Monday, 17 Yanvar 2022 05:54
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

"Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

İspaniyanın "Barselona" klubu yay transfer dönəmində 3 ulduz futbolçu transfer edə bilər.

YAZTV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisində prezidentliyə namizədlərdən Toni Freyksa "Marca"ya açıqlamasında bildirib.

Funksioner seçiləcəyi təqdirdə, transferlərə ayrılacaq məbləği də açıqlayıb: "Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".

Freyksa "Bunlar Erlinq Holann və Kilian Mbappe ola bilərmi" sualına isə belə cavab verib: "Hazırda konkret hansısa oyunçu ilə danışmırıq".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.

"Monako" PSJ-yə qalib gəldi

"Monako" PSJ-yə qalib gəldi

Fransa Liqasında 26-cı tura yekun vurulub.

YAZTV-e xəbər verir ki, turun son oyununda PSJ "Monako"nu qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

PSJ - "Monako" - 0:2
Qollar:
 Diop, 6, Maripan, 51

26 turdan sonra turnir cədvəlinə 58 xalla "Lill" başçılıq edir. "Lion" 55 xalla 2-ci, PSJ 54 xalla 3-cü, "Monako" 52 xalla 4-cüdür.

YAZTV (qol az)

Nazim Babayev İstanbulda ZİRVƏYƏ YÜKSƏLDİ

Nazim Babayev İstanbulda ZİRVƏYƏ YÜKSƏLDİ

Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.

YAZTV-e xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub.

Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Qadınlar arasında üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santimetr geri qalaraq dördüncü olub.

Rüstəm Məmmədov da bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.

Gəncədə atletika idman növü üzrə şəhər birincliyi keçirilib

Gəncədə atletika idman növü üzrə şəhər birincliyi keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən atletika idman növü üzrə şəhər birinciliyi təşkil olunmuşdur.

YAZTV bildirir ki, şəhər birinciliyi Heydər Əliyev Park-Kompleksinin ərazisində baş tutub. 26 Fevral- Xocalı Soyqırımı"nın 29-cu il dönümünə həsr olunan yarış Nazirlər Kabinetinin tələb və tövsiyələrinə uyğun olaraq açıq havada və həkim nəzarəti altında keçirilib.

Yarışdan öncə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarışda bütün idmançılara uğurlar arzulayıb.

Tədbirdə 20-dən artıq gənc idmançılar iştirak edib.

Sonda qaliblər Baş İdarə rəhbərliyi tərəfindən diplomlarla təltif olunub. 

"Manchester Siti" səfərdə "Arsenal"ı MƏĞLUB ETDİ

"Manchester Siti" səfərdə "Arsenal"ı MƏĞLUB ETDİ

İngiltərə Futbol Çempionatının 25-ci turunda “Mançester Siti” səfərdə “Arsenal”ı (1-0) məğlub edib.

YAZTV-e xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb. Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

YAZTV (publika az)

Ronaldinyonun anası koronavirusdan öldü

Ronaldinyonun anası koronavirusdan öldü

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos vəfat edib.

YAZTV-e Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Diario Ole” nəşri məlumat yayıb.

71 yaşlı qadının koronavirusdan öldüyü bildirilib.

Futbolçu anasının ölümü ilə bağlı açıqlama verməsə də, Tvitter səhifəsinə qara foto qoyub.

Qeyd edək ki, Ronaldinyo dekabrda anasının koronavirus səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Polşa klubu Mahir Emrelinin yerinə başqa hücumçu aldı

Polşa klubu Mahir Emrelinin yerinə başqa hücumçu aldı

Polşanın "Zaqlembe" klubu yaxından maraqlandığı Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin əvəzinə yeni hücumçu alıb.

YAZTV xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, "Zaqlembe"nin İsveçrə "Sion"unda çıxış edən latviyalı Robert Uldrikislə müqavilə imzalayacağını bildirib. Agileranın sözlərinə görə, Polşa təmsilçisi hücumçuları Samuel Mraz, Rok Sirk və Patrik Şiş zəif çıxış etdikləri üçün yeni forvard axtarıb: "Klub Mahir Emreli üçün təklif göndərdi, lakin "Qarabağ" yüksək məbləğ tələb etdi".

