Monday, 29 Noyabr 2021 04:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Olimpiadada Ermənistanla qarşılaşa bilər

Azərbaycan Olimpiadada Ermənistanla qarşılaşa bilər

Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçiriləcək.

YAZTV-nin məlumatına görə, onlayn yarışda Azərbaycan millisi Polşa ilə üz-üzə gələcək.

Azərbaycan B qrupunu 14 xalla birinci pillədə başa vurub, Polşa isə pley-off-da Bolqarıstanı məğlub edərək növbəti mərhələyə yüksələ bilib.

1/4 final mərhələsinin digər görüşlərində Ukrayna ABŞ-la, Rusiya Macarıstanla, Hindistan isə Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi qalib gələcəyi təqdirdə, yarımfinalda Hindistan - Ermənistan cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək.

Xatırladaq ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

"İnter" Antonio Konte ilə bağlı qərarını verdi

"İnter" Antonio Konte ilə bağlı qərarını verdi

İtaliya "İnter"i baş məşqçisi Antonio Konte ilə yollarını ayırmayacaq.

YAZTV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssislə görüşən rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsinə qərar verib.

Daha əvvəl İtaliya mətbuatı Kontenin klub rəhbərliyi ilə arasında fikir ayrılığı yarandığı üçün istefa vermək istədiyini yazıb.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 2-ci yeri tutan "İnter" UEFA Avropa Liqasının finalında İspaniya "Sevilya"sına 2:3 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib.

"Qarabağ" bir futbolçunu siyahıdan çıxardı

"Qarabağ" bir futbolçunu siyahıdan çıxardı

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Moldova "Şerif"i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

YAZTV xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu daxil edib.

I təsnifat mərhələsi ilə müqayisədə ölkə çempionunun iştirak ərizəsində dəyişiklik olub. Ağdam təmsilçisi yarımmüdafiəçisi Ruslan Hacıyevi yenidən "Səbail"ə icarəyə verib. Bu səbəbdən oyunçu siyahıdan çıxarılıb.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İmayıl İbrahimli, 19.Filip Ozobiç, 71.Toral Bayramov, 77.Donald Gerye,

Hücumçular: 11. Mahir Emreli, 7. Kvabena Ovusu, 29. Musa Qurbanlı

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Rafael Ağayevə millimizdə yeni vəzifə verildi

Rafael Ağayevə millimizdə yeni vəzifə verildi

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın baş məşqçisi təyin edilib.

YAZTV-nin federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tağıyev bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir. O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub.

“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək

“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək

“McLaren” şirkəti 2030-cu ilədək ənənəvi mühərriklərdən imtina edərək bütövlükdə elektrik, yaxud hibrid avtomobil istehsalına keçmək niyyətindədir.

YAZTV FT-yə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maykl Fluit məlumat verib.

“Biz yanacaq mühərriklərini qarşıdakı on il ərzində hazırlayacaq, 15 il ərzində satacağıq, lakin təqribən 2035-ci ilədək dünyanın əksər hissəsində artıq bütövlüklə elektromobillərə keçiləcəyini gözləyirik”, - o deyib.

İlkin olaraq hibrid avtomobilləri buraxmağı nəzərdə tutan şirkət sırf elektrik avtomobil istehsalına sonrakı mərhələdə keçmək niyyətindədir.

Bununla yanaşı, “McLaren” avtomobillərinin hissələrinin də ölkə daxilində istehsalını artırmaq hədəflənir. Şirkət rəhbərinin dediyinə görə, yeni modellərdə belə hissələrin payı 60 faizə çatdırılacaq ki, bununla da əlavə rüsum ödəmək zərurəti ortadan qalxacaq.

Əfsanəvi idmançı koronavirusa yoluxdu

Əfsanəvi idmançı koronavirusa yoluxdu

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

YAZTV "The Sun" nəşrinə istinadən xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur.

Qurban Qurbanov: "Stadiondan çıxıb geri qayıtmışam"

Qurban Qurbanov: "Stadiondan çıxıb geri qayıtmışam"

"Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək gücümüz çatdı. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstifadə edə bilmədiyimiz üçün bir az əsəbilik var idi. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, Avropa Liqasının pley-offunu təmin etdik".

YAZTV-nin məlumatına görə, bunu Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib belə hallarda daha aqressiv olur. Çünki itiriləsi bir şeyi olmur: "Son dəqiqələrdə 1-2 epizodları oldu. Ümumilikdə oyuna nəzarət bizdə idi. Onlar özləri də qırmızı vərəqə alacaqlarını gözləmirdilər. Futbolçulara ciddi yanaşmağı tapşırmışdım".

O, mövsümün sonunda komandanl tərk edən Miçel Madera ilə yeni transfer Uroş Matiçi müqayisə edib: "Miçelin vaxtında fərqli oyun göstərirdik. İndi bir az daha geridən oynayırıq. Matiçdan daha çox şey gözləyirik. 4-5 ay futbol oynamayıb. Gələcəkdə daha yaxşı olacaq".

Qurbanov sıx qrafikin futbolçulara çətinlik yaradacağını söyləyib: "Onlar ən böyük yüklənməni oyunda alır. Bərpa üçün çox vaxt alır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik də çox sıxdır. Bunu 3 gün öncə də müzakirə etdik. Əvvəlki illərdən daha çətin olacaq. Bu da futbolçularda nəinki yorğunluq, zədəyə də gətirib çıxara bilər. Futbolçular istirahıtlərinə fikir verməlidirlər. Deməzdim ki, bu vəziyyət onları uçuruma aparacaq".

