Wednesday, 19 Yanvar 2022 21:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Real" qalib gəldi

"Real" qalib gəldi

"Real" İspaniya La Liqasında növbəti oyununu keçirib.

YAZTV xəbər verir ki, Madrid təmsilçisi öz meydanında "Valensiya" ilə qarşılaşıb. Görüş "Real"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

"Real" - "Valensiya" - 2:0

Qollar: Benzema, 12, Kroos, 42

Bu qələbə ilə xallarını 49-a çatdıran "kral klubu" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Barselona" 46 xalla 3-cüdür. Turnir cədvəlinə 54 xalla "Atletiko" başçılıq edir.

YAZTV (qol az)

“Qalatasaray” qələbə qazandı

“Qalatasaray” qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında XXV turun daha 4 oyunu keçirilib.

YAZTV xəbər verir ki, çempionluğa iddialı olan “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı minimal hesabla məğlub edib.

Son ölkə çempionu “Başakşəhər” isə səfərdə “Göztəpə”yə uduzub. “Hatayspor”la “Alanyaspor”un duelində qalib müəyyənləşməyib.

Bugünkü oyunların nəticələri:

“Konyaspor” – “Dənizlispor” – 2:0

“Qalatasaray” – “Kasımpaşa” – 2:1

“Göztəpə” - “Başakşəhər” – 2:1

“Hatayspor” – “Alanyaspor” - 0:0

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Gənclərbirliyi” – “Beşiktaş” və “Antalyaspor” – “Yeni Malatyaspor” görüşləri ilə tura yekun vurulacaq.

YAZTV (unikal org)

Rəcəbov üçüncülük uğrundakı ilk matçda QALİB GƏLDİ

Rəcəbov üçüncülük uğrundakı ilk matçda QALİB GƏLDİ

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində final və üçüncülük uğrunda qarşılaşmalara start verilib.

YAZTV xəbər veirr ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da üçüncülük uğrunda ilk qarşılaşmasına çıxıb.

Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib və qələbə qazanıb.

İlk partiyada qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.

Növbəti oyunda rəqib “ağlar”la oynamağın üstünlüyündən yararlanıb.

Buna baxmayaraq sonuncu, həlledici görüşdə qələbə qazanan Rəcəbov yekunda 2.5:1.5 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.

YAZTV (publika az)

"Arsenal"ın oyununda 6 qol, "Yunayted" autsayderlə bacarmadı

"Arsenal"ın oyununda 6 qol, "Yunayted" autsayderlə bacarmadı

İngiltərə Premyer Liqasında 24-cü tur davam edir.

YAZTV xəbər verir ki, bu gün daha 4 oyun keçirilib. Autsayder “Vest Bromviç”in qonağı olan “Mançester Yunayted” xal itkisi ilə üzləşib.

Bol qollu “Arsenal” - “Lids” görüşündə “topçular” qələbə qazanıb. Meydan sahiblərinin hücumçusu Pyerr-Emerik Obameyanq bu görüşdə het-trik edib.

14 fevral

İngiltərə Premyer Liqası, 24-cü tur

“Sauthempton” – “Vulverhempton” – 1:2
Qollar:
 İnqs, 25 – Neves, 53-pen. Neto, 66

“Vest Bromviç” – “Mançester Yunayted” – 1:1
Qollar
: Dian, 2 – Bruno Fernandes, 44

“Arsenal” – “Lids” – 4:2
Qollar
: Obameyanq, 13, 41-pen. 47, Belyerin, 45 – Struiyk, 58, Kosta, 69

“Everton” – “Fulhem” – 0:2
Qollar
: Maya, 48, 65

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" və "Lester" 46 xalla 2-ci, 3-cü pillələri bölüşürlər. "Liverpul" 40 xalla 4-cü, "Çelsi" 39 xalla 5-cidir.

YAZTV (qol az)

"Sabah"ın baş məşqçisi: "Futbolçunun iki dişi qırıldı, xəstəxanadadır"

"Sabah"ın baş məşqçisi: "Futbolçunun iki dişi qırıldı, xəstəxanadadır"

“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq".

YAZTV xəbər verir ki, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomez Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis buraxdıqları ikinci qoldakı səhvlərindən söz açıb: "Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. Hazıda yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.

İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi qırılıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Mütəxəssis ukraynalı yarımmüdafiəçi Dmitri Klotsu transfer etmələrinin səbəbini də izah edib: “Klotsu yaxşı tanıyırdım, Ukraynadakı çıxışından ona bələdəm. Necə oyunçu olduğunu bildiyim və bizə fayda verəcəyinə əmin olduğum üçün onu heyətə qatdıq”.

YAZTV (report az)

Zidan Fransa yığmasına namizəd oldu

Zidan Fransa yığmasına namizəd oldu

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Fransa millisinin çalışdırıcısı postuna namizəddir.

YAZTV xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre açıqlayıb.

O bildirib ki, indiki baş məşqçi Didye Deşamın gedişindən sonra Zidanı bu vəzifəyə gətirmək istəyir: “Əgər Deşam vəzifəsindən getsə və mən prezident postunda olsam, Zidani bu postda görmək istəyirəm”.

Yığmanın çalışdırıcısının müqaviləsi 2022-ci ildə başa çatacaq. Deşam anlaşmanı uzatmaq istəməsə, onun yeri Zidana təklif olunacaq.

