Monday, 29 Noyabr 2021 03:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Olimpiya mükafatçıları Azərbaycan çempionatına qatılmayacaq

Olimpiya mükafatçıları Azərbaycan çempionatına qatılmayacaq

Azərbaycanın üç məşhur güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.

YAZTV-nin məlumatına görə, sərbəst güləşçilərdən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) ilə olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.

Hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.

Yunan-Roma güləşində isə Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində yarışan son dünya çempionu zədə səbəbindən turnirdən kənarda qalacaq.

Qeyd edək ki, Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, Hacı Əliyev isə gümüş medal qazanıb. Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.

 

 

UGİM (Naftalan) komandası Azərbaycan çempionatında uğurlu çıxışına görə təltif edildi

UGİM (Naftalan) komandası Azərbaycan çempionatında uğurlu çıxışına görə təltif edildi

2021/2022-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatınıda təmsilçimiz UGİM (Naftalan) komandası uğurlu çıxışına görə idarə tərəfindən mükafatlandırıldı.
 
Komandanın məşqçi-müəllimi Xəyal Abdullayevi və kapitanı Çinarə Mürsəlovanı qəbul edən Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlı olduğunu bildirdi və komandanın fəxri fərmanını kapitan Çinarə Mürsəlovaya təqdim etdi.
 
Tədbirin sonunda İdarə rəisi komandaya yeni-yeni uğurlar arzulayaraq bildirdi ki, Azərbaycanın üçrəngli bayrağını mötəbər beynəlxalq yarışlarda yüksəklərə qaldıran hər bir idmançı ölkəmizin müstəqillik salnaməsinə yeni şərəfli bir səhifə yazır.
 
Qeyd edək ki, Mürsəlova Çinarə Feyruz qızı futbol üzrə U-17 qadınlardan ibarət Azərbaycan milli komandasının tərkibində çıxış edir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Поделились: 6
 
Нравится
 
 
 
Комментировать
 
 
Поделиться
 
 
Dünyanın idman siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilat

Dünyanın idman siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilat

Dünyada idman siyasətinə istiqamət verən, idman növünü fənn kimi beynəlxalq aləmdə tanınmasını təmin edən, inkişaf etməkdə olan idman təşkilatlarının standartlarını müəyyənləşdirən, müvafiq təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirən qurumlardan biri də Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyasıdır (Global Association of International Sports Federations - GAISF). İdman siyasətinin məqsəd və hədəflərini müəyyənləşdirən təşkilatlardan biri kimi, dünyada idmanın inkişafına töhfə verən GAISF idmanın müxtəlif növləri üzrə beynəlxalq federasiyaları (Olimpiya Oyunlarının proqramına daxil olan və daxil olmayan), multi-idman oyunlarının komitələrini və müxtəlif idman təşkilatlarını özündə birləşdirir.

Bu fikirləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin əməkdaşı Pərvin Mehdiyev son zamanlar dünyanın idman siyasətini istiqamətləndirən GAISF barədə danışarkən deyib.

Təşkilatın Beynəlxalq İdman Federasiyalarının Baş Assambleyası adı ilə yaradıldığını vurğulayan P.Mehdiyev hazırda qurumun 115 üzvündən 95–nin tam üzvlüyə malik olduğunu deyib: “1967-ci ildə İsveçrənin Lozanna şəhərində 26 beynəlxalq idman federasiyasının iştirakı ilə yaradılan, daha sonra - 1976-cı ildə Lozannadan Monakoya köçürülən idman qurumu həmin vaxtdan Beynəlxalq İdman Federasiyalarının Baş Assosiasiyası adlandırılıb. 2009-cu ilin martında Denverdə keçirilən 7-ci beynəlxalq görüşdə təşkilatın adı yenidən dəyişdirilərək “Sport-Akkord” adlandırılıb və qərargah yenidən Lozannaya qaytarılıb. 2017-ci ilin aprelində Danimarkanın Orxus şəhərində keçirilən növbəti ümumi yığıncaqda qurumun adı sonuncu dəfə dəyişdirilib və bu dəfə Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası adlandırılaraq, GAISF orijinal abreviaturasının bərpa edilməsi qərara alınıb. Hazırda qurumun 115 üzvündən 95–i tam üzvlük hüququna malikdir. Assosiasiyanın idarəetmə orqanı üzvləri dörd il müddətinə seçilən İcraiyyə Komitəsidir. Hazırda təşkilatın prezidenti Beynəlxalq Motorlu Qayıqlar İdmanı Birliyinin prezidenti Rafael Kyullidir”.

