Wednesday, 19 Yanvar 2022 20:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Neftçi" uduzmadığı rəqibə qarşı, "Zirə" Sumqayıt səfərində - AFİŞA

"Neftçi" uduzmadığı rəqibə qarşı, "Zirə" Sumqayıt səfərində - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

YAZTV-nin məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, "qartallar" isə 28 xalla 3-cüdür. Bunadək ölkə çempionatında 21 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 6, qonaqlar 10 qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların fərqi də "Zirə"nin xeyrinədir - 21-29. Son 5 oyunda hər iki komanda qol vurub. "Sumqayıt" 4 matçdır uduzmur.

Turun son matçı "Bakcell Arena"da baş tutacaq. 33 xalla 2-ci sırada yer alan "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada yubiley - 10-cu görüşü olacaq. Əvvəlki 9 qarşılaşmada "ağ-qaralar" rəqibini 8 dəfə məğlub edib. Bir oyun isə heç-heçə başa çatıb. Flaqman heç vaxt Masazır təmsilçisinə uduzmayıb. “Sabah” 4 matçdır qol vurmur və xal qazanmır.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib.

YAZTV (report az)

İbrahimoviçlə duet oxuyacaq

İbrahimoviçlə duet oxuyacaq

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç “Bolonya”nın baş məşqçisi Sinişa Mixaloviçlə duet oxuyacaq.

YAZTV-e xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Onlar San-Remo mahnı festivalında Normadi qrupunun hazırladığı “Lo Vagabondo” (Mən avararayam) kompozisiyasını birgə təqdim edəcəklər.

Mixayloviç “Sky İtalia”ya açıqlamasında bu barədə bildirib: “Rəqs etməyim və mahnı oxumağım çox pis haldadır. İbra da dəhşətli dərəcədə oxuyur. Ancaq insanları güldürə bilərik”.


Festival 2-6 mart tarixlərində keçiriləcək. İbrahimoviçlə Mixayloviçin dueti isə martın 4-də olacaq.

YAZTV (qol az)

“Qarabağ” “Qəbələ”yə qarşı

“Qarabağ” “Qəbələ”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.

YAZTV-e xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Səbail” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Son çempion “Qarabağ” isə “Qəbələ” ilə qarşılaşacaq.

Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

18-ci tur

2 mart

Səbail – Keşlə

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov.

“ASCO Arena”, 16:00.

Qarabağ – Qəbələ

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.

“Azersun Arena”, 18:15.

YAZTV (qafqazinfo az)

“Liverpul”un əfsanəsi ölüb

“Liverpul”un əfsanəsi ölüb

İngiltərənin “Liverpul” klubunun əfsanəsi İan Sent-Con vəfat edib.

YAZTV-nin məlumatına görə, mersisaydlıların sabiq futbolçusu 83 yaşında ölüb.

İan 1961-ci ildə “Liverpul”a həmin dövr üçün rekord məbləğə transfer olunub. Aşağı divizion təmsilçisi futbolçu üçün 37 min 500 funt sterlinq ödəyib.

10 il ərzində 425 matça çıxan İan 118 qol vurub. 1964/65 mövsümündə 70 ildə ilk İngiltərə kubokunu qazanan “Liverpul”un “Lids”lə finaldakı qələbə qoluna da Sent-Con imza atıb.

Qeyd edək ki, İan “Liverpul”un heyətində 6 titul qazanıb.

YAZTV (APA)

Azərbaycanın bütün yığmalarının baş məşqçi və məşqçiləri - SİYAHI

Azərbaycanın bütün yığmalarının baş məşqçi və məşqçiləri - SİYAHI

zərbaycanın bütün idman növləri üzrə milli komandalarının məşqçilər heyətinin siyahısı Gənclər və İdman Nazirliyinə təqdim olunub.

Bu barədə YAZTV-ə Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, siyahı olimpiya növləri üzrə 26, qeyri-olimpiya üzrə isə 23 federasiyanın tabeliyindəki idman növlərini əhatə edir.

 

Premyer Liqada anti-rekord təkrarlandı

Premyer Liqada anti-rekord təkrarlandı

Ötən gün İngiltərə Premyer Liqasında anti-rekord təkrarlanıb.

YAZTV-e “Opta”ya istinadən xəbər verir ki, buna “Şeffild Yunayted” 26-cı turda “Liverpul”a uduzmaqla imza atıb (0:2). Komanda bu mövsüm çempionatda 21-ci məğlubiyyətini alıb. Bu say isə ən yüksək göstərici hesab edilir. Beləliklə, “Şeffild Yunayted” “Nyuport Kaunti”nin 1970-71-ci ilər mövsümündəki anti-rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Şeffild Yunayted” hazırda turnir cədvəlində 11 xalla sonuncudur.
 