Qeyd edək ki, Deşam kimi Zidanın da indiki komandası ilə müqaviləsi 2022-ci ilin yayında bitəcək.

YAZTV (unikal org)

İbrahimoviçin əvəzinə Benzema?

İbrahimoviçin əvəzinə Benzema?

"Real"ın futbolçusu Kərim Benzema Madrid klubundan ayrılaraq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

YAZTV-e "Calciomercato"ya istinadən xəbər verir ki,  "Milan" sahibləri fransalı hücumçuya 39 yaşlı Zlatan İbrahimoviçin  potensial əvəzləyicisi kimi baxır.

Qeyd edək ki, Benzemanın Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına qədər hesablanıb, lakin tərəflər onun uzadılması barədə hələ razılığa gəlməyiblər.

Xatırladaq ki, 33 yaşlı oyunçu 2009-cu ildən bəri "Real"da oynayır. O, bu mövsüm 28 matç keçirib və 17 qol vurub.

YAZTV (qol az)

”Qəbələ” “Keşlə”ni məğlub yola saldı

”Qəbələ” “Keşlə”ni məğlub yola saldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

YAZTV xəbər verir ki, Turun üçüncü matçında “Qəbələ” “Keşlə”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əyalət təmsilçisinin qollarını 50-ci dəqiqədə Merab Giqauri, 70-ci dəqiqədə isə Rafael Utriq vurub.

Bu qələbə sayəsində 18-ci xalını qazanan “Qəbələ” 5-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.

YAZTV (publika az)

"Mançester Siti"dən "Leyptsiq"ə

"Mançester Siti"dən "Leyptsiq"ə

"Mançester Siti" futbolçusu Angelinyonu satıb.

YAZTV xəbər verir ki, 24 yaşlı müdafiəçi iki mövsümdür icarə əsasında çıxış etdiyi "Leyptsiq"ə birdəfəlik keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı oyunçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Almaniya təmsilçisi bu transferə görə "şəhərlilər"ə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Angelinyo "Leyptsiq"də keçirdiyi 3 mövsüm ərzində 32 oyuna çıxaraq, 5 qol vurub və 6 qolun ötürməsini verib.

YAZTV (qol az)

Keniyalı atlet qaçış üzrə dünya rekordu müəyyənləşdirib

Keniyalı atlet qaçış üzrə dünya rekordu müəyyənləşdirib

Keniyalı Beatris Çepkoeç 5 km məsafəyə qaçış üzrə yeni dünya rekordu müəyyən edib.

YAZTV xəbər verir ki, atlet Monakoda keçirilən yarışlarda bu uğura imza atıb.

O, 5 000 metr məsafəni 14 dəqiqə 43 saniyəyə qaçaraq, bu kateqoriyadakı ən yaxşı nəticəni yeniləyib.

Xatırladaq ki, buna qədər dünya rekordu niderlandlı Sifan Hassana məxsus olub.

Qeyd edək ki, hazırda Çepkoeçin 29 yaşı var. O, 3 min metr məsafədə qaçış üzrə Dünya çempionu, həm də bu kateqoriyada dünya rekordçusudur. Onun nailiyyəti  8.4432 dəqiqə təşkil edir.

Gəncə Reqbi Klubunun məşqlərinin bərpası üçün yeni İdman bazasına baxış keçirildi

Gəncə Reqbi Klubunun məşqlərinin bərpası üçün yeni İdman bazasına baxış keçirildi

Gəncə Reqbi Klubunun məşqlərinin bərpası üçün yeni İdman bazasına baxış keçirildi

YAZTV xəbər verir ki, Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyətinin üzvü Həmid Nəsirov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev ilə birlikdə Covid 19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın yumşalma tədbirləri ilə əlaqədar açıq havada keçirilməsi nəzərdə tutulmuşdur. Məşqlərin və yarışların bərpasını nəzərə alaraq Gəncə Reqbi Klubunun daha müasir idman  bazasında təlim-məşqlərini davam etdirməsi üçün Gəncə İdman Liseyinə gələrək  həyətyanı sahədə yeni inşa edilmiş İdman meydançasına baxış keçirilmişdir. Bundan başqa həmin İdman Liseyinin rəhbərliyi tamamilə yenidən tikilmiş qapalı İdman zalı ilə tanış etmiş və gələcəkdə şəhər və zona yarışlarının müasir və standartlara cavab verən İdman qurğularında keçirilməsini plana uyğun olaraq diqqətdə saxlanılması müzakirə edilmişdir.

Anatoli Nuriyevdən Azərbaycan millisi ilə bağlı açıqlama

Anatoli Nuriyevdən Azərbaycan millisi ilə bağlı açıqlama

"Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdur. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı ata tərəfdən bu ölkə ilə bağlılığım var".

YAZTV-nin məlumatına görə, bu fikirləri Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

25 yaşlı hücumçu hələlik təfərrüatları açıqlamaq istəmədiyini bildirib: "Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Nuriyev daha əvvəl Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, hazırda bunun asan olmayacağını etiraf edib: "Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir".

Qeyd edək ki, Anatoli Nuriyev Ukrayna Premyer Liqasında cari mövsümün ilk hissəsində 5 qol vurub.

YAZTV (report az)