Sunday, 29 Yanvar 2023 15:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Trabzonspor” “Qalatasaray”ı məğlub etdi

“Trabzonspor” “Qalatasaray”ı məğlub etdi

Türkiyə Super Liqasında XXX turun mərkəzi matçında "Qalatasatay" “Trabzonspor”u qəbul edib.

YAZTV xəbər verir ki, İstanbuldakı "Türk Telekom" stadionunda keçirilmiş qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə "Qalatasatay"ın futbolçusu Sofian Fequli birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. "Trabzonspor" say üstünlüyündən tezliklə yararlanıb. Sosa 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 70-ci dəqiqədə Filip Novak fərqi artırıb. 90+2-ci dəqiqədə “sarı-qırmızılar”dan Jan-Mikel Seri penaltidən fərqlənib. Lakin bu da matçda son qol olmayıb. 90+4-cü dəqiqədə Aleksander Sörlot "bordo-mavililər"in inamlı qələbəsini təmin edib.

Beləliklə, xalını 61-ə çatdıran "Trabzonspor" 2-ci pillədə daha da möhkəmlənib və 63 xala malik lider "Başakşehir"i izləməkdə davam edir. 6 oyundur qalib gələ bilməyən və çempionluq yolunda ağır zərbə alan "Qalatasaray" isə 52 xalla 4-cüdür.

Elvar Osmanov: "Təhükəsizliyinin təmin olunmasında polislərin müstəsna xidmətləri var"

Elvar Osmanov: "Təhükəsizliyinin təmin olunmasında polislərin müstəsna xidmətləri var"

"Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür".

Bu barədə YAZTV-ə məlumat verən Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov bildirib ki, cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin bayramıdır.

"Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Ötən 102 il ərzində keçdiyi böyük və şərəfli tarixi yol bu gün polis işçilərini Azərbaycan dövlətçiliyinin keşiyində sədaqətlə dayanmağa və Vətənimizin hərtərəfli inkişafına dəstək verməyə sövq edir", deyə E.Osmanov qeyd edib.

 

Messi 700-cü qolunu vurdu

Messi 700-cü qolunu vurdu

İspaniya La Liqasında XXXIII tur start götürüb.

YAZTV-nin məlumatına görə, turun mərkəzi qarşılaşması ilk gündə baş tutub.

Çempionluq uğrunda mübarizə aparan "Barselona" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Atletiko"nu qəbul edib. 3 penaltinin təyin olunduğu və kataloniyalıların kapitanı Lionel Messinin karyerasında 700-cü qolu vurduğu görüş qollu bərabərliklə yekunlaşıb. Bununla "Barselona" ardıcıl ikinci matçda xal itirib.

Təhlükəli zonada qərarlaşan "Malyorka" turnir cədvəlindəki qonşusu "Selta" ilə üz-üzə gəlib. Ötən turda "Barselona"nı büdrədən Viqo təmsilçisi səfərdə darmadağına məruz qalıb.

Elitada qalmaq şansı turdan-tura azalan "Leqanes" isə "Sevilya"ya doğma arenasında böyük hesabla yenilib.

Turun digər matçları 1-2 iyul tarixində keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
30 iyun
"Malyorka" - "Selta" - 5:1
Budimir, 13 (pen.) 52; Kuço, 27; Pozo, 40; Sevilya, 60 - Aspas, 50 (pen.)
"Leqanes" - "Sevilya" - 0:3
Torres, 23, 35; Munir, 82
"Barselona" - "Atletiko" - 2:2
Dieqo Kosta, 11 (avtoqol); Messi, 50 (pen.) - Saul, 19 (pen.), 62 (pen.)

“Zenit” 6-cı dəfə Rusiya çempionu olub

“Zenit” 6-cı dəfə Rusiya çempionu olub

İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

YAZTV xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub.

Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.

Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.

Gəncə İdman Klubu DİN-nin şəxsi heyətini təbrik edib

Gəncə İdman Klubu DİN-nin şəxsi heyətini təbrik edib

Gəncə İdman Klubu 2 iyul Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyətini təbrik edib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"2 iyul Azərbaycan polisi günü - Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. 

Əlamətdar gün münasibətilə Gəncə İdman Klubunun bütün kollektivi adından başda Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla nazirliyin bütün şəxsi heyətini təbrik edirik! Peşə Bayramınız Mübarək olsun!

