəcək "Çelsi"ni tərk edəcək futbolçuların adları müəyyənləşib.

YAZTV-nin məlumatına görə, "zadəganlar" 6 oyunçunu transferə çıxarmaq qərarına gəlib.

Bunlar Temue Bakayoko, Mişi Batşuayi, Viktor Mozes, Daniel Drinkuoter, David Zappakosta və Emersondur. Əvəzində Timo Verner ("Leypsiq"), Kay Haverts ("Bayer") və Ben Çilvellin ("Lester") alınması planlaşdırılır. Bu keçidlər London klubuna 250 milyon funt-sterlinqə başa gələ bilər. Rəhbərlik məbləğin bir hissəsini futbolçu satışı ilə sığortalamaq niyyətindədir.

FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA dünya çempionatı üçün namizədləri açıqladı

FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb.

YAZTV qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir.

Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib.

Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.

Azərbaycan çempionatlarında qaliblər vaxtından əvvəl elan olundu

Azərbaycan çempionatlarında qaliblər vaxtından əvvəl elan olundu

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan YAZTV-ə verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/2020 mövsümü başa çatdırılsın.

Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Formula 1 Azərbaycan Qran Prisi rəsmən ləğv edilib

Formula 1 Azərbaycan Qran Prisi rəsmən ləğv edilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün alınan qərara əsasən ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq.

BŞH-dən YAZTV-ə verilən məlumatda deyilir ki, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər bizə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.

Bu qərarın alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.

Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.

“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub

“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub

“Fənərbaxça”nın yeni baş məşqçisinin adı müəyyənləşib.

YAZTV-nin məlumatına görə, İstanbul klubunu mövsümün qalan matçlarında Tahir Karapınar çalışdıracaq.

İyunun 12-də bərpa olunacaq Super Liqanın son 8 turunda komandaya rəhbərlik edəcək məşqçi axtarışında olan “sarı-lacivərdlilər” gözlənilmədən 53 yaşlı Karapınarla anlaşıb. Rəhbərliyin onu seçməsinin əsas səbəbi mütəxəssisin “Pro” kateqoriyasının olmasıdır. Eyni zamanda, gələn mövsüm komandaya rəhbərlik edəcək məşqçi axtarışları da davam edir.

 

Qeyd edək ki, Tahir Karapınar son olaraq 2014-cü ildə “Manisaspor”u çalışdırıb. Həmin vaxta qədər isə yalnız köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

"Beşiktaş" millimizin futbolçusu ilə maraqlanır

"Beşiktaş" millimizin futbolçusu ilə maraqlanır

Türkiyənin "Beşiktaş" klubu "Sabah" komandasının futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

YAZTV "Akşam"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ölkənin "Kasımpaşa" komandasının da gündəmindədir.

"Qara qartallar" "Sabah"la razılaşsa, transfer həll olunacaq. Bunadək "Beşiktaş"ın Niderlandın "Feyenoord" klubunda çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi deyilir.

Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bakıdakı Formula 1 Qran-prisi ləğv edildi

Bakıdakı Formula 1 Qran-prisi ləğv edildi

Formula1 üzrə Bakı Qran-prisi ləğv edilib.

YAZTV xəbər verir ki, bu barədə məlumatı “F1News” nəşri yayıb.

Bildirilir ki, qərar rəsmən yaxın günlərdə açıqlanacaq.

İtaliya mətbuatı yazır ki, Sinqapur Qran-prisi ləğv olunacaq. Soçi, ABŞ, Vyetnam, Bəhreyn, Meksika və Abu-Dabidəki yarışlar baş tutacaq.

Dünya Kubokunun təşkilatçları televiziya müqavilələri üzrə ödənişləri tam alacaq. Ən azı 15 Qran-pri keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Formula1-in Bakıdakı yarışı 5 - 7 iyunda keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə Qran-pri sentyabr ayına təxirə salınmışdı.

Previous Next

Bakıda velosiped idmanı üzrə federasiya kuboku turnirinə start verilib (FOTO)

İyunun 9-da Bakıda Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışına start verilib.

YAZTV xəbər verir ki, Respublika Velotrekində təşkil edilən turnirdə iştirakçılar U-15, U-17 və gənclər kateqoriyaları üzrə yarışırlar. Günün birinci yarışında 15 yaşadək idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir həmin icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.

"Barselona" yenidən oyunçuların maaşlarını azaldır

"Barselona" yenidən oyunçuların maaşlarını azaldır

"Barselona" futbol klubu koronavirus pandemiyasının səbəb olduğu ağır maliyyə vəziyyəti ilə əlaqədar yenidən oyunçulara maaşların ixtisarı ilə razılaşmağı təklif edib.

YAZTV xəbər verir ki, bu barədə “Marca” bildirib.