Qeyd edək ki, Mahir Emreli "Zaqlembe"dən başqa Polşanın "Rakuv" klubundan da təklif almışdı. 24 yaşlı hücumçu mövsümün sonuna kimi "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam klubu ilə sözləşməsi yayda başa çatacaq.

Bu gün Azərbaycan idmanına öz töhfəsini verən Əliniyaz Nüsrət oğlu Mirzəyevin doğum günüdür

Bu gün Azərbaycan idmanına öz töhfəsini verən Əliniyaz Nüsrət oğlu Mirzəyevin doğum günüdür

Ömrünün bir çox hissəsini ölkəmizdə idmanın inkişafına sərf edən Əliniyaz Mirzəyev 61 yaşını qeyd edir. O, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Reqbi Federasiyasının Baş katibi, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi kimi fəaliyyətini davam etdirir. Onun bu zəhməti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq gənclərlə iş və idman sahəsində çalışdığı üçün Əliniyaz Mirzəyev  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.  

Qeyd edək ki, Mirzəyev Əliniyaz Nüsrət oğlu 22 fevral 1960-cı ildə Masallıda anadan olub. 1988-ci ildən bu günə qədər idman sahəsində bir sıra vəzifələrdə çalışıb. Hazırda o, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Futbol sektorunda Aparıcı məsləhəti vəzifəsində fəaliyyət göstərir.

YAZTV kollektivi adından Əliniyaz müəllimi doğum günü münasibətlə təbrik edir, ona ölkəmizin idman sahəsinin inkişafında göstərdiyi fədakarlığa görə təşəkkür edir, can sağlığı və uzun ömür arzulayırıq.

Pərviz Abdullayev həyatını klipə çəkir

Pərviz Abdullayev həyatını klipə çəkir

Azərbaycanı "Survivor"da təmsil etmiş peşəkar kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayev ("Kobra" Pərviz) məşhur reper Pranga (Cavid "Pranga") ilə yeni layihəyə imza atıb.

YAZTV-e report-a istinadla xəbər verir ki, Pərviz yeni layihə mövzusunun özünün həyatı və döyüşə necə gəlməsi ilə bağlı olduğunu bildirib.

P.Abdullayev səsləndirdiyi hissənin sözlərini də özü yazdığını, hazırda klip üzərində işlərin getdiyini əlavə edib.

YAZTV (report az)

“Mançester Siti” ardıcıl 13-cü qələbəsini qazandı

“Mançester Siti” ardıcıl 13-cü qələbəsini qazandı

İngiltərə Premyer Liqasının 25-ci turu keçirilib.

YAZTV-e xəbər verir ki, Londonun "Emireyts" stadionunda “Mançester Siti” “Arsenal”la qarşılaşıb. 

Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb. Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

YAZTV (qafqazinfo az)

"İnter" "Milan"ı darmadağın etdi

"İnter" "Milan"ı darmadağın etdi

Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.

YAZTV-nin məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.

Bu nəticədən sonra xalını 53-ə çatdıran "İnter" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Milan"ı 4 xal geridə qoyub.

YAZTV (report az)

Emin Mahmudov: "Bütün hirsimi bu zərbəyə qoymuşdum”

Emin Mahmudov: "Bütün hirsimi bu zərbəyə qoymuşdum”

"Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmir, çox top itirirdik".

YAZTV-nin məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

90+4-cü dəqiqədə qələbə topunu vuran kapitan qalib gəlmələrinə rəğmən, bundan da çox yaxşı oynamalarının vacibliyini dilə gətirib: "Hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, "Qarabağ” üzərində qələbədən sonra "Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.

Cəza və zədə səbəbindən "Qəbələ” ilə matçı buraxan futbolçuların yoxluğunun hiss olunduğunu deyən 29 yaşlı yarımmüdafiəçi qələbə qolundan da danışıb: "Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu, amma bu, bizim üçün bəhanə olmayacaqdı. Hər bir komandanın heyətində itkilər olur. Buna görə də nəyin bahasına olursa-olsun, qələbə qazanmaq lazımdır. Həm də heç kim zəmanət verə bilməzdi ki, həmin futbolçular meydanda olsaydılar, biz qalib gələcəkdik. Çünki futbol komanda oyunudur. Son dəqiqədə vurduğum qola gəlincə, bütün hirsimi bu zərbəyə qoymuşdum”.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 33-ə çatdıran "Neftçi" vahid liderliyini davam etdirib.

YAZTV (report az)