Monday, 17 Yanvar 2022 05:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Real" 2-ci pilləyə yüksəldi

"Real" 2-ci pilləyə yüksəldi

"Real" La Liqada növbəti oyuna çıxıb.

YAZTV xəbər verir ki, Madrid klubu 1-ci turun təxirə salınmış matçında "Xetafe"ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Xetafe" - 2:0

Qollar: Benzema, 60, Mendi, 66

Bu qələbə ilə xalını 46-ya yüksəldən Zinəddin Zidanın baş məşqçisi olduğu komanda turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Atletiko" 51 xalla 1-ci, "Barselona" 43 xalla 3-cüdür.

YAZTV (qol az)

"İdmanın dünəni və bu günü" adlı onlayn görüş keçirilib

"İdmanın dünəni və bu günü" adlı onlayn görüş keçirilib

"Babalar və nənələr" gününə həsr edilmiş tədbirdə Cüdo bölməsinin müəllimi, Əməkdar İdman Xadimi Bəxtiyar Məmmədov və Yunan-Roma güləşi üzrə məşqçi Tariyel Məmmədov könüllülərlə görüşüb.

Bu barədə "Azərbaycan İdman Könüllüləri" mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında qonaqları təbrik edərək idmanın inkişafında veteran idmançıların rolundan bəhs edib.

Veteran idmançılar Bəxtiyar Məmmədov və Tarıyel Məmmədov çıxış edərək tədbir iştirakçılarına idmana gəlişlərindən, məşqçi kimi qazandıqları uğurlardan, təcrübələrindən söz açıblar.


Məşqçi kimi gördükləri işin çətinliklərindən və öhdəlikləriklərindən danışaraq idman sahəsində Azərbaycan bayrağını ucaltmaq üçün hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər.

Sonra Veteran idmançılar gənclərin suallarını cavablandırdı və tövsiyyələrini veriblər.

V

YAZTV

 

Messi PSJ-yə transferi ətrafında yaranan səs-küydən narazıdır

Messi PSJ-yə transferi ətrafında yaranan səs-küydən narazıdır

"Barselona" futbol komandasının kapitanı, argentinalı hücumçu Lionel Messi PSJ-yə mümkün keçidi ətrafında yaranmış səs-küydən narazı qalıb.

YAZTV xəbər verir ki, bu barədə ESPN bildirib.

Qeyd edilir ki, Fransa klubu aşkarlıq siyasəti yürüdür: bəzi futbolçular, baş məşqçi Maurisio Poçettino və idman direktoru Leonardo argentinalının ehtimal olunan transferi haqqında bir neçə açıqlama ilə çıxış ediblər.

İspaniya komandasında vəziyyətlə tanış olan mənbə qeyd edib ki, belə yanaşma səhv olub.

"Onlar bu strategiyadan istifadə edərək səhvə yol verirlər. Leo mediadakı belə səs-küyü sevmir, bu şərhlər onun xoşuna gəlmir", - mənbə qeyd edib.

Daha əvvəl Messi karyerası ilə bağlı gələcək planlarından danışıb. "La Sexta" nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.

YAZTV (unikal org)

“Fənərbaxça” kubokla vidalaşdı

“Fənərbaxça” kubokla vidalaşdı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib.

YAZTV xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda Super Liqanın sonuncu qalibi “Başakşəhər”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı İstanbul derbisi “Başakşəhər”in qələbəsiylə başa çatıb. Beləcə, sözügedən komanda ilk yarımfinalçı olubsa, “Fənərbaxça” kubokla vidalaşıb.

Türkiyə kuboku
1/4 final
9 fevral

Fənərbaxça – Başakşəhər 1:2
Qol: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.

YAZTV (qafqazinfo az)

"Nəyin bahasına olursa-olsun..." - Pirlo

"Nəyin bahasına olursa-olsun..." - Pirlo

"Yuventus"un baş məşqçisi Andrea Pirlo  İtaliyanın kubokunun yarımfinalında "İnter"lə cavab oyunu öncəsi fikirlərini bildirib.

YAZTV xəbər verir ki, o, finala çıxmaq şanslarının olduğunu söyləyib: "Bu, qarşıdurmanın cavab görüşüdür. Finala çıxmaq şansımız var və bu, nəyin bahasına olursa-olsun nail olmağımız lazım olan hədəfimizdir. Oyuna düzgün köklənməliyik, bu, bizim üçün final matçı kimi olacaq. Diqqəti cəmləşdirmək vacibdir. İtkilər bizi çox şey əldə edə biləcəyimizə və düzgün münasibətə sahib keyfiyyətli oyunçularımız olduğuna inandırdı".

Qeyd edək ki, "Yuventus" - "İnter" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda Turin klubu 2:1 hesabı ilə qalib gəlib.
 
YAZTV (qol az)
Azərbaycanlı federasiya rəsmisi ÇL-ə təyinat aldı

Azərbaycanlı federasiya rəsmisi ÇL-ə təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova təyinat alıb.
 
YAZTV xəbər verir ki, o, kişilər arasında Çempionlar Liqasının 4-cü mərhələsinin C qrupunun ikinci dövrəsinin oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
 
Qarşılaşmalar 9 - 11 fevralda Rusiyanın Kazan şəhərində təşkil olunacaq. Qrupda “ACH Volley” (Sloveniya), “Berlin” (Almaniya), “Yastşembski Vengel” (Polşa) və “Zenit” (Rusiya) klubları mübarizə aparacaqlar. Səfərdən öncə Polşa təmsilçisinin bəzi oyunçularının koronavirus testi pozitiv çıxıb və onlar Kazana getməyiblər.
 