XXI əsrin ən məhsuldar futbolçuları - SİYAHI

XXI əsrin ən məhsuldar futbolçuları - SİYAHI

XXI əsrdə qol və ötürmə sistemində ən çox xal toplayan futbolçuların siyahısı açıqlanıb.

YAZTV-nin məlumatına görə, cədvələ "Barselona"nın kapitanı Lionel Messi başçılıq edir.

Argentinalı mütəxəssis 1014 xalla rəqibləri üçün əlçatmaz olub. Onu 985 xalla "Yuventus"un hücumçusu Kriştianu Ronaldo izləyib. İlk "üçlüy"ü isə "Milan"ın forvardı Zlatan İbrahimoviç qapayıb.

XXI əsrin ən məhsuldar 10 futbolçusu:
1. Lionel Messi - 1014 xal (861 oyun, 699 qol, 315 assist)
2. Kriştianu Ronaldo - 985 xal (1004, 727, 258)
3. Zlatan İbrahimoviç - 717 xal (860, 521, 196)
4. Luis Suares - 714 xal (713, 459, 255)
5. Robert Levandovski - 600 xal (698, 466, 134)
6. Tyerri Anri - 559 xal (716, 369, 190)
7. Serxio Aquero - 545 xal (733, 414, 131)
8. Ueyn Runi - 543 xal (864, 364, 179)
9. Samuel Eto - 524 xal (805, 408, 116)
10. Kərim Benzema - 513 xal (735, 337, 176).

Messi "Barselona"nı tərk edir

Messi "Barselona"nı tərk edir

Argentina milli komandasının futbolçusu Lionel Messi 2020/2021 mövsümünün sonunda İspaniya "Barselona"sını tərk edə bilər.

YAZTV-nin verdiyi məlumata görə, Kataloniya təmsilçisi 35 yaşlı hücumçu ilə 2 illik yeni müqavilənin bağlanılma məsələsində razılığa gələ bilmir. İndi Messi gələn mövsümün ardından azad agent statusu alaraq, klubu tərk etməyi düşünür.

O, komandanın uğursuzluqlarında daim ittiham olunmasından narazıdır. Təcrübəli forvard özünü digər klubda sınamaq niyyətindədir.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 37 oyuna 27 qol və 22 məhsuldar ötürmə müəllifi olub. O, peşəkar karyerasında 700-cü qolunu iyunun 30-da "Atletiko" ilə görüşdə (2:2) penaltidən vurub.

“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”

“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”

“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə online görüşündə deyib.

Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, eyni zamanda, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır.

Yeniyetmələrlə görüşündə Azad Rəhimov bildirdi: “Heç bir şərait sizinlə ünsiyyətə mane ola bilməz. Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər bir şərait yaradılıb. Amma əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu sizin diqqətdən uzaq olmanız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm.”

Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra, nazir uşaqların arzu və istəklərini dinlədi. Görüşə qatılan yeniyetmə və gənclər nazirə diqqət üçün təşəkkür edib, qazandıqları uğurlar, regionlarında idmanın inkişafı, onları narahat edən suallar və istəkləri barədə danışdılar. Karantin bitdikdən sonra nazir görüş iştirakçılarını nazirliyə dəvət etdi.

"Yuventus"un futbolçusu Pyaniç "Barselona"ya transfer ediləcək

"Yuventus"un futbolçusu Pyaniç "Barselona"ya transfer ediləcək

"Yuventus" italyan futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç cari mövsümün sonunda "Barsenola" ilə müqavilə imzalayacaq.

YAZTV-nin məlumatına görə, bu barədə ispan komandasının mətbuat xidməti xəbər verib.

Klublar futbolçunun cari mövsümü "Yuventus"la başa vuracağına dair razılığa gəliblər. Oyunçu ilə Kataloniya klubu arasındakı razılaşma 2023/24 mövsümün sonuna qədər qüvvədədir. 23 yaşlı bosniyalı yarımmüdafiəçi üçün "Barselona" 65 milyon avro ödəyəcək. İspaniya klubu futbolçu üçün təzminat məbləğini 400 milyon avro məbləğində təyin edib.

M.Pyaniç bu mövsüm 36 oyun keçirib, üç qol və dörd faydalıötürmə ilə fərqlənib. O, "Yuventus"dan əlavə İtaliyanın "Roma" və Fransanın "Lion" və "Metz" klublarında da oynayıb. Bosniya yığmasının tərkibində futbolçu 92 oyun keçirib, 14 qol vurub və 27 faydalı ötürmə edib. "Yuventus"un tərkibində M.Pyaniç üç dəfə İtaliya çempionatının, iki dəfə İtaliya kubokunun və bir dəfə İtaliya super kubokunun qalibi titullarını qazanıb.

Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovla yanaşı, Ukraynanın Gənclər və İdman Nazirinin müavini Maryna Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Maryna Korzh, Litavdan sərbəst təlimçi Laimonas Ragauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan , Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Günther və digər rəsmilər çıxış ediblər.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, nazir Azad Rəhimov çıxışında pandemiya dönəmində Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətin aktivləşdiyini ilk olaraq diqqətə çatdırıb.

Mövzuya dair çıxışının davamında Azad Rəhimov Azərbaycanın müharibə şəraitində olduğunu və 20% torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıraraq, konfliktlərin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirdi.

Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən Azad Rəhimov hər üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005-2009, 2011-2015 və hal hazırda icrası davam etməkdə olan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı, 1995-ci ildən Nazirlik nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, “Heydər Əliyev Liderlik Məktəbi”, Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin aktivliyinin təmin edilməsi üçün yeni platformanın yaradılması” layihələri və digər mühüm işlərdən danışdı.

“Dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas faktordur. Bu səbəbdən qeyri-formal təhsilin bu dönəmdə əsas resurs olduğunu hesab edə bilərik. Bu gün ölkəmizdə 30 Gənclər evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Düşünürəm ki, siyasi dialoqun daha effektiv qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin 3 əsas istiqaməti kimi göstərilə bilər.”

Qeyd edək ki, “Gənclər ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?”, “Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?”, “Milli maraqlı tərəflər tərəfindən istifadə olunan vasitə və yanaşmalar hansılardır?”, “COVİD 19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafının bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?” sualları panelin əsas müzakirə mərkəzində olub.

Düzgün idman matını necə seçməli?

Düzgün idman matını necə seçməli?

İdmanın faydalarını hamı bilir. Mütəxəsislər bildirir ki, yaşından asılı olmayaraq hər kəs gündəlik idman hərəkətləri etməlidir. Hazırki vəziyyət idmansevərləri zallardan məhrum edib. Çarəni açıq havada gəzişməkdə görənlər də pandemiya səbəbindən evdə qalmalı olurlar. Amma bu o demək deyil ki, idman etməməliyik. Ev şəraitində də idman hərəkətləri etməklə formada qalmaq mümkündür. Bunun üçün mütəxəsisslərin tövsiyələrindən ibarət videoçarxları izləməklə yanaşı, düzgün idman alətləri seçmək də vacibdir.

Məsələn, demək olar izlədiyimiz bütün idman videolarında rast gəldiyimiz, amma mahiyyəti haqqında bir çoxlarımızın məlumatsız olduğu idman matı. Əgər evdə idman edirsinizsə, düzgün mat şərtdir. Xalçada və ya yerdə idman etmək zədələnmələrə səbəb ola bilər.

YAZTV Lent.az-a istinadla düzgün idman matı alarkən diqqət etməli olduğunuz məqamları təqdim edir:

1. Altı sürüşkən olmamalıdır.

2. Üst hissəsi tam hamar olmamalıdır.

3. Qalınlığı 1-2 sm ola bilər.

4. Aldığınız matın uzunluğu boyunuzdan uzun olsun. Eyni qayda eninə də aiddir. Üzərində ortada uzananda yan tərəflərdə yer qalmalıdır.

5. Mat sıx materialdan olmalıdır. Yəni süngər kimi ovulan materialdan yox.

Düzgün yoqa matı adi idman matından bir qədər fərqlənir. Yoqa matının altı sürüşkən olmamalıdır. Üstü hamar və yapışqan hissi verməlidir. Qalınlığı maksimum 6 mm olsa yaxşıdır. Adətən, idman matından daha uzun və enli olur. Diqqət edin. boyunuzdan uzun, həm də eni geniş olsun.

Sonda qeyd edək ki, matın uzunömürlü olması üçün hər istifadədən sonra nəm əski ilə silin. Hər gün işlədirsinizsə. həftədə bir dəfə zəif sabunlu su il yuyun.

Azərbaycan idmançısı 12 il müddətinə diskvalifikasiya olundu

Azərbaycan idmançısı 12 il müddətinə diskvalifikasiya olundu

Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) YAZTV-ə verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.

Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Bir dəfə boks üzrə Azərbaycan çempionatında qüvvəsini sınamış Orucov da cəzaya məruz qalıb. Əsas idman növü kikboksinq sayılan Kamran 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. İdmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.