Pərvin Mehdiyev qeyd edib ki, Assosiasiyaya üzv olan idman federasiyalarının təşəbbüsü ilə mütəmadi olaraq multi-idman tədbirlərinin keçirilməsi qərara alınıb və bu iş uğurla davam edir. Belə ki, Dünya Döyüş Oyunları (World Combat Games) 2010-cu, Dünya Zəka Oyunları (World Mind Games) 2011-ci, Dünya Çimərlik Oyunları (World Beach Games) 2013-cü ildən keçirilir. O cümlədən Dünya Biznes və İdman Sammiti (International Convention) ASOIF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) və AIOWF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) ilə birlikdə 2013-cü ildən, Dünya Şəhər Oyunları (World Urban Games) isə 2019-cu ildən etibarən uğurla təşkil edilir. Bu tədbirlərin proqramına daxil edilən idman növləri dünya idmanının prioritetlərinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirir. Bu da dünya dövlətlərinin yeni reallığa əsaslanaraq regional təbii imkan və şəraitinə uyğun öz idman siyasətlərinə yenidən baxmasına imkan yaradır.

Azərbaycan millisi həmin yarışlardan 2010-cu il avqustun 28-dən sentyabrın 4-dək Pekində təşkil edilən “World Kombat Games” adlı döyüş növləri üzrə 1-ci dünya oyunlarında iştirak edərək 3 qızıl, 1 bürünc, 2013-cü ilin oktyabrın 18-26-da Sankt-Peterburqda keçirilən II dünya oyunlarında isə 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

2019-cu il oktyabrın 12-16-da Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında isə komandamız 5 medal (4 gümüş, 1 bürünc) qazanıb. Onu da qeyd edək ki, idmançılarımız bu yarışda ilk dəfə iştirak ediblər.

Göründüyü kimi, ölkələrin təbii şəraiti nəzərə alınmaqla məqsəd və hədəflərindən yaranan milli strateji planlar çağdaş tələblərlə ahəngdarlıq təşkil etdiyi halda dövlətin beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi mümkündür. Ölkəmiz də bu tendensiyalardan kənarda qalmır, müasir idman çağırışlarını milli maraqlarına uyğun dəyərləndirir.

“Barselona”nın hücumçusunun evi qarət olundu

“Barselona”nın hücumçusunun evi qarət olundu

“Barselona”nın futbolçusu Ansu Fatinin evi qarət olunub.

YAZTV xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hadisə zamanı 18 yaşlı hücumçunun ailəsi evdə olub. Onlar televizordan “Barselona” – “Espanyol” matçını izləyirmiş.

Soyğunçular evdən pul və zinyət əşyaları oğurlayıblar.

Qəbələdə maşın, Zaqatalada sex, Sabirabadda ev yandı

Qəbələdə maşın, Zaqatalada sex, Sabirabadda ev yandı

Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli taxta emalı sexinin (talvar tipli) içərisinə yığılan taxta taralar və yonqar 20 m² sahədə yanıb. 

Bu barədə YAZTV-yə FHN-dən bildirilib.

Məlumata görə, sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan başqa, Sabirabadın Qəzli kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və qismən ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunun Zarağan kəndində isə “Ford” markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Bavariya" Pedri üçün hərəkətə keçdi

"Bavariya" Pedri üçün hərəkətə keçdi

"Bavariya" qış tansfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. 

YAZTV  xəbər verir ki,  Münhen təmsilçisi "Barselona"dan Pedrini almaq istəyir. Klub artıq bu keçid üçün qarşı tərəflə danışıqlara başlayıb. "Bavariya" 18 yaşlı yarımmüdafiəçiyə "Barselona"da aldığı maaşdan 4 qat artıq məvacib ödəməyə hazırdır.  

Qeyd edək ki, Pedri 2020-ci ildən "Barselona"da oynayır.  (qol az)

Levon Aronyandan Azərbaycana qarşı təxribat

Levon Aronyandan Azərbaycana qarşı təxribat

Erməni şahmatçısı Levon Aronyan təxribatçı paylaşım edib.

YAZTV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, özünün Feysbuk səhifəsindəki paylaşımında Hindistanın Kalkutta şəhərində bugünlərdə keçirilən yarışdakı qələbəsini Qarabağda müharibə zamanı ölən ermənilərə həsr etdiyini bildirib: 

“Mən bu qələbəni Artsax və Ermənistan uğrunda döyüşən, yaralanan və həlak olan həmvətənlərimə həsr edirəm”. 

