Tuesday, 30 May 2023 01:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Elmar Qasımov: "Formada deyiləm, güləşə bilmədim"

Elmar Qasımov: "Formada deyiləm, güləşə bilmədim"

"Bu, tək mən yox, başqaları üçün də narahat rəqibdir. Güləşə bilmədim. Fənd tətbiq edirdi, saxlaya bilmirdim".

YAZTV Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımov jurnalistlərə açıqlamasında deyib.

100 kq-da fəxri kürsünün 2-ci pilləsinə qalxan idmançı tam formada olmadığını və təcrübəsi hesabına güləşdiyini bildirib: "Məşq edib, qarşıdakı yarışlaradək daha yaxşı formada olacağam. Sevindirici haldır ki, finala kimi irəlilədim. Əslində ciddi problemim yoxdur. Sadəcə, qabırğam əzilmişdi. Ona görə yaxşı məşq edə bilməmişdim. Amma sonuncu Avropa çempionatında güclü rəqibləri udub, 3-cü yeri tutmuşdum".

O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına qatılmayacağı üçün İslamidada iştirak etdiyini söyləyib.

Azərbaycan Bakıda dünya çempionatını keçirməkdən imtina edib

Azərbaycan Bakıda dünya çempionatını keçirməkdən imtina edib

1-7 oktyabr tarixlərində Bakıda görmə məhdudlu idmançılar arasında təşkil edilməli olan pauerliftinq üzrə dünya çempionatı Azərbaycanda keçirilməyəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, Bakıdakı yarışa az marağın olması səbəbindən, təşkilatçılıqdan imtina edilib.

Həmin yarışa ev sahibliyi Misirə verilib. Dünya çempionatı 1-8 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) yanvarın 17-də bu dünya çempionatının Bakıda keçiriləcəyini elan etmişdi. Benç press növ də daxil olmaqla baş tutmalı olan yarış gənclər, böyüklər və veteranlar arasında keçirilməli idi. 1 oktyabrda 10 ölkənin 100-ə yaxın ən yaxşı kişi və qadın idmançıları Bakıya gəlib "Hyatt Regency Hotel"də məskunlaşmalı, 2-3 oktyabrda göz təsnifatı keçirilməli, 4-6 oktyabrda yarış baş tutmalı idi. Həmçinin, bu müddətdə IBSA pauerliftinq referiləri üçün seminarın da Bakıda təşkil olunması nəzərdə tutulmuşdu.

Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl 2-ci qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl 2-ci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

YAZTV-nin məlumatına görə, "Qəbələ" evdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə "qırmızı-qaralar"dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Ardıcıl 2-ci qələbəsini qazanan "Qəbələ" xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider "Sabah"la 3-cü sıradakı "Qarabağ" da eyni xala malikdir. Xalı olmayan "Şamaxı" isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında "Neftçi" bu gün evdə "Kəpəz"lə qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

"Klub tərəfindən hansısa çatışmazlıq olubsa, azarkeşlər üzrlü saysınlar".

YAZTV-nin məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis görüşün biletləri satışa çıxan zaman baş verən texniki problemə münasibət bildirib: "Klub hər şeyi edir ki, fanatlar narazı qalmasın. Təəssüflər olsun ki, stadionda yalnız 28-30 min azarkeş olur".

Qurbanov tərəfdarların oyuna maraq göstərməsinə sevindiyini söyləyib: "Azərbaycanda futbola maraq artıb. Bizdə futbolu sevirlər və azarkeşlər var. Sadəcə, onları küsdürmək olmaz. Fanatların futbola olan sevgisini görürük. İşimizi elə qurmalıyıq ki, sevgi davam etsin. Azarkeşləri alqışlayıram. Bizə olan inamlarını göstərirlər. Baş verənlərə narazılıq deməzdim. İstərdim ki, fanatların hamısı stadionda olsun. İnanıram ki, gələcəkdə futbolumuz və çempionatımız daha yaxşı səviyyəyə çatacaq".

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

"Çelsi" azarkeşləri tanınmış referinin işdən çıxarılması üçün petisiya başladıb

"Çelsi" azarkeşləri tanınmış referinin işdən çıxarılması üçün petisiya başladıb

İngiltərənin "Çelsi" klubunun azarkeşləri Premyer Liqanın II turunda "Tottenhem"lə oyunu idarə edən hakim Entoni Teylorun işdən çıxarılmasını tələb ediblər.

YAZTV yerli mətbuata istinadən xəbər verir ki, fanatlar bunun üçün petisiyaya başlayıblar.

Tərəfdarların fikrincə, 44 yaşlı referi "Tottenhem"in iki qolunu saymamalı idi. Həmçinin bildirilib ki, Teylor "zadəganlar"a qarşı mühüm matçlarda mübahisəli qərarlar verib: "O, kluba zərər vermək istəyir. Bu hakimə "Çelsi"nin oyunlarını idarə etmək icazəsi verilməməlidir".

