Monday, 17 Yanvar 2022 04:14
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Güləşçimiz erməniyə qalib gəldi

Güləşçimiz erməniyə qalib gəldi

Kiyev turnirində mübarizə aparan Azərbaycan yığmasının üzvü Turan Bayramov erməniyə qalib gəlib.

YAZTV xəbər verir ki, o, 65 kq çəki dərəcəsində ukraynanı təmsil edən Qor Ohannesyan üzərində qələbə çalıb. 

Güləşçimiz 564 hesablı qalibiyyətə sevinib. 
Braziliya çempionatında qalib müəyyənləşdi

Braziliya çempionatında qalib müəyyənləşdi

Futbol üzrə Braziliya A Seriyasında sonuncu - XXXVIII turun oyunları keçirilib.

YAZTV-nin məlumatına görə, bu matçlardan sonra çempionun adına aydınlıq gəlib.

"Flamenqo" "San-Paulu"ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Səbəb onun ən yaxın izləyicisi "İnternasional"ın "Korintians"la qolsuz heç-heçə etməsidir.

"Flamenqo" 71 xalla birinci, "İnternasional" 70 xalla ikinci yeri tutub. "Atletiko" isə 68 xalla bürünc medallara yiyələnib.

“Qarabağ”ın forma qalmaqalı davam edir: Qərardan tribunala şikayət olundu

“Qarabağ”ın forma qalmaqalı davam edir: Qərardan tribunala şikayət olundu

“Qarabağ” serbiyalı futbolçusu Uroş Matiçlə bağlı AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

YAZTV-e xəbər verir ki, AFFA İntizam komitəsinin iki gün əvvəl çıxardığı qərara əsasən, “Sumqayıt” - “Qarabağ” oyununda səkkiz nömrəli futbolçunun formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün klub üç min manat məbləğində cərimələnib.

Azərbaycan çempionu müraciətində bildirib ki, klub həmin matçda forma geyinməyən, bir dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır.

“Qarabağ” qərarın ləğvi üçün AFFA Apelyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət göndərib.

YAZTV (oxu az)

NBA-da basketbolçuya 12 oyunluq cəza verildi

NBA-da basketbolçuya 12 oyunluq cəza verildi

Milli Basketbol Assosiasiyası (NBA) "Minnesota"da çıxış edən Malik Bizlini 12 oyunluq cəzalandırıb.

YAZTV yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı oyunçunun törətdiyi əməli etiraf etməsidir.

Basketbolçunun diskvalifikasiyası fevralın 27-dən başlayacaq. Həmin dönəmdə onun maaşı da kəsiləcək.

Qeyd edək ki, Malik Bizli bu ay 120 günlük həbs cəzasına məhkum edilib. O, 2020-ci ilin sentyabrında ev axtaran ailəli cütlüyə və onların qızlarını evinin yanında maşın saxladıqları üçün silahla hədələyib. Daha sonra polis basketbolçunun evində silah və marixuana aşkarlayıb.

Bizli 2020-ci ildən "Minnesota"da çıxış edir.

Avroliqada bütün 1/8 finalçılar müəyyənləşdi

Avroliqada bütün 1/8 finalçılar müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

YAZTV-e xəbər verir ki, bu gün 15 matç keçirilib. Bu görüşlərdən sonra bütün 1/8 finalçılar müəyyənləşib. Nəticələrə əsasən, "Ayaks", "Vilyarreal", "Qranada", "Şaxtyor" (Donetsk), "Molde", "Reyncers" , "Arsenal", "Mançester Yunayted", "Milan", "Roma","Yanq Boyz", "Dinamo" (Zaqreb),"Olimpiakos", "Slaviya" və "Dinamo" (Kiyev) klubları növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, "Tottenhem" dünən "Volfsberq"ə 4:0 hesabı ilə qalib gələrək ilk 1/8 finalçı olub.

25 fevral

1/16 final mərhələsi, cavab oyunları

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1
İlk oyun - 2:1

21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
İlk oyun - 2:0

21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1
İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2
İlk oyun - 3:3

21:55. “Vilyarreal” (İspaniya) - "Zalsburq” (Avstriya) - 2:1
İlk oyun - 2:0

21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika) - 5:2
İlk oyun - 4:3

21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:2
İlk oyun - 1:1

00:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1
İlk oyun - 1:1

00:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan) - 2:1
İlk oyun - 2:4

00:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2
İlk oyun - 3:4

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0
İlk oyun - 3:2

00:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1
İlk oyun - 2:0

YAZTV (qol az)

00:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2
İlk oyun - 0:0

00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1
İlk oyun - 2:2

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0
İlk oyun - 4:0

“Qarabağ” müraciət etdi - 3000 manatlıq cəriməyə görə

“Qarabağ” müraciət etdi - 3000 manatlıq cəriməyə görə

“Qarabağ” klubu AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

YAZTV-e xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda (0:0) 8 nömrəli futbolçu Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün “Qarabağ” klubu 3000 AZN məbləğində cərimə olunub.

