Wednesday, 19 Yanvar 2022 21:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Qarabağ"ın legioneri cəzalanmasına münasibət bildirdi

"Qarabağ"ın legioneri cəzalanmasına münasibət bildirdi

"4 oyunluq cəzalandığım üçün məyusam. Amma artıq qərar verilib".

Bu fikirləri YAZTV-yə açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.

Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"nin futbolçusu Mamadu Kane ilə münaqişədən sonra meydandan qovulan 28 yaşlı müdafiəçi klubu tərəfindən də cəzalandığını da diqqətə çatdırıb: "Klubumuzun daxili nizam-intizam qaydaları var, ona əməl etməliyəm. Mənə hansı cəzanın verildiyini deyə bilmərəm".

Kolumbiyalı oyunçu 73-cü dəqiqədə baş vermiş qalmaqallı epizod barədə də danışıb: "Ekranda da göründüyü kimi, Mamadu mənimlə üz-üzə gəldi. Reaksiyam da onun kimi oldu. Hərçənd bu, öz tərəfimdən elə də yaxşı reaksiya deyildi. İnsan sənə baxırsa, bu normaldır. Amma o, yalnız baxmırsa və sənə yaxınlaşırsa, mən də onun üstünə gedərəm. Futbolda belə hallar olur".

Medina Premyer Liqada cəzalı olduğu üçün əvəzedici heyətdə oynaya biləcəyini vurğulayıb: "Mən futbolu sevirəm. Hazırda əsas komanda ilə məşq edirəm. Amma formamı qorumaq üçün əvəzedici komandada da oynaya bilərəm".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

YAZTV (report az)

Kamran Ağayevin cəzası açıqlandı

Kamran Ağayevin cəzası açıqlandı

AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar açıqlanıb.

YAZTV-e xəbər verir ki, “Sumqayıt” – “Səbail” matçında “Səbail”in qapıçısı Kamran Ağayev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

“Səbail”in futbolçusu Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

YAZTV (qol az)

AFFA VAR sisteminin tətbiqi ilə bağlı detalları açıqladı

AFFA VAR sisteminin tətbiqi ilə bağlı detalları açıqladı

Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.

YAZTV-nin məlumatına görə, proses bu ilin martından mərhələli şəkildə təmin olunacaq.

Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.

Sonuncu - 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.

YAZTV (report az)

"İnter" müqaviləsini uzadıb, maaşını artıracaq

"İnter" müqaviləsini uzadıb, maaşını artıracaq

“İnter” futbolçusu Lautaro Martinesin müqaviləsini uzadacaq.

YAZTV-e “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, "neradzurra" argentinalı hücumçu ilə razılığa gəlib.

"İnter”in 23 yaşlı futbolçunun sözləşməsini bir illik artıracağı bildirilib. Onun məvacibinin isə 2,5 milyondan 4,5 milyon avroya qaldırılacağı qeyd olunub.

Hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər olan Martines bu mövsüm “İnter”də 32 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib. 

YAZTV (qol az)

UEFA tədqiqatlara qrant ayırmaq üçün proqram elan etdi

UEFA tədqiqatlara qrant ayırmaq üçün proqram elan etdi

UEFA araşdırmalar üçün qrant (subsidiya) ayrılması proqramının 2021/2022-ci il buraxılışını elan edib.

YAZTV-e AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, proqrama 2009-cu ildə start verilib. Əsas məqsəd doktoranturada təhsil alan və ya artıq elmlər doktoru dərəcəsinə malik, həmçinin Avropa futbolunu öyrənən və tədqiq edən şəxslərə vacib, səmərəli araşdırmalarında dəstək olmaq üçün 9 ay müddətində müəyyən sayda qrantların ayrılmasıdır. Daha çox təqdir olunan tədqiqat sahələri bunlardır: iqtisadiyyat, hüquq, tarix, menecment, tibb, siyasi elmlər, psixologiya və sosiologiya.

Qrant almaq hüququna yiyələnmək üçün tədqiqatçılar UEFA-ya Milli Assosiasiyanın tövsiyə məktubunu təqdim etməlidirlər. Məktubda göstərilməlidir ki, Milli Assosiasiya müvafiq tədqiqat işini dəstəkləyir.

Beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə UEFA birgə, müştərək tədqiqat təkliflərini də qəbul edir. UEFA-nın üzvü olan 3 ayrı-ayrı Milli Assosiasiyanın ərazisində yaşayan 3 müxtəlif tədqiqatçının birgə müraciəti qəbul oluna bilər.

UEFA-nın qrant proqramının əsasnaməsinə uyğun gələn tədqiqatçılardan UEFA-nın qrant üzrə Münsiflər Heyəti imtahan götürəcək. Münsiflər Heyəti sədrdən, Avropa futbolunun təmsilçilərindən və Avropada idmanla, futbolla bağlı fəaliyyətləri ilə tanınan müəllimlərdən ibarətdir.

Münsiflər 6 müxtəlif Milli Assosiasiya tərəfindən dəstəklənən və hərəsi 15 000 avro dəyərində (və ya birgə müraciət üçün 20 000 avro) 5 qrant təqdim edəcək.

UEFA-nın bu proqramı UEFA Akademiyası tərəfindən koordinasiya olunur.

YAZTV (report az)

Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

Azərbaycanın para-atletika üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Qran-pridə 3 medal qazanıb.

