Monday, 17 Yanvar 2022 05:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
FIFA prezidenti Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıla bilər

FIFA prezidenti Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıla bilər

Oktyabrın 26-da Beynəlxalq Olimpiya Komitəsinə (IOC) bu yay İsveçrədə barəsində cinayət işi açılan FIFA prezidenti Canni İnfantino ilə bağlı şikayət daxil olub.

Müraciət 2017-ci ildə futbol agentlərinin qanunsuz fəaliyyətlərinin araşdırılmasına başlayan" "Sport 7" şirkətinin vəkili Filip Rents tərəfindən edilib.

Şikayətdə italiyalı funksionerin Olimpiya xartiyasının bir neçə bəndini pozduğu üçün dərhal IOC-nin İcraiyyə Komissiyasına üzvlükdən çıxarılması xahiş olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xidməti sirlərin pozulmasında və cinayət istintaqının aparılmasına mane olmaqda ittiham olunur.

Qeyd edək ki, Canni İnfantino 2020-ci ilin yanvarından Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvüdür. (Report)

Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı - AFİŞA

Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı - AFİŞA

Bu gün Çempionlar Liqasında III tur start götürəcək.

YAZTV xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq.

Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olacaq. Qrupun digər favoriti “Atletiko” da səfərdə oynayacaq. Madrid təmsilçisi Moskvada “Lokomotiv”in qonağı olacaq.

Yarışa istədiyi kimi başlaya bilməyən və B qrupunda son pillədə qərarlaşan “Real” doğma meydanda “İnter”i qəbul edəcək.

C qrupunun ən maraqlı oyunu Mançesterdə olacaq. “Mançester Siti” “Olimpiakos”u sınağa çəkəcək.

D qrupunda isə İtaliyada liderlər qarşılaşacaq. “Liverpul” “Atalanta”nın qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

3 noyabr
A qrupu
21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa)

D qrupu
00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland)
00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir

Beynəlxalq Cüdo Federasiyası (:JF) hər il 28 oktyabrı “Dünya Cüdo Günü” kimi qeyd edir.

YAZTV xəbər verir ki, məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) bu gündə anadan olduğu üçün həmin tarix cüdo günü kimi qeyd olunur.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən Beynəlxalq Cüdo Federasiyasına 195 milli federasiya daxildir.

Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Yay Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. 2016-cı ildə ilk dəfə iki cüdoçu - Rüstəm Orucov və Elmar Qasımov Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb.

İlk dəfə olaraq 2018-ci ildə ölkəmiz cüdo üzrə dünya çempionatını qəbul edib və yüksək səviyyədə keçirib.
Azərbaycan cüdoçuları dünya çempionatları da daxil olmaqla bir çox beynəlxalq yarışda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında da qələbələr qazanıblar. Hazırda da cüdo üzrə milli komandanın üzvləri beynəlxalq yarışlarda uğurlar qazanırlar. Son illərdə cüdoçular Yay Olimpiya Oyunları, Avropa çempionatları, "Böyük Dəbilqə", "World Masters" və Qran-prilərdə də medallara sahib olublar.

“Fənərbağça” 9 ildən sonra öz rekordunu yeniləyib

“Fənərbağça” 9 ildən sonra öz rekordunu yeniləyib

Türkiyə Superliqasının yeddinci turunda “Antalyaspor” üzərində 2:1 hesablı qələbə (2:1) “Fənərbağça" üçün əlamətdar olub.

YAZTV xəbər verir ki, İstanbul klubu 2011-2012-ci il mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.

Qeyd edək ki, “Fənərbağça” cari mövsümdə keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011-2012-ci il mövsümündə də bu qədər xal toplayıb. Həmin mövsümdə “Fənərbaxça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf edib.

Erməni futbolçuya xəbərdarlıq edildi

Erməni futbolçuya xəbərdarlıq edildi

Slovakiya Futbol İttifaqı "Jilina"nın üzvü Vahan Bıçakçıyana xəbərdarlıq edib.

Buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya Super Liqasında DAK-la matçda təxribata yol verməsidir.

Bıçakçıyan qol vurduqdan sonra oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.

Məsələ ilə bağlı AFFA tərəfindən SFZ-yə məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol matçları zamanı hər hansı siyasi şüarların səsləndirilməsinin və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Assosiasiyanın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə İntizam Komitəsi tərəfindən baxılıb və Vahan Bıçakçıyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq olunub.

UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət edib,

UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silib. (Yenisabah)

Ermənilərin daha bir yalanı İFŞA OLUNDU

Ermənilərin daha bir yalanı İFŞA OLUNDU

Bildiyimiz kimi erməni mətbuatı mütamadi olaraq fake məlumatlar yayaraq hər dəfə özünü həmçinin öz əhalisini aldadır. Onlar bu çirkin işi həm də saxta profillər açaraq sosial şəbəkələrdə də həyata keçirirlər.

YAZTV xəbər verir ki, bu dəfə erməni mətbuatı “Red Bull” sürücüsü Max Verstappen haqda yalan məlumat yayıb.

Belə ki, bir neçə gün öncə erməni mətbuatında “Red Bull” sürücüsü Max Verstappenin erməni hərbi qulluqçularının sığorta fonduna ianə etməsi barədə məlumat yayılıb. Erməni mətbuatının yazdığına görə, Hollandiyalı Formula 1 pilotu fonda yardım məqsədilə 100 dollar pul ianə edib.

Lakin "Red Bull" komanda rəhbərliyi həmin xəbər barədə mövqeyini bildirərək təkzib edib: "Erməni hərbi qulluqçuları fonduna gəldikdə, Max Verstappen rəhbərliyi adından Max-ın bu təşkilatı tanımadığını və heç bir ianəsinin olunmadığını təsdiq edə bilərik".

Göründüyü kimi erməni mətbuatı özünu biyabır edərək ictimaiyyətə yalan məlumatlar verməklə məşğuldurlar.

Təkzib mətni ilə bağlı aşağıda linkdə tanış olmaq olar:

https://racingnews365.nl/max-verstappen-doneerde-geen-geld-aan-fonds-voor-armeense-soldaten?fbclid=IwAR2TB3TBuVXg7M6dVYdGIxBg-frdZw1-RkI3L36eSRSL7ZH3FW-DxhNO5sg

AVRO-2020 Rusiyada keçirilə bilər

AVRO-2020 Rusiyada keçirilə bilər

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Avropa çempionatı bir ölkədə keçirilə bilər.

Turnirin Rusiyada təşkili nəzərdən keçirilən alternativlər arasındadır.

Bildirilib ki, UEFA Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən AVRO-2020-nin yalnız Rusiyada baş tutması ssenarisini nəzərdən keçirir. Adıçəkilən ölkədə virusun digərləri ilə müqayisədə az yayılması və DÇ-2018-dən sonra lazımi infrastruktura malik olması bu variantın reallaşma ehtimalını artırır.

Qeyd edək ki, AVRO-2020-nin Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır. (APA)

Ronaldo koronavirusdan sağaldı

Ronaldo koronavirusdan sağaldı

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.

YAZTV xəbər verir ki, portuqaliyalı hücumçunun son koronavirus testi mənfi çıxıb.

Qeyd edək ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu. Bu səbəbdən 35 yaşlı oyunçu bir neçə matçı buraxmaq məcburiyyətində qalmışdı.

"Neftçi"nin sabiq futbolçusu saxlanıldı

"Neftçi"nin sabiq futbolçusu saxlanıldı

"Neftçi"nin sabiq futbolçusu Fransisko Qarsiya xoşagəlməz hadisə ilə üzləşib.

YAZTV "versus.lanacion.com.py" saytına istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sərxoş vəziyyətdə saxlanılıb.

29 yaşlı oyunçunun üzərində marixuana aşkarlanıb. Hazırda polis idarəsində saxlanılan "Qato" ləqəbli futbolçu daha əvvəl də eyni səbəbdən həbs olunub.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib.

Maradona xəstəxanaya yerləşdirildi

Maradona xəstəxanaya yerləşdirildi

Əfsanəvi hücumçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib.

YAZTV bildirir ki, bununla bağlı TASS məlumat yayıb.

Yaxınları Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, bu, koronavirus pandemiyası ilə bağlı deyil. Uzun müddətdir Maradona yuxusuzluqdan və sağlamlığındakı digər problemlərdən şikayət edirmiş.

Xatırladaq ki, ötən həftə 60 yaşını qeyd edən Maradona koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid etmişdi.

"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb.

YAZTV xəbər verir ki, milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.

2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

YAZTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.

"Qarabağ" bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.