Petisiya indiyədək 90 mindən çox imza toplayıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. London derbisi hər iki komandanın baş məşqçisi italyan Antonio Konte və alman Tomas Tuxel arasında insidentlə yekunlaşıb. Final fitinin ardından hər iki mütəxəssis qırmızı vərəqə ilə cəzalandırılıb.

PSJ Messi ilə müqaviləni uzatmağı planlaşdırır

PSJ Messi ilə müqaviləni uzatmağı planlaşdırır

Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

YAZTV xəbər verir ki, rəhbərlik argentinalı futbolçunun oyunundan razı qalıb.

Müqavilənin uzadılması ilə bağlı danışıqlara yaxın vaxtlarda başlanacağı qeyd edilir. Razılaşma azı bir mövsüm uzadılacaq.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçib. O vaxtdan bu günə kimii 34 yaşlı futbolçu Fransa yığmasının heyətində 34 oyuna çıxıb, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Avqustun 12-də hücumçunun 2005-ci ildən bəri ilk dəfə "Qızıl top"a iddialılar siyahısına daxil edilməməsi barədə məlumat yayılıb.

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

YAZTV xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin Azərbaycanın digər idmançılarından Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast ikinci dəfə Avropa çempionu olub

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast ikinci dəfə Avropa çempionu olub

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub.

YAZTV-nin məlumatına görə, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.

O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub.

Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər.

Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.

Ölkəmiz İslamiadada 43 medalla 4-cü pilləyə yüksəldi

Ölkəmiz İslamiadada 43 medalla 4-cü pilləyə yüksəldi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.

YAZTV  xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

YAZTV xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin Azərbaycanın digər idmançılarından Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

İslamiada: Azərbaycan cüdoçuları mübarizəyə qoşulur

İslamiada: Azərbaycan cüdoçuları mübarizəyə qoşulur

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 11-ci yarış gününə start veriləcək.

YAZTV-nin verdiyi məlumata görə, bu gün Azərbaycan 9 idman növündə təmsil olunacaq. Bu gün cüdoda yarışlara start veriləcək.

Stend atıcılığı (skit reytinq yarışları)

10:00 Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlana Cəfərova, Riqina Meftəhəddinova, Sevda Nəcəfova

Qılıncoynatma

10:00 Komanda yarışları (sablya), Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev (hər üçü şpaqa)

Kamandan oxatma (sıralama atışları)

10:00 Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova, Aleksey Kopnin, Zaur Qəhrəmanov, Məhəmmədəli Əliyev

Voleybol

11:00 Türkiyə – Azərbaycan (kişilər, 3-cü yer uğrunda oyun)

14:00 Azərbaycan – Kamerun (qadınlar, 3-cü yer uğrunda oyun)

Cüdo

11:00 Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq)

Para-stolüstü tennis

11:00 Komanda (qarışıq)

Üzgüçülük

11:00 Vəli İsrafilov (100 metr brass üsulu ilə üzmə), Rəşad Alquliyev (400 metr qarışıq üsulla üzmə), İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə)

19:03 Fatimə Alkərəmova (100 metr sərbəst üsulla üzmə)

20:09 Ayan Kələntərova (100 metr brass üsulu ilə üzmə)

Ağırlıqqaldırma

12:30 Dadaş Dadaşbəyli (102 kq)

14:30 Əli Şükürlü (109 kq)

Basketbol

18:35 Azərbaycan – Mərakeş

20:35 Qabon – Azərbaycan

"Qəbələ" "Şamaxı"nı, "Neftçi" "Kəpəz"i qəbul edəcək

"Qəbələ" "Şamaxı"nı, "Neftçi" "Kəpəz"i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

YAZTV xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

"Qəbələ" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri ötən tur "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib, qonaqlar isə "Neftçi"yə uduzub - 0:1.

Komandalar indiyədək ölkə çempionatlarında 55 dəfə üz-üzə gəliblər. Bunların 17-də "qırmızı-qaralar", 19-da Şamaxı təmsilçisi qalib gəlib. Topların nisbətində də qonaqlar üstündür - 72:58. “Qəbələ” Premyer Liqada bu rəqiblə ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib. “Şamaxı” isə son 4 görüşdə qələbə qazanmayıb.

II tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq. "Ağ-qaralar" ilk turda "Şamaxı"nı 1:0 hesabı ilə yenib. Gəncə klubu isə "Zirə" ilə dueldən məğlub ayrılıb - 1:2. Komandalar bu vaxtadək çempionat oyunlarında 51 dəfə qarşılaşıblar. 24 dəfə paytaxt təmsilçisi, 18 dəfə "Kəpəz" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "ağ-qaralar" üstündür - 73:46.

Azərbaycan Premyer Liqası

II tur

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

Qəbələ şəhər stadionu

20:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.