Qeyd edək ki, idman qurumları, o cümlədən Beynəlxalq Şahmat Federasiyası idmanın siyasətə qarışdırılmasını qadağan edir. Ona görə də bu məsələyə Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin müdaxiləsi zəruridir. Yalnız bu halda Aronyan layiqli cəzasını ala bilər. (qol az)

Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin edə bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

YAZTV-nin məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Matçlar Bakı vaxtı ilə saat 21:45-də və saat 00:00-da başlayacaq.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniya "Bavariya"sı Ukraynada Kiyev "Dinamo"sunun qonağı olacaq. "Barselona" isə İspaniyada Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.

F qrupunda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Qrupun digər matçında İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək. Qonaqlar bu qarşılaşmada xal itirərsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış adını növbəti raunda yazdıracaq.

G qrupunun lideri Avstriya "Zaltsburq"u Fransada "Lill" komandası ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək. İspaniya "Sevilya"sı isə evdə Almaniya "Volfsburq"u ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.

H qrupunda İtaliya "Yuventus"undan sonra İngiltərənin "Çelsi" komandası da pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək. Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.

G qrupu

00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya)

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya)

Xal durumu: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya)

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.

Qeyd edək ki, hələlik "Bavariya" və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klublarının da pley-offa adlaması dəqiqləşib.

Rafael Ağayev: "Bir az dincəlsəydim, 6 qat dünya çempionu olacaqdım"

Rafael Ağayev: "Bir az dincəlsəydim, 6 qat dünya çempionu olacaqdım"

"Komanda şəklində dünya üçüncüsü olduq. Son olaraq 2010-cu ildə finala yüksələ bilmişdik. 11 ildən sonra bürünc medal qazandıq. Hər il hansısa maneə qarşımızda olur, finala çıxa bilmirdik. Bunun da səbəbi var. Həmişə medal qazananda yaxşı şeylərdən danışırlar. Amma nöqsanları da demək lazımdır".

YAZTV-nin məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatından qayıdan Azərbaycanın karate üzrə milli komandasının lideri Rafael Ağayev (75 kq) qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

36 yaşlı idmançı komanda yoldaşlarının və məşqçilərin əziyyəti sayəsində medal əldə etdiklərini vurğulayıb: "Mən də onların adından demək istəyirəm ki, yarış çox gözəl keçib. Hansısa bir səbəbdən məğlub olduq. Tək mən yox, komanda şəklində çox gözəl iştirak etdik. Hər komandada dəyişikliklər olur. Bizim komandadan Ayxan Mamayev bu dəfə yox idi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı. Ona görə təcili olaraq Bakıya qayıtdı və əməliyyat olundu. Ona da salamlarımızı çatdırırıq. Hamını təbrik edirəm. Yeni komanda ilə dünya üçüncüsü olduq, bundan sonra da uğurlarımız bol olacaq".

Təcrübəli karateçi ağır zədədən sonra dünya çempionatına yollanmağın çətin olduğunu bildirib: "Bunu dildə demək bəlkə də kiməsə asan gəlir. Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomasla 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum. Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu. Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, 6 qat dünya çempionu olacaqdım. Sadəcə, çox yoruldum. Amma irəli baxmaq lazımdır. Yaxşı mənada başımızı aşağı salıb məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq".

Fərdi yarışlarda bürünc medal əldə edən Asiman Qurbanlı (+84 kq) bunun üçün sevincli olduğunu söyləyib: "Müəyyən qədər kədərliyəm ki, bürünc medalə qızıl edə bilmədim. Xırda çatışmazlıq oldu. Bu da məni çox üzdü. Çünki mundiala qızıl medal üçün getmişdim. Məqsədim yalnız bu idi. Amma əsas odur ki, medalsız qalmadım. Artıq dünyanın 3 idmançısından biriyəm. Reytinqdə isə ilk "5-lik"dəyəm. Bu, mənim üçün gələcək yarışlarda böyük motivasiyadır. Məqsədim yalnız çempionluqdur və fəxri kürsünün ən yüksək zirvəsini hədəfləyirəm. Hər şey hələlik yaxşıdır. Əsas odur ki, zədə olmasın. Gələcək yarışlarında qızıl medal qazanmağı özümə söz vermişəm".

