Monday, 05 İyun 2023 11:17
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər

Azərbaycanın daha üç cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilər.

YAZTV-nin məlumatına görə, bunlar Nizami İmranov, Nicat Nağıyev və Aydan Vəliyevadır.

60 kq çəki dərəcəsində çıxış edən İmranov ardıcıl olaraq Matiya Yeremiç (Serbiya), Retsu Matsunaqa (Yaponiya) və Kristian Genova (Bolqarıstan) qalib gələrək yarımfinala adlayıb. Lakin o, finala gedən yolda Davit Kareliyə (Gürcüstan) uduzduğundan, bürünc medal uğrunda görüşdə Dayyan Bolulemtafeslə (Fransa) qarşılaşacaq.

66 kq-dakı Nağıyev Ernane Neves (Braziliya) və Nurlubek Argenbekdən (Qazaxıstan) güclü olub. Əbil Yusubov isə Məhəmməd Mboup (Seneqal) və Abdullah Turqutlunu (Türkiyə) məğlubiyyətə uğradıb. Nağıyev 1/4 finalda Yusubova qalib gəlsə də, yarımfinalda Şohjakhon Otaboyevin (Özbəkistan) müqavimətini qıra bilməyib. O, bürünc medal uğrunda Federiko Bosislə (İtaliya) görüşəcək. Yusubov isə təsəlliverici görüşdə Dimitrios Giannopoulosa (Yunanıstan) yenilib.

Qadınların yarışında 48 kq-dakı Vəliyeva Zarina Jamalova (Özbəkistan) və Aitana Hernandesi (İspaniya) mübarizədən kənarlaşdırsa da, İlaria Finestroneyə (İtaliya) uduzub. Təsəlliverici görüşdə Alussia Poulangeni (Fransa) üstələyən cüdoçu bürünc medal uğrunda Luka Veglə (Macarıstan) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala sahib çıxıb.

“Qarabağ”ın püşkatmadakı səbəti müəyyənləşdi

“Qarabağ”ın püşkatmadakı səbəti müəyyənləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı səbəti müəyyənləşib.

YAZTV Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

Buna reytinqdə “Qarabağ”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo” Zaqrebin (Xorvatiya) ÇL-in qrupuna düşməsi səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Büdo Qlimt”in (Norveç) Ağdam təmsilçindın reytqində geridə olması “Qarabağ”ın 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq. 

1-ci səbətin tərkibi isə belədir: “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna). Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “Qarabağ”a rəqib olacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşkütmada 32 komanda iştirak edəcək ki, onlarda 22-si artıq müəyyənləşib:

“Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Latsio” (İtaliya)

“Braqa” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Renn” (Fransa)

“Real Sosyedad” (İspaniya)

“Betis” (İspaniya)

“Union” (Almaniya)

“Frayburq” (Almaniya)

“Nant” (Fransa)

“Monako” (Fransa)

“Şturm” (Avstriya)

“Yunion” (Belçika)

“Mityülland” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Qarabağ” (Azərbaycan)

“Trabzonspor” (Türkiyə)

“Büdo Qlimt” (Norveç)

“PSV Eyndhoven” (Niderland)

Qrupun son 10 iştirakçısının adına AL-in pley-off mərhələsinin bugünkü cavab oyunlarından sonra aydınlıq gələcək.

Azərbaycanlı Avropa çempionu dörd illik cəzalandırılıb

Azərbaycanlı Avropa çempionu dörd illik cəzalandırılıb

Azərbaycanın yeniyetmə və gənclər arasında Avropa çempionu, yunan-Roma güləşçisi Zaur Əliyev dopinqə görə cəzalandırılıb.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi qərar qəbul edib.

Əliyev 2 antidopinq qayda pozuntusuna yol verib.

"İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu" və "İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi" qayda pozuntularına görə, güləşçi 4 illik cəzalandırılıb. Stimullaşdırıcı maddələr olan metamfetamin və amfetamindən istifadə və ya ona cəhdə görə ona 26 yanvardan hesablanmağa başlayan sanksiya verilib. Cəza müddəti 2026-cı ilin yanvarın 26-da başa çatacaq.

