Sunday, 29 Yanvar 2023 15:45
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Millimizin güləşçisi axtarışa verildi

Millimizin güləşçisi axtarışa verildi

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

YAZTV xəbər verir ki, o, Abdulbasir Ömərov adlı şəxsin öldürülməsində günahlandırılıb.

Qeyd edək ki, Abdulbasir Ömər iyunun 23-də Mahaçqalada qətlə yetirilib. O, “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəisi Məhəmmədrəsul Ömərovun qohumuduru.

Xatırladaq ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır.

“Keşlə” daha iki futbolçusu ilə bağlı qərar verib

“Keşlə” daha iki futbolçusu ilə bağlı qərar verib

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” daha iki futbolçusu ilə bağlı qərar verib.

YAZTV klubun saytına istinadla xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımovla müqavilə müddətini artırılıb.

Hər iki futbolçu növbəti mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə transfer olunublar.

Bu gün Beynəlxalq Olimpiya günüdür

Bu gün Beynəlxalq Olimpiya günüdür

23 iyun - Beynəlxalq Olimpiya günü kimi qeyd edilir.

YAZTV-nin məlumatına görə, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İlk əlamətdar gün 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha geniş miqyasda və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin il Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Azərbaycanda Milli Olimpiya Komitəsi isə 1992-ci ildə yaradılıb. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir.

Ölkə idmançıları indiyədək Olimpiya Oyunlarında 8 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar.

5-ci İslam Həmrəyliyi oyunlarının dəqiq vaxtı açıqlandı

5-ci İslam Həmrəyliyi oyunlarının dəqiq vaxtı açıqlandı

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının İstanbuldakı oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilmişdir.

YAZTV xəbər verir ki, onlayn toplantıda İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva, Türkiyənin Gənclər və İdman nazirinin müavini, Misir Olimpiya Komitəsinin prezidenti, Tunis Olimpiya Komitəsinin rəhbəri, Banqladeş Olimpiya Komitəsinin Baş Katibi, İHİF-in Baş Katibi, İHİF-in İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak etmişdir.

Müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirilmişdir. Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Müzakirələr zamanı proqrama salınacaq idman növləri də təsdiqlənmişdir. Ümumilikdə təsdiq olunmuş 21 idman növü sırasına üzgüçülük, atletika, basketbol, futbol, qılıncoynatma, həndbol, cüdo, karate, stolüstü tennis, kikboks, güləş, gimnastika, voleybol, taekvando və s. kimi növlər daxil edilmişdir və bu siyahıya yeni idman növü olaraq badminton da əlavə olunmuşdur.

Para idman növlərindən hansılarının siyahıya əlavə olunması ilə bağlı isə yaxın həftələrdə qərar veriləcəkdir.

Qeyd edək ki, Milli federasiyalar Oyunlar proqramına daxil olan hər bir oyun üçün texniki qaydalar planı və Təşkilat Komitəsi ilə birgə Oyunlar üzrə Ümumi Qaydalar hazırlayacaqdır.

Videokonfransda müzakirələr zamanı İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü K.Nurullayeva da öz növbəsində çıxış edərək təkliflərini səsləndirmişdir. O, İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının da uğurlu olacağına, İslam dünyasında həmrəyliyə əlavə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

“Sabah” klubu Saşa Stamenkoviçlə müqaviləni yeniləyib

“Sabah” klubu Saşa Stamenkoviçlə müqaviləni yeniləyib

Bakının “Sabah” futbol klubu qapıçı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.

YAZTV klubun saytına istinadla xəbər verir ki, təcrübəli qapıçı ilə cari mövsümün sonunda bitən müqavilənin müddəti bir illik uzadılıb.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa “Sabah”da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.

"Qarabağ" klubu Emil Balayevi geri qaytarır

"Qarabağ" klubu Emil Balayevi geri qaytarır

Vaqner də Silva ilə yolları ayıran Ağdamın "Qarabağ" futbol klubu onun yerini kiminlə dolduracağını müəyyənləşdirib.

YAZTV xəbər verir ki, Qurban Qurbanov keçmiş qapıçısını geri qaytarmaq fikrinə düşüb. Bu, "Zirə" ilə 3 aylıq sözləşməsi artıq başa çatan Emil Balayevdir. Hazırda tərəflər arasında danışıqlar demək olar yekunlaşıb. Millimizin üzvü yenidən Ağdam klubuna dönməyə razılıq verib. Ancaq E.Balayevə bir neçə xarici ölkədən də dəvət var. Gənc qapıçı legioner həyatı yaşamaq istəyir. Əgər bu variantlar baş tutmasa o, Azərbaycanda ancaq “Qarabağ”da oynayacaq.

Qeyd edək ki, futbolçu 2016-ci ildə “Qarabağ”ın şərəfini qoruyub.

Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb

Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb

Boks üzrə gənclər arasındakı dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

YAZTV xəbər verir ki, bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytında məlumat verilib. Belə ki, bu il noyabrın 2-dən 9-dək Polşanın Keltse şəhərində təşkili planlaşdırılan turnir 2021-ci ilin aprelin 10-dan 24-dək də keçiriləcək.

Azərbaycanda Reqbi idmanının inkişafına təkan verilir - FOTOLAR

Azərbaycanda Reqbi idmanının inkişafına təkan verilir - FOTOLAR

Azərbaycanda Reqbi idman növünün inkişaf etdirmək üçün Gəncə İdman Klubu xüsusi fəaliyyət planı hazırlayıb.

YAZTV xəbər verir ki, Gəncə İdman Klubunun rəhbərliyi Elvar Osmanov və Elşən Abbasov Bakıda bir neçə stadiona baxış keçiriblər. Reqbinin inkişafı üçün stadion təmsilçiləri ilə müvafiq danışıqlar aparıblar.

Xatırladaq ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Hazırda ölkəmizdə əksər idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var. Bu səbəbdən Reqbi idman növünün inkişafı da mühüm amillərdən biridir. Gəncə İdman Klubu da bu idman növünü daha inkişaf etdirmək üçün qarşıya məqsəd qoyub.

Qeyd edək ki, Olimpiya idman növü olan Reqbi- iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunudur. Bütün dünyada reqbi birliyi  və ya reqbi liqası qaydaları ilə oynanır. Reqbiçilər qısa məsafədə qaçış idmançıları və yaxud quvvət tələb edən idman növü ilə məşqul olan idmançılarla tək-bə-tək yarışa və uğurla rəqabət apara bilərlər.

 

Gəncə İdman Klubu İntiqam Babayevi təbrik edib

Gəncə İdman Klubu İntiqam Babayevi təbrik edib

Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov, həmçinin Klubun Vitse-prezidenti Elşən Abbasov gənclər və idman nazirinin müavini İntiqam Babayevi doğum günü münasibəti ilə təbrik ediblər.

YAZTV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İntiqam müəllim,

Doğum gününüz münasibətilə Gəncə İdman Klubunun kollektivi adından Sizi təbrik edirik. Səmimi qəlbdən möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq diləyirik. Ölkəmizdə idmanın inkişafı naminə verdiyiniz töhfələr dövlət tərəfindən, həmçinin idmançılar tərəfindən yüksək qiymətləndirilib. Bir daha Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayırıq".

"Yuventus" "Leççe"ni darmadağın edib

"Yuventus" "Leççe"ni darmadağın edib

İtaliya çempionatının 29-cu turunun matçında "Yuventus" "Leççe"ni 4:0 hesabı ilə darmadağın edib.

YAZTV  xəbər verir ki, görüş Turinin "Alyans" stadionunda olub.

Matçın 31-ci dəqiqəsində qonaqlar Fabio Luçionenin meydançadan kənarlaşdırılmasına görə azlıqda qalıblar. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb — Paulo Dibala Kriştianu Ronaldunun ötürməsi ilə fərqlənib. 62-ci dəqiqədə meydan sahibləri hesabı 2:0-a çatdırıblar - Ronaldu 11 metrlik cərimə zərbəsini qola çevirib.

Matçın sonunda Qonsalo İquain üçüncü qolu vurub. Lakin bu da son olmayıb. Bir qədər sonra Duqlas Kosta qonaqları son dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Bu qələbədən sonra "Yuventus" 69 xal yığaraq, A Seriyasının yarış cədvəlinə liderlik edir. Aktivində 25 xalı olan "Leççe" 18-ci yerdə qərarlaşıb.

Gəncə İdman Klubu ordumuzun əsgər və zabit heyətini təbrik edir!

Gəncə İdman Klubu ordumuzun əsgər və zabit heyətini təbrik edir!

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir.

Bu gün Ulu Öndərin ordu quruculuğu, milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Ölkəmizin müstəqilliyinin qarantı olan Milli Ordumuzun gündən-günə artan gücü və qüdrəti Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı günü bizə daha da yaxınlaşdırır.

Gəncə İdman Klubunun kollektivi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını, başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla ordumuzun əsgər və zabit heyətini təbrik edir, onlara yeni-yeni zəfərlər arzulayır!

Nazir müavini İntiqam Babayevin doğum gündür

Nazir müavini İntiqam Babayevin doğum gündür

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayevin doğum gündür.

YAZTV xatırladır ki, Babayev İntiqam Vaqif oğlu 22 iyun1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 247 saylı orta məktəbi bitirmişdir. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetdə ali təhsil almış, tarix fakültəsinin məzunu olmuşdur. 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, İnzabati idarəetmə fakültəsinin məzunu olmuşdur.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlamışdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

İctimai fəaliyyət:
1991 – 1994 Tarixçi - tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü
1994 – 1998 Bakı Gənclər Klubunun prezidenti
1995 – 1998 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.