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi

Fransada klublararası güləş çempionatına start verilib.

YAZTV xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib. Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub. 

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.  (qol az)

Mustafa Denizlinin adı bu stadiona VERİLƏCƏK

Mustafa Denizlinin adı bu stadiona VERİLƏCƏK

Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandalarının sabiq baş məşqçisi, hazırda "Altay" klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

YAZTV türk mətbuatına istimadən xəbər verir ki, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

"Altay" və "Altınordu" klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. (unikal org)

Samir bəy, ... çantasını yığıb, gedər

Samir bəy, ... çantasını yığıb, gedər

Avropayla-filan işim yoxdur. Öz başıma gələndən bəhs edəcəm.

Deməli, çalışdığım media orqanların birində rəhbərliyin işimdən, xarakterimdən, davranışımdan, maaşın artırılması tələbimdən (çox güman, elə bu idi səbəb) – dəqiq bilmirəm, amma son vaxtlar nədənsə narazı olduğunu hiss edirdim.

Atmaca və iradlardan boğaza yığılmışdım. Bir dözdüm, iki dözdüm, görəndə ki, adam konkret mənimlə çalışmaqda maraqlı deyil, kişi kimi əl sıxıb, sağollaşdım.

Sevilmədiyim yerdə niyə qalım ki?

Eyni münasibətlə Samir Abasov üzləşməkdədir. “Neftçi”ni uzun illərdən sonra çempion edən baş məşqçi yaydan bu yana üzləşdiyi soyuq münasibətin mənasını anlamır. Ya da, anladığı halda, nəyə görəsə israr edib sevilmədiyi yerdə qalmaqda maraqlıdır.

“Ağ-qaralar”ın avrokubok matçları zamanı yaşanan mənzərəni bir anlıq göz önünə gətirək. Çempionlar Liqasında “Dinamo”nu keçən “Neftçi”nin baş məşqçisi “Olimpiakos”la oyunlardan sonra “daş atıb başını tuturdu” ki, bəs, heyət gücləndirilməlidir, bu komanda ilə uzağa getmək mümkün olmayacaq.

Eyni ssenari HİK və “Makkabi” qarşılaşmalarından sonrakı mətbuat konfranslarında da müşahidə olunmaqdaydı.

Yenə transferlərin olmaması, yenə futbolçu qıtlığı. Abasov bir xeyli giley-güzar etsə də, lazım olan mövqelərə lazım olan futbolçular cəlb olunmadı, nəticədə bakılılar üç yarışın heç birində duruş gətirə bilmədi.

Əslində, transferlər oldu. Avrokuboklarda iştirak başa çatandan, iş-işdən keçəndən sonra - Premyer Liqanın startı ərəfəsində.

Növbəti “bomba” “Qarabağ”la oyundan sonra “partladı”.

Bu dəfə “qumbaranı” məşqçilərin olduğu yerə klubdakı əsas söz sahiblərindən olan, SOCAR rəsmisi Zaur Qəhrəmanov atdı. Ki, Samir Abasovdan məşqçi olmaz, ən yaxşı halda teatrda səhnə düzəldə bilər.

Abasovdan tutarlı cavab gözlədiyimiz anda mətbuata açıqlamasında Qəhrəmanovun əsəbdən o cür danışdığını deyib, rəhbərə haqq qazandırdı. Kreslosundan bərk yapışmaqla “teatrda səhnə düzəltməyi” yaxşı bacardığını etiraf etmiş oldu.

Hə, indi “Neftçi” məğlubiyyətləri sıralayır, həm Abasov, həm də futbolçular ictimaiyyətdən təpki görməkdə davam edir. Yenilgilərdə rəhbərliyin hansı rol sahibi olduğunu əminliklə demək çətindir. Əlimizdə fakt yoxdur çünki.

Hər işi fakta bağlamaq da olmur axı. Bəzən sevilmədiyin yerdə yalandan üzünə gülürlər. Bəzən üzünə gülə-gülə...

Özünü dahi bilən, az-çox həyat təcrübəsinə sahib olan adam belə vəziyyətlə üzləşəndə, çantasını yığıb, gedir. Çünki ən yaxşı gediş növü uyğun vaxtda getməkdir. Kiminsə üzünə “get” deməsinə gərək duymadan.

Şəxsən belə etmişdim. Pulu və gələcəyi düşünmədən.

Abasov, siz niyə getmək istəmirsiz? (sportinfo az)