YAZTV (qol az)
Millimizin braziliyalısı: “Biz doğma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq”

Millimizin braziliyalısı: “Biz doğma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq”

“Dünən Bakıya yeni gəlmişdim, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Əlbəttə, hamımız oyun haqda düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin bir qarşılaşma gözləyir”.

YAZTV-e xəbər verir ki, bunu futzal millimizin oyunçusu Tyaqo Bolinya deyib.

O, Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsində Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə Bakı İdman Sarayında baş tutacaq oyundan danışıb:

“Oyuna hazırıq. Əvvəlki iki oyunda qələbə qazanmışıq. Artıq oyun təcrübəmiz də var. Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram.

Yunanıstana qarşı oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ola bilər, uzun müddət bu cür oyunlar keçirmirdiyimizə görə. Ancaq meydana üç xal qazanmaq üçün çıxırıq və arxada qalan iki oyunda buna nail olduğumuza görə məmnunam. Lakin bu çatışmazlığı da yoluna qoymalıyıq”.

Braziliyalı legioner Moldovanın oyunlarını izlədiyini bildirib:

“Yaxşı rəqibdir, heyətlərində fərqlənən futzalçılar var. Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan üç xalı qazanmalıyıq.

Biz doğma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq. Favoritik, ancaq bunu meydanda göstərməliyik.

Əlbəttə, Moldova ilə oyunlarda qazanacağımız altı xal çox suala aydınlıq gətirəcək. Ancaq biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə iki gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqda düşünməliyik. İndidən deyə bilmərik ki, altı xal bizimdir”.

Bosniya və Herseqovinanın “Salines” klubunda çıxış edən Tyaqo azarkeşsiz oynamaq barədə isə bunları deyib:

“Çox çətindir. Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Ancaq dünyada baş verən proseslərin nəticəsi olaraq bu qərar qəbul olunub. Ümid edirəm ki, final mərhələsinə qədər bu qadağalar aradan qaldırılar”.

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu martın 4-ü saat 19:00-da başlayacaq. Martın 9-da Kişinyovda keçiriləcək cavab oyunu isə Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Hər iki qarşılaşma azarkeşsiz keçiriləcək.

YAZTV (oxu az)

"Real" evdə xal itirdi

"Real" evdə xal itirdi

"Real" La Liqada növbəti matçına çıxıb.

YAZTV-e xəbər verir ki, Madrid təmsilçisi 25-ci turda "Real Soysedad"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Beləliklə, "kral klubu" doğma meydanda xal itirib.

Qeyd edək ki, "Real" turnir cədvəlində 53 xalla 3-cü, "Real Soysedad" isə 42 xalla 5-cidir.

"Real" - "Real Soysedad" - 1:1
Qollar:
 Portu, 55 (0:1), Cunior, 89 (1:1)

YAZTV (qol az)

AFFA dörd klubu cərimələdi

AFFA dörd klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
YAZTV-e xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
Premyer Liqanın 17-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
 
17-ci turun “Sabah” – “Keşlə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
 
“Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
 
17-ci turun “Zirə” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
 
1-ci divizionun 14-cü turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

YAZTV (qafqazinfo az)

"Səbail" - "Keşlə" matçının heyətləri açıqlandı

"Səbail" - "Keşlə" matçının heyətləri açıqlandı

Azərbaycan Premyer Liqasının 18-ci turunda bu gün saat 16:00-da başlayacaq "Səbail" - "Keşlə" oyunu üçün heyətlər açıqlanıb.

YAZTV-e xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov


Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov

YAZTV (qol az)

Rusiya dünya çempionatından məhrum edildi

Rusiya dünya çempionatından məhrum edildi

Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.

YAZTV-nin verdiyi məlumata görə, bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.

WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.

Qeyd edək ki, dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək.

YAZTV (report az)

Vaskes "Real"dan bunu tələb edir

Vaskes "Real"dan bunu tələb edir

“Real”ın müdafiəçisi Lukas Vaskes klubla müqaviləsini uzatmaq üçün şərt irəli sürüb.

YAZTV-e xəbər verir ki, bu barədə ABC məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi “kral klubu”ndan maaşının 15 faiz artırılmasını tələb edir. “Real” isə oyunçunun məvacibini 10 faiz azaltmağda israrlıdır.

İspaniyalı futbolçuya 4 illik yeni müqavilə təklif edən Madrid təmsilçisi hər şeyə mart ayında qərar veilməsini istəyir.

Sözləşmə Vaskesin şərtləri ilə imzalanarsa, o, ildə 5 milyon avro, klubun şərtləri ilə imzalanarsa, 4 milyon avro qaqzanacaq.

Qeyd edək ki, Vaskes bu mövsüm 18 matça çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.

YAZTV (qol az)