İspaniya nəşrinin məlumatına görə, Katalon klubunun rəhbərliyi oyunçulara mayın son həftəsi üçün maaşlarının 70%-ini, iyunun iki həftəsinin maaşlarını isə 50% azaltmaq təklifini irəli sürüb. Lakin oyunçular klubun təkliflərindən imtina edirlər.

Daha əvvəl "Barselona" prezidenti Xosep Mariya Bartomeu klubun bir neçə ay əvvəl təsdiqlənmiş büdcəsinin 1,047 milyard avroya çata bilməməsi ilə əlaqədar oyunçulara maaşların azaldılması ilə razılaşmağı təklif edib.

Katalon klubunun futbolçularının maaşlarının 61%-i ümumi büdcədən təşkil edilir.

"Barselona" 27 turda 58 xal yığaraq, Madrid "Real"ını 2 xal qabaqlamaqla İspaniya çempionatının lideridir.

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMA

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMA

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMAKoronsvirus pandemiyasının yayılması ilə ölkəmizdə bir çox yerlər bağlandı. Daha sonra mərhələli şəkildə yumuşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar,iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar da oldu ki, bunlardan biri də idman zallarıdır. Türkiyədə idman salonlarının açılışına icazə verilib. Bəs Azərbaycanda belə bir icazə nə vaxt verilə bilər?

YAZTV xəbər verir ki, məsələ ilə bağlı deputat Cavid Osmanov açıqlama verib.

Deputat bildirib ki, bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycanda çox ciddi və təxirəsalınmaz işlər görülüb:

"Ölkə prezidenti tərəfindən sahibkarlar, hüquqi və fiziki şəxlər üçün zəngin sosial paketin ayrılması, aztəminatlı ailələrin məşğulluğunun artırılması və onlara dövlət dəstəyinin verilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib.

Bunlarla yanaşı Azərbaycan eyni zamanda qüdrətli dövlət kimi regional və qlobal ruhda çıxış edərək, təxminən 30-a yaxın ölkəyə dövlət dəstəyini əsirgəməyib və onların bəzilərinə tibbi, maddi yardımlar da göstərib. Həmçinin ÜST-ə iki dəfə 5 milyon dollar vəsait ayırıb. Ölkəmiz bu sahədə çox ciddi tədbirlər həyata keçirib. Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müxtəlif sərt karantin rejimi qaydaları da tətbiq olunub. Son günlərin statistikası göstərir ki, yumuşaldılma tədbirlərindən sonra virusa yoluxma sayı daha da çoxalıb. Artıq neçə gündür ki, biz gündəlik yoluxma sayının 300-dən çox olduğunu görürük. Ona görə də yumuşalmadan sərtləşməyə doğru addımlar atılıb. Təbii ki, bunlar bəzi məsuliyyətsiz vətəndaşlarımızın vəziyyətə səhlənkar yanaşmasından irəli gəlib. Həftə sonları, yəni şənbə və bazar günləri ölkəmizin 4 şəhər və 5 rayonunda daha sərt karantin rejimi tətbiq olundu. Amma önümüzdəki həftə sonunda isə artıq 9 şəhər və rayona daha sərt karantin rejiminin tətbiq olunması qərarı verildi. Çünki həmin rayon və şəhərlərdə virusa yoluxma halları daha çox qeydə alınıb. Hökumət bu tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.

Pandemiyanın yayıldığı ilk vaxtlarda tətbiq olunan sərt karantin rejimi zamanı demək olar ki, bir çox yerlər bağlandı. Hətta yumuşaldılma tədbirlərindən sonra da bəzi açılmayan yerlər oldu. Bunlardan biri də idman zallarıdır".

Deputat bildirib ki, idman zalları virusun yayılması üçün daha əlvrişli məkandır:

"Çünki idman zalları qapalı məkan olmaqla yanaşı, eyni zamanda müxtəlif insanlar orada idman qurğuları ilə birbaşa təmasda olurlar. Ona görə də idman zalları təhlükəli obyekt olduğundan bunların açılması biraz gec nəzərdə tutulub. Amma istənilən halda biz əminik ki, zaman keçdikcə hökumət lazımlı addımlar atacaq və yaxın gələcəkdə də idman zallarının açılması baş tutacaq. Təbii ki, Operativ Qərərgah ölkədə koronavirusun yayılma tendensiyasına və gedən proseslərə uyğun olaraq addımlar atır. Hər halda zamanı gəldikdə Operativ Qərərgah özü idman zallarının açılması ilə bağlı qərarlar həyata keçirə bilər".

Azərbaycanda karantindən sonra ilk futbol matçı

Azərbaycanda karantindən sonra ilk futbol matçı

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

YAZTV xəbər verir ki, bu, “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 sınaq qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu

Azərbaycan idmanına itki üz verdi

Azərbaycan idmanına itki üz verdi

Azərbaycan idmanına ağır itki üz verib.

Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov bu gün vəfat edib.

Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin! (Trend)