Qurbanov rəqib komandanın baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında iştirak etmək istəməməsinə münasibət bildirib: "Məndə bir dəfə belə hal olub. Hətta stadiondan çıxıb geri qayıtmışam. "Qarabağ"da 3-cü vəı ya 4-cü oyunum idi. "Simurq"a uduzmuşduq. Azarkeşlər istefa qışqırmışdılar. Sonradan stadionba qayıdıb konfransda iştirak etdim".

Təcrübəli mütəxəssis deyib ki, növbəti oyunlarda daha yaxşı müdafiə xətti olacaq: "Bu səhvləri düzəltmək olar. Kevin və Bədavi nadir hallarda təkbətək mübarizələri uduzurlar. Bunlar yorğunluqdan irəli gələn şeylərdir. Meydanın vəziyyəti də onlara mane olurdu".

Türkiyə futbolunda yeni liqa yaradıldı

Türkiyə futbolunda yeni liqa yaradıldı

Türkiyə Futbol Federasiyası (TFF) ölkədə yeni liqanın təsis edilməsi ilə bağlı qərar qəbul edib.

YAZTV-nin qurumun rəsmi saytına istinadən xəbər verir ki, B Komandalar Liqası adlanan yeni çempionatda Super Liqa təmsilçiləri iştirak edəcəklər.

Liqada çıxış etməklə bağlı klublar müstəqil qərar verəcəklər. Yarışda elita təmsilçilərinin yerli və əcnəbi oyunçuları ilə yanaşı, gənc futbolçuları da mübarizə apara biləcəklər.

Mövsümün sonunda çempion komanda 5 milyon, ikinci yerin sahibi 3 milyon, 3-cü pilləni tutan klub isə 2 milyon Türkiyə lirəsi qazanacaq.

“Keşlə” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib

“Keşlə” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib

Bakının “Keşlə” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

YAZTV kluba istinadən xəbər verir ki, heyətdə qapıçılar - Stanislav Namaşko, Kamal Bayramov, Əkbər Vəliyev, müdafiəçilər - Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Bojoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista de Souza, yarımmüdafiəçilər - Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov, hücumçular - Aleksandr Kristovao və Silvio Junior yer alıblar.

Qeyd edək ki, avqustun 27-də ASK Arena” stadionunda keçiriləcək “Keşlə”-“Laçi” oyunu saat 21:00-da başlayacaq.

“Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandı

“Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandı

UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” (Moldova) oyunu başa çatıb.

YAZTV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş “Qarabağ” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 22-ci dəqiqəsində ağdamlılar hesabı açıblar. Cərimə meydançasının daxilində Jayme Romeroya qarşı edilən kobudluq hakimin gözündən qaçmayıb. Penalti zərbəsini Uroş Matiç dəqiq yerinə yetirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Bədavi Hüseynova qarşı kobudluğa görə “Şerif”in hücumçusu Anatol Abanq qırmızı kart alaraq meydandan kənarlaşdırılıb.

Fasilədən sonra oyuna nəzarət edən ağdamlılar rəqibin qapısı qarşısında bir necə təlükəli vəziyyət yaradıblar.

Qarşılaşmanın 78-ci dəqiqəsində “Şerif” qollardan birinin əvəzini çıxıb. Moldova təmsilçisinin futbolçusu Frank Andersson Kastaneda fərqlənib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Beləliklə, “Qarabağ” klubu bu qələbə sayəsində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisinin növbəti mərhələdə potensial rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri olacaq.

Qeyd edək ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib (2:0).

Tiaqo Silva “Çelsi” komandasına keçir

Tiaqo Silva “Çelsi” komandasına keçir

Fransanın “Paris Sen-Jermen” futbol klubundan ayrılan braziliyalı Tiaqo Silva İngiltərənin “Çelsi” komandasına keçməyə yaxındır.

YAZTV xəbər verir ki, London təmsilçisi artıq 35 yaşlı müdafiəçi ilə razılıq əldə edib. “Zadəganlar”ın braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2012-ci ildən Paris təmsilçisində çıxış edirdi.

Rüştü Rəçbərə yeni vəzifə verildi

Rüştü Rəçbərə yeni vəzifə verildi

Türkiyə Futbol Federasiyası (TFF) Futbolun İnkişafı Direktorluğu və gənclərdən ibarət milli komandada yeni təyinatlar həyata keçirib.

YAZTV-nin TFF-nin rəsmi saytına istinadən məlumatına görə, Futbolun inkişafı üzrə direktor vəzifəsinə "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin təyin olunub.

Ona əfsanəvi qapıçı Rüştü Rəçbər kömək edəcək.

Tolunay Kafkas gənclərdən ibarət yığmanın baş məşqçisi və aşağı yaş qrupları üzrə yığmalara məsul şəxs, Hami Mandıralı isə bu komandaların Matç və oyunçu izləmə məşqçisi işləyəcək.

Qeyd edək ki, Oğuz Çətin "Xəzər Lənkəran"da 2013-cü ilin dekabrından köməkçi-məşqçi, 2014-cü ilin iyunundan dekabrınadək isə baş məşqçi vəzifəsində çalışıb.