Milli Paralimpiya Komitəsindən YAZTV-ye verilən məlumata görə, 6 idmançıdan 1-i qızıl, 2-si bürünc medala sahib olub. Heydər Həmidli nizə atma növündə F57 kateqoriyasında 43.75 m məsafə nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nüvə itələmə növündə isə Elvin Astanov F53 kateqoriyasında 7.3 metr, nəticə ilə), Oloxan Musayev isə F56 kateqoriyasında 10.65 metr nəticə ilə 3-cü yeri tutub.

Beləliklə, Həmidli və Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını daha da artırıblar.

Qeyd edək ki, Beynəlxalq Para-Atletika Federasiyası “Tokio 2020”yə lisenziya qazanmış idmançıların adlarını aprelin 1-də açıqlayacaq. Hələlik para-atletlərdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio 2020”yə birbaşa lisenziya qazanıblar.

Mbappeni Ronaldo və Messi ilə müqayisə etdi

Mbappeni Ronaldo və Messi ilə müqayisə etdi

“Barselona”nın futbolçusu Antuan Qrizmann PSJ-yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqib hücumçu Killian Mbappe barədə xoş sözlər söyləyib.

Mbappe dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdə keçirilən ilk matçında het-trik edib.

YAZTV-e xəbər verir ki, Qrizmanm matçdan sonra həmyerlisinin oyunda göstərdiyi performansın Ronaldo və Messi səviyyədə olduğunu bildirib:

“Hamımız Mbappenin qollarının dadını çıxartmalıyıq. Ronaldo və Messi səviyyəsində bir futbolçu var. Cavab oyununa gəlincə, təbii ki, Parisə gəzməyə deyil, qələbə qazanmaq üçün gedəcəyik”.

YAZTV (qol az)

ÇL-in oyunları bu kanallarda - Siyahı

ÇL-in oyunları bu kanallarda - Siyahı

Çempionlar Liqasının 1/8 final mərhələsində bu gecə keçiriləcək iki oyuna Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

YAZTV-nin xəbərinə görə, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

AZƏRBAYCAN

 “CBC Sport”

00:00."Barselona" - PSJ

TÜRKİYƏ

BeIN Sports 1

00:00."Barselona" - PSJ

BeIN Sports 2

00:00. "Leyptsiq" - "Liverpul"

RUSİYA

Matç TV”

00:00. "Barselona" - PSJ

“Futbol 1”

00:00. "Leyptsiq" - "Liverpul"

“Futbol  3”

00:00. "Barselona" - PSJ

YAZTV (qol az)

6 oyunda 5 məğlubiyyət - Mourinyo qovulacaqmı?

6 oyunda 5 məğlubiyyət - Mourinyo qovulacaqmı?

"Tottenhem"in baş məşqçisi Joze Mourinyonu istefaya göndərmək fikri yoxdur.

YAZTV xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bildirilib ki, London təmsilçisi Premyer Liqanın 24-cü turunda son 6 matçın 5-də uduzub. Komanda son olaraq "Mançester Siti"yə məğlub olib (0: 3) . Komanda Premyer Liqada 36 xalla 9-cu pillədə qərarlaşıb.

Nəşri yazıb ki, klub 58 yaşlı mütəxəssisi vaxtından əvvəl qovmağı düşünmür.

Mourinyonun 2019-cu ilin noyabr ayındakı müqaviləsində ləğv maddəsi yoxdur.

YAZTV (qol az)

"PSJ" "Barsa"nı darmadağın etdi

"PSJ" "Barsa"nı darmadağın etdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

YAZTV-e xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşib. “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hərçənd, hesabı meydan sahibləri açıb. Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, ardıcıl 17-ci təqvim ilində Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

Lakin "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub. Gecənin digər qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olub. Koronavirus səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılıb. Bu görüşdə də nominal qonaq komanda qələbə qazanıb - 2:0. 53-cü dəqiqədə Məhəmməd Salah, 58-ci dəqiqədə isə Sadio Mane fərqlənib. Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 16 fevral 24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2 Qol: Məhəmməd Salah, 53. Sadio Mane, 58

24:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

Qollar: Lionel Messi, 28 (pen.) - Kilian Mbappe, 32; 65; 85. Moyze Kin, 70

Qeyd edək ki, cavab görüşləri martın 10-da keçiriləcək.

YAZTV (unikal org)

"Çelsi" 4-cü pilləyə yüksəldi

"Çelsi" 4-cü pilləyə yüksəldi

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

YAZTV xəbər verir ki, London təmsilçisi 24-cü turun son matçında "Nyukasl"ı qəbul edib. Olivye Jiru və Timo Vernerin qolları "zadəganlar"a qələbə qazandırıb.

"Çelsi" – "Nyukasl" - 2:0

Qollar: Jiru, 31. Verner, 39

Bu nəticədən sonra "Çelsi" xalını 42-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Nyukasl" isə 25 xalla 17-cidir. Turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir.

YAZTV (qol az)

PSJ Messi üçün Mbappeni satmalıdır

PSJ Messi üçün Mbappeni satmalıdır

Fransanın PSJ klubu İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin keçidini maliyyələşdirmək üçün ulduz futbolçularından birini satmalıdır.

YAZTV-e "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 34 yaşlı argentinalı oyunçunu almaqdan ötrü Kilian Mbappeni başqa nəhəng kluba göndərməlidir.

Fransalı forvardla İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubunun maraqlandığı bildirilib. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Onun aktivində 29 görüşdə 19 qol və 8 məhsuldar ötürmə var.

YAZTV (report az)