 “Qarabağ” həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” klubu qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.

YAZTV (unikal org)

Son 34 ilin ən yaxşı qapıçıları açıqlanıb

Son 34 ilin ən yaxşı qapıçıları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən yaxşı qapıçıların siyahısını açıqlayıb.

YAZTV-nin məlumatına görə, qurum ən yaxşı qolkiperi müəyyənləşdirdiyi 1987-2020-ci illərin ümumi sıralamasını tərtib edib.

Cədvələ italiyalı Canluici Buffon başçılıq edir. İkinci sırada İker Kasilyas qərarlaşıbsa, “üçlüy”ü Petr Çex qapayıb.

Türkiyə “Qalatasaray”ının sabiq qolkiperi Klaudio Taffarel 130 xalla 12-ci olub.

1. Canluici Buffon (İtaliya) - 357
2. İker Kailyas (İspaniya) - 260
3. Petr Çex (Çexiya) - 218
4. Edvin van der Sar (Niderland) - 201
5. Manuel Noyer (Almaniya) - 200
6. Peter Şmeyxel (Danimarka) - 179
7. Oliver Kan (Almaniya) - 162
8. Xose Luis Çilavert (Paraqvay) - 146
9. Valter Zenqa (İtaliya) - 132
10. Andoni Subisaretta (İspaniya) - 132

“Neftçi” “Zirə”yə məğlub oldu

“Neftçi” “Zirə”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının 17-ci turunda lider “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.

YAZTV-e xəbər verir ki, “ağ qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub.

 Yeganə qolu matçın 67-ci dəqiqəsində “Zirə”nin gürcüstanlı legioneri Davit Volkov vurub.
 
YAZTV (qafqazinfo az)
Güləşçilərimiz Kiyevdə turnirə qatılacaq

Güləşçilərimiz Kiyevdə turnirə qatılacaq

Sabah güləş üzrə Kiyev turniri start götürəcək. YAZTV-e xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edəcək.

Sərbəst güləş yığmamız baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 12 idmançı ilə turnirdə çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İlyas İslamov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb. Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz 9 güləşçiylə qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışacaq.

 Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.
 
YAZTV (qafqazinfo az)
Millimiz Türkiyədə toplanışa və turnirə qatılacaq

Millimiz Türkiyədə toplanışa və turnirə qatılacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

Federasiyadan YAZTV-yə verilən məlumata görə, baş məşqçi Umberto Orta Domingesin rəhbərlik etdiyi yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.

Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yoxlayacaq.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur.

Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.

Qeyd edək ki, boksçular Türkiyəyə bu gün yola düşəcəklər. Komandanın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

"Oyunlarımızda hakim səhvləri çox olur" - "Qəbələ"nin məşqçisi

"Oyunlarımızda hakim səhvləri çox olur" - "Qəbələ"nin məşqçisi

"Maraqlı oyun alındı. Matça ciddi hazırlaşmış, rəqibi analiz etmişdik. Komandamız əzmkarlıq göstərdi və nəticədə qələbə qazandıq".

YAZTV -e xəbər verir ki, bu sözləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: "Epizodları diqqətlə izləsinlər. İkisindən birində penalti var idi. Buna aidiyyatı qurumlar baxıb qərar verərlər. Bugünkü idarəçiliklə bağlı şikayət etmək fikrimiz yoxdur. Son vaxtlar oyunlarımızda hakim səhvləri çox olur. Bu mövsüm demək olar ki, lehimizə penalti qərarı yoxdur. Səbəbini dəqiq bilmirəm".

Məmmədov komandasının əzmkar oyun göstərdiyini söyləyib: "Mütləq qələbə qazanıb, yerimizi qorumaq istəyirdik. Düşünürəm ki, uşaqlar əzmkar və istəkli oyun göstərdi. Layiqli qələbə qazandıq". 

YAZTV (qol az)

Bekkerin atası göldə boğuldu

Bekkerin atası göldə boğuldu

"Liverpul"un qapıçısı Alison Bekkerin atası dünyasını dəyişib.

YAZTV-e Briyaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı qolkiperin atası Joze Bekker bir gün əvvəl sahib olduğu ərazidəki su anbarlarından birinə gedib, ancaq sonra yoxa çıxıb. Onun göldə boğulduğu açıqlanıb.

Qeyd edək ki, polis hadisə ilə bağlı hər hansı şübhəli durumun olmadığını bildirib.
 
YAZTV (qol az)