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu mövsüm Çempionlar Liqası yeni reqlamentlə keçirilir. Koronavirus pandemiyası səbəbindən komandalar ev-səfər prinsipi ilə oynamırlar. İki klubun hərəsi 1 dövrəni - 3 turu qəbul edir. Avropa Voleybol Konfederasiyasının qərarına əsasən isə bu görüşləri azarkeşlər də canlı izləyə biləcəklər.

YAZTV (qafqazinfo az)

PSJ-nin futbolçusu: “Messi ən güclü futbolçudur, Neymar anadangəlmə liderdir”

PSJ-nin futbolçusu: “Messi ən güclü futbolçudur, Neymar anadangəlmə liderdir”

PSJ klubunun yarımmüdafiəçisi Ander Herrera “Barcelona”nın hücumçusu Lionel Messinin Paris klubuna transfer olunma ehtimalını və Çempionlar Liqasının 1/8 finalında Katoloniya təmsilçisi ilə qarşılaşma barədə proqnozunu səsləndirib.

 “El Larguero” nəşri xəbər verir ki, ispaniyalı futbolçu PSJ-nin “Barselona” ilə oyunda favorit olmadığını vurğulayıb.

“Onların Messisi var, şansımız 50 faizdir. Leo indiyə qədər gördüyüm ən güclü futbolçudur. Neymar anadangəlmə liderdir. Kilian çox gəncdir, ən yaxşılardan biri olacaq, indi ona çox təzyiq göstərməyə gərək yoxdur”, - deyə 31 yaşlı futbolçu bildirib.

YAZTV (oxu az)

Qazaxıstan çempionu fransalı yarımmüdafiəçi aldı

Qazaxıstan çempionu fransalı yarımmüdafiəçi aldı

Fransalı yarımmüdafiəçi Uqo Videmon karyerasını Qazaxıstanın “Aktobe” klubunda davam etdirəcək.

Bu barədə meta-ratings.kz saytı xəbər verib.

 Qeyd olunur ki, 27 yaşlı futbolçu “Aktobe”nin heyətinə Türkiyədə keçirilən təlim-məşq toplantılarında qatılacaq.

Qeyd edək ki, U.Videmonun son çıxış etdiyi komanda Litvanın “Jalgiris” klubu olub.

YAZTV (oxu az)

Türkiyə klubu baş məşqçisini qovdu

Türkiyə klubu baş məşqçisini qovdu

Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubu baş məşqçi İsmayıl Kartalı istefaya göndərib.

YAZTV xəbər verir ki, dünən "Beşiktaş"a məğlub olan komandanın baş məşqçisinin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ötən gecə "Beşiktaş" oyunun 70 dəqiqəsi ərzində azlıqda oynamasına baxmayaraq, matçın sonunda qol vuraraq "Konyaspor"u məğlub edib.

Tokio olimpiadası üçün xüsusi mobil tətbiq hazırlanıb

Tokio olimpiadası üçün xüsusi mobil tətbiq hazırlanıb

Bu gün Beynəlxal Olimpiya Komitəsinin (IOC) pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı "Playbook"un təqdimatı baş tutub.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK)  verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində IOC-nin prezidenti Tomas Bax, qurumun MOK-la əlaqələr şöbəsinin rəhbəri Ceyms Maklaud və Oyunların Əməliyyat Komitəsinin məsul şəxsləri iştirak edib.

Təqdimat mərasimində çıxış edən T.Baxın sözlərinə görə, "Playbook"un hazırlanması olimpiadaya bir addım da yaxınlaşmaq deməkdir.

Təqdimat mərasimində bildirilib ki, "Tokio -2020" üçün COCOA adlandırılan xüsusi mobil tətbiq hazırlanıb. Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. Olimpiadaya qatılacaq ölkələrin nümayəndə heyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir. Bundan sonra proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s) haqqında informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu, dolayısı ilə hər bir iştirakçının sağlıq durumu haqqında oyunların Əməliyyat Komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək.

Bundan başqa, Oyunlara yola düşməzdən 72 saat əvvəl nümayəndə heyətinin üzvləri PCR testi verməlidir. İlkin qərarə əsasən, Olimpiya kəndində hər kəs 4 gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsizlik tədbirləri görülüb.

İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar, həmçinin yayım işini həyata keçirəcək qurumlar üçün fərqli "Playbook"lar hazırlanıb. Apreldə isə nümayəndə heyətinin rəhbərləri üçün nəzərdə tutulan “Playbook”un təqdim olunacağı gözlənilir.

Sonda Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat Komitəsinin məsul şəxsləri ölkələrin olimpiya komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Anar Bağırov və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak edib.

YAZTV

Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

YAZTV xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

YAZTV (unikal org)

AFFA VAR sistemi barədə FIFA ilə müzakirələr aparacaq

AFFA VAR sistemi barədə FIFA ilə müzakirələr aparacaq

Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun start verilib.

YAZTV xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək. Görüşdə mövcud vəziyyətvə həyata keçiriləcək işlər müzakirə olunacaq.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə qərar qəbul edib. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.

YAZTV (report az)