Həmçinin, apreldə keçirilmiş U-20 Azərbaycan çempionatının gümüş medalçısı, sərbəst güləşçi İsmayıl Cabbarlı (97 kq) da dopinqdən istifadəyə görə 2 illik cəzalandırılıb. Onun cəzası 25 apreldən hesablanmağa başlayıb.

Qeyd edək ki, Zaur Əliyev U-17 və U-23-lər arasında Avropa çempionu olub, 4 dəfə aşağı yaşlılar arasında dünya çempionatlarının mükafatlarını qazanıb.

AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edəcək

AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edəcək

AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Türkiyənin İstanbul şəhərinə yollanıb.

YAZTV milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar UEFA-nın dəvəti əsasında Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində və Avropada klub futbolu mövsümünün başlanması ilə bağlı tədbirdə iştirak edəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı

Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

YAZTV xəbər verir ki, Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib.

Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

Qara Qarayev: "Son 30 dəqiqədə komandada arxayınlıq oldu"

Qara Qarayev: "Son 30 dəqiqədə komandada arxayınlıq oldu"

"Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu və qələbə qazanacağımızı düşündük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi".

YAZTV-nin məlumatına görə, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyadakı cavab maçtında "Viktoriya"ya 1:2 hesbaı ilə uduzan "Qarabağ"ın futbolçusu Qara Qarayev Bakıda jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi futbolda belə məğlubiyyətlərin yaşandığını bildirib: "Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur".

Qarayev Çexiyada məğlub olsalar da, hədəflərindən uzaqlaşmadıqlarını söyləyib: "Qarabağ" və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin növbəti oyununa təyinatlar açıqlanıb

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin növbəti oyununa təyinatlar açıqlanıb

Futbol üzrə Premyer Liqasında IV turun təyinatları müəyyənləşib.

YAZTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” – “Zirə” matçını FIFA referisi Elçin Məsiyev, “Qarabağ” – “Şamaxı” qarşılaşmasını isə Nicat İsmayıllı idarə edəcək.

26 avqust (cümə)

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
“Kapital Bank Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena"

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu

Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəldi

Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəldi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir.

YAZTV xəbər verir ki, -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə finala çıxıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Saba Sabaşviliyə qalib gəlib.

Finalda Şahinin rəqibi fransalı idmançı Dicol Zaçariye olacaq.

Azərbaycan cüdoçusu koronavirusa görə yarışlardan kənarlaşdırılıb

Azərbaycan cüdoçusu koronavirusa görə yarışlardan kənarlaşdırılıb

Azərbaycan cüdoçusu Fidan Qasımova bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında start götürən dünya çempionatından kənarlaşdırılıb.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, 52 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılan Qasımovanın PCR testi pozitiv çıxıb. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası (IJF) müvafiq qərarı qəbul edib.

IJF-nin tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın birinci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.

İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Herseqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və Vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

YAZTV-nin məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127 xalla 128-ci sırada qərarlaşıb.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cü yerdədir.

1475 xala malik Türkiyə seçməsi 42 sıradakı mövqeyini qoruyub.

Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.

"Qarabağ" klubu Müşahidə Şurası yaratmaqdan imtina edib - RƏSMİ

"Qarabağ" klubu Müşahidə Şurası yaratmaqdan imtina edib - RƏSMİ

AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub.

YAZTV-nin məlumatına görə, bu barədə jurnalistlərə klubun direktoru Emrah Çelikel açıqlama verib.

O bildirib ki, klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var: "Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik".

Pavel Buxa: "Qarabağ"a qarşı bu səviyyədə oynamaq inanılmazdır"

Pavel Buxa: "Qarabağ"a qarşı bu səviyyədə oynamaq inanılmazdır"

"Belə çətin rəqibə qarşı matçı bu səviyyədə keçirmək inanılmazdır".

YAZTV-nin məlumatına görə, bunu "Viktoriya"nın (Plzen) klubunun futbolçusu Pavel Buxa Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

24 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində qarşılarına qoyduqları hədəfə çatdıqlarını bildirib: "Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar".

Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" UEFA Çempionlar Liqasının, "